AZƏRBAYCAN-GÜRCÜSTAN SƏRHƏDİNİN “QIRMIZI KÖRPÜ” MƏNTƏQƏSİNDƏ TƏHLÜKƏLİ ƏRZAQ MƏHSULLARI AŞKAR EDİLMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Gürcüstan Dövlət sanitariya nəzarəti müfəttişliyinin Azərbaycan-Gürcüstan sərhədinin “Qırmızı körpü” gömrük-buraxılış məntəqəsində apardığı yoxlama nəticəsində ölkəyə gətirilən 2 tonadək ərzaq məhsullarının - pendir, yağ, şor, quru süd, uşaq yeməklərinin insan sağlamlığı üçün təhlükəli olduğu müəyyənləşdirilmişdir. Dövlət sanitariya nəzarəti müfəttişliyinin başçısı David Mesxişvilinin sözlərinə görə, həmin məhsulların sağlamlıq üçün təhlükə törətməyəcəyinə dair sənəd yoxdur, daşınma qaydaları isə heç bir tələbə cavab vermir. O demişdir ki, dövlət sanitariya nəzarəti müfəttişliyi tərəfindən “Dövlət sərhədinin keçid məntəqəsində və gömrükxana zonasında adamların sağlamlığı üçün potensial təhlükə törədən yüklərin yerdəyişməsinin qarşısının alınması haqqında” sənəd hazırlanmışdır. Sənədə müvafiq olaraq, yuxarıda göstərilən məhsullar ölkənin ərazisinə gətirilə bilməz.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]