AZƏRBAYCAN-GÜRCÜSTAN YIĞMA FUTBOL KOMANDALARININ YOLDAŞLIQ GÖRÜŞÜ HEÇ-HEÇƏ BAŞA ÇATMIŞDIR
AZƏRTAC xəbər verir ki, sentyabrın 12-də Tofiq Bəhramov adına Respublika stadionunda Azərbaycan-Gürcüstan yığma futbol komandaları arasında yoldaşlıq görüşü keçirilmişdir. Azərbaycan və Gürcüstan dövlətlərinin himni səslənmişdir.
Azərbaycan komandasının hücumları ilə başlanan oyun futbolçularımızın ardıcıl hücumları ilə yadda qalmışdır.
Öz fəallığı ilə seçilən millimizin futbolçuları birinci hissənin son dəqiqəsində rəqib komandanın qapısına yol tapmışlar. Yığmamızın 20 nömrəli oyunçusu Branimir Subaşiçin vurduğu top oyunda ilk qol olmuşdur.
Futbolçularımız fasiləyə 1:0 hesablı qələbə ilə yollanmışlar.
İkinci hissədə qonaqlar hesabı bərabərləşdirməyə nail olmuşlar.
Oyunda Gürcüstan millisinin iki futbolçusuna, yığmamızın isə bir oyunçusuna hakim sarı vərəqə göstərmişdir.
Hər iki komanda ehtiyat oyunçulardan yetərincə istifadə etmişdir.
Yoldaşlıq görüşünü özbəkistanlı baş hakim Valentin Kovalenko və köməkçiləri Rafael İlyasov, Bəxtiyar Tağıyev idarə etmişlər.
Oyunun dördüncü hakimi isə azərbaycanlı Azad Mütəllimov olmuşdur.
Bu qarşılaşma Azərbaycan və Gürcüstan dövlətləri müstəqillik əldə etdikdən sonra hər iki ölkənin yığma futbol komandaları arasında sayca altıncı görüşdür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [18:37]
Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO
- 06.10.2026 [18:29]
Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək
- 06.10.2026 [18:09]
Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib
- 06.10.2026 [15:14]
“Mercedes” pilotu növbəti yarışına sonuncu sıradan başlaya bilər
- 06.10.2026 [14:44]
Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal görüşünə çıxacaq VİDEO
- 06.10.2026 [14:20]
Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırıb
- 06.10.2026 [13:20]