AZƏRBAYCAN HƏRBÇİLƏRİ İNGİLİS DİLİ ÖYRƏNİRLƏR
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a demişlər ki, Azərbaycanla Böyük Britaniya arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq, fevralın 20-dən martın 31-dək bu ölkənin York şəhərində “Hərbi ingilis dili” təlim kursu keçirilir.
Tədbirə Silahlı Qüvvələrimizin nümayəndələri də qatılmışlar.