AZƏRBAYCAN HƏRBÇİLƏRİ NATO-NUN TƏDBİRLƏRİNDƏ İŞTİRAK EDƏCƏKLƏR
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, NATO-nun “Sülh naminə tərəfdaşlıq” (SNT) Proqramı çərçivəsində sentyabrın 17-də Belçikanın paytaxtı Brüsseldə Azərbaycanın Fərdi-Tərəfdaşlıq üzrə Əməliyyat Planına (FTƏP) dair qiymətləndirilməsinin 26+1 formatında yekun iclası, sentyabrın 17-dən 19-dək NATO Yanacaq Komitəsinin işçi görüşü, sentyabrın 22-dən oktyabrın 3-dək Macarıstanın Budapeşt şəhərində Qərargah zabitləri üçün Hərbi terminologiya kursu, sentyabrın 22-dən 23-dək Yurmala şəhərində (Latviya) NATO Müdafiə Siyasəti və Strategiyası üzrə SNT konfransı, sentyabrın 22-dən 24-dək Neapol şəhərində (İtaliya) “Cooperative Mako-2009” və “Cooperative Marlin-2009” təlimlərinin ilkin planlaşdırma konfransı, sentyabrın 22-dən 25-dək İspaniyanın Madrid şəhərində “Quru Qoşunları üzrə Kommunikasiya və İnformasiya Sistemləri” mövzusunda işçi görüşü keçiriləcəkdir.
NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, həmin tədbirlərdə Silahlı Qüvvələrimizin nümayəndələri də iştirak edəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [17:46]
Azərbaycan QHT-ləri ABŞ Nümayəndələr Palatasına məktub ünvanlayıb
- 16.06.2026 [16:39]
Baş nazir Əli Əsədov Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşüb
- 16.06.2026 [15:24]
Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında münasibətlər inkişaf etdirilir
- 16.06.2026 [14:56]
Türk ekspert: Şuşa Bəyannaməsi təhdidlərə qarşı səmərəli mexanizmdir
- 16.06.2026 [14:04]