Azərbaycan idmançıları Gimnaziadada mübarizəyə başlayırlar
Zlatibor, 6 aprel, AZƏRTAC
Bu gün Serbiyanın ev sahibliyi etdiyi Gimnaziada İdman Oyunlarına start veriləcək.
AZƏRTAC xəbər verir ki, ilk yarış günündə Azərbaycan idmançıları da mübarizə aparacaq.
Təmsilçilərimiz 6 idman növündə - qılıncoynatma, güləş, şahmat, badminton, tennis və idman gimnastikasında qüvvələrini sınayacaqlar.
Qeyd edək ki, aprelin 6-da start götürəcək və 12-də başa çatacaq yarışda 56 ölkənin 2742 idmançısı mübarizə aparacaq. Azərbaycan 18 idman növündə - idman gimnastikası (Novi-Sad), kamandan oxatma, 3x3 basketbol, çimərlik voleybolu, boks, şahmat, tennis (Zlatibor), badminton, parabadminton, üzgüçülük, paraüzgüçülük, stolüstü tennis (Ujiçe), taekvondo, karate (Pojeqa), cüdo, güləş (Luçani), qılıncoynatma (Nova-Varoş), atletika (Priboy) üzrə ümumilikdə 191 idmançı ilə təmsil olunacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [15:11]
NBA klubu liqanın ən qısa və ən ucaboy oyunçularını transfer edib
- 10.08.2026 [13:56]
Azərbaycan Premyer Liqasında ilk turun oyunlarının vaxtı açıqlanıb
- 10.08.2026 [13:30]
“Neftçi”nin hücumçusu “Araz-Naxçıvan”a keçib
- 10.08.2026 [13:24]
Yeni mövsüm üçün Azərbaycan Premyer Liqasının sponsoru bəlli olub
- 10.08.2026 [13:23]
Premyer Liqa: “Sumqayıt”-“Neftçi” matçının stadionu dəyişdirilib
- 10.08.2026 [13:00]
Üç təşkilat FIFA və Canni İnfantinoya qarşı birgə bəyanat yayıb
- 10.08.2026 [12:49]
“Barselona” Levandovskini klubun əfsanələri siyahısına daxil edib
- 10.08.2026 [12:31]