Azərbaycan idmançıları Yaponiyada keçirilən beynəlxalq turnirdə uğur qazanıblar
Bakı, 23 iyul, AZƏRTAC
Azərbaycanın kata və kumite üzrə idmançıları Yaponiyada keçirilən beynəlxalq turnirdə uğur qazanıblar.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Koşiki Karate-do Federasiyasının fəxri prezidenti Adnan Əhmədzadə bildirib. “İyulun 22-23-də Yaponiyanın Okinava şəhərində keçirilən beynəlxalq yarışlarda Azərbaycan Koşiki Karate-do Federasiyasının idmançıları kata və kumite üzrə 5 qızıl və 1 gümüş medal qazanıblar. Çempionlarımız Sevinc, Nazim və Kənanı və Azərbaycan Koşiki Karate-do Federasiyasını təbrik edirəm”, - deyə o qeyd edib.