AZƏRBAYCAN İLƏ BELARUS ARASINDA PENSİYA TƏMİNATI SAHƏSİNDƏ SAZİŞ LAYİHƏSİ MÜZAKİRƏ EDİLƏCƏKDİR
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Belarusun sosial sığorta və pensiya orqanının mütəxəssislərindən ibarət ekspert qrupu sentyabrın 15-dən 18-dək Bakıda səfərdə olacaqdır.
Səfərin məqsədi Azərbaycan və Belarus hökumətləri arasında pensiya təminatı sahəsində saziş layihəsinin hazırlanması ilə bağlı məsləhətləşmələr aparmaqdır.
Bu məsələ ilə əlaqədar Belarus nümayəndə heyətinin Azərbaycana ilk səfəri 2007-ci ilin martında olmuşdur. Tərəflər arasında pensiya təminatı sahəsində qarşılıqlı əlaqələri tənzimləyən saziş layihəsi hazırlanmışdır. Ötən dövrdə bir sıra məsələlər, o cümlədən daimi yaşamaq üçün bu və ya digər ölkənin ərazisinə köçmüş şəxslərə pensiyaların təyin edilməsi və ödənilməsi məsələləri müzakirə olunmuşdur. Danışıqlar zamanı tərəflər layihəyə mərhələli şəkildə baxılması barədə razılığa gəlmişlər.
Ekspertlərin budəfəki görüşü əvvəlki danışıqlarda yaranmış fikir ayrılıqlarının aradan qaldırılması və saziş layihəsi üzərində işin başa çatdırılması məqsədini daşıyır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [16:33]
SOCAR: 2030-cu ilədək bərpaolunan enerjinin payı 38 faizə çata bilər
- 16.06.2026 [16:33]
Anar Kərimov: İslam İnkişaf Bankı Azərbaycanın etibarlı tərəfdaşıdır
- 16.06.2026 [16:21]
Münaqişə başa çatdı, neft ucuzlaşdı
- 16.06.2026 [16:02]