Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasındakı əlaqələr strateji xarakter daşıyır

Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasındakı əlaqələr strateji xarakter daşıyır

Bakı, 17 sentyabr, AZƏRTAC

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra dünya dövlətləri ilə yaxın əlaqələr saxlamağa və əməkdaşlıq əlaqələrini genişləndirməyə üstünlük verərək müasir dünyanın bir parçası olduğunu nümayiş etdirdi. İstər Qərb, istərsə də Şərq dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin qurulması müstəqil Azərbaycanın xarici siyasətinin prioritet xəttini təşkil edir.

AZƏRTAC xəbər verir ki, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) müasir dünyada öz inkişafı ilə seçilən dövlətlərdəndir. Belə ki, BƏƏ-nin neft kapitalını insan kapitalına çevirməsi nümunə kimi göstərilir.

Azərbaycan ilə BƏƏ əlaqələrinin əsası 1991-ci ildə qoyulub. Azərbaycanın ərəb dünyası ilə dərin tarixi-mədəni bağlılığı var. Ərəb ölkələri də mütəmadi olaraq Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə öz dəstəyini ifadə edib. Eyni zamanda, Ərəb Dövlətləri Liqasının bütün üzvləri Azərbaycanın hazırda sədrlik etdiyi Qoşulmama Hərəkatının (QH) da üzvləridir. İslamofobiya meyillərinə qəti şəkildə qarşı çıxan Azərbaycan 2008-ci ildə Prezident İlham Əliyevin təşəbbüsü əsasında başladılan “Bakı Prosesi” sayəsində müsəlman ölkələri ilə Avropa dövlətlərinin nümayəndələrini bir araya gətirməklə mədəniyyətlərarası dialoqun dünya miqyasında təbliğinə güclü təkan verib. Məhz bu proses çərçivəsində Azərbaycan tərəfindən Ümumdünya Mədəniyyətlərarası Dialoq forumları təşkil edilir.

Ərəb dünyasının ən zəngin ölkələrindən biri olan Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) informasiya-kommunikasiya texnologiyaları sahəsində və digər beynəlxalq platformalarda ölkəmizə qarşı birmənalı mövqeyi ilə fərqlənib. Ölkələrimiz arasında əlaqələr əsasən beynəlxalq təşkilatlar, xüsusilə də BMT və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində inkişaf edib. Diplomatik əlaqələrin inkişafı, iki ölkə arasında münasibətlərin dostluq zəminində yüksək trayektoriya qazanması 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonraya təsadüf edir. Qarşılıqlı dostluq və hörmət prinsiplərinə əsaslanan Azərbaycan-BƏƏ əlaqələri hər zaman yüksək səviyyəsi, dialoq mühitində inkişaf tempi ilə diqqət çəkib. Münasibətlərimizin çoxşaxəli və dinamik olması, açıq siyasi dialoq ölkələrimiz arasında enerji və iqtisadi sahələrdə də əlaqələrin inkişafına müsbət təsir göstərib.

Ulu Öndər Heydər Əliyev İslam dünyası, ərəb ölkələri ilə əlaqələrə də həmişə xüsusi diqqət yetirib. Ümummilli Liderin əsasını qoyduğu bu əlaqələr indi uğurla davam etdirilərək yeni inkişaf mərhələsinə qədəm qoyub. Hələ 2005-ci ildə Azərbaycan ilə Ərəb Dövlətləri Liqası arasında Anlaşma Memorandumu imzalanıb və ölkəmiz bu qurumda müşahidəçi statusuna malikdir. 2006-cı il noyabrın 20-21-də Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə rəsmi səfəri iki ölkə arasında əlaqələrin inkişafına təkan verib. Səfəri çərçivəsində iki ölkə arasında iqtisadi, ticari və texniki əməkdaşlıq, gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması, investisiyaların təşviqi və qarşılıqlı qorunması, səhiyyə və tibb elmi, hərbi əməkdaşlıq, həmçinin ali təhsil sahələrində əməkdaşlıq haqqında sazişlər bağlanıb.

Dövlətimizin başçısının BƏƏ-yə növbəti səfəri bundan 10 il sonra - 2016-cı il fevral ayında reallaşıb. Səfər zamanı “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında dəniz nəqliyyatı üzrə institusional əməkdaşlığa dair Saziş”, “Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin Telekommunikasiya Sektorunun Tənzimlənməsi üzrə Baş Departamenti arasında informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” imzalanıb.

Son illər ölkələrimiz arasında iqtisadiyyat, o cümlədən energetika sahəsində əlaqələr dinamik inkişafdadır. 2017-ci ildən bəri Dubay şəhərində ölkəmizin ticarət nümayəndəliyi, 2019-cu ildən isə yerli məhsullarımızın BƏƏ və Körfəz ölkələrində satışını təşkil etmək və “Made in Azerbaijan” brendinin BƏƏ bazarında daha çox tanıtmaq üçün “Azərbaycan Ticarət Evi” fəaliyyət göstərir. Hazırda Azərbaycanda BƏƏ investisiyalı 350-dən çox kommersiya qurumu qeydiyyatdadır.

Cari il sentyabrın 16-da BƏƏ prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın Azərbaycana səfəri və onun işğaldan azad edilən Şuşa şəhərində qarşılanması əlamətdar tarixi hadisədir.

Bu səfər qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin davam və inkişaf etdirilməsini nəzərdə tutan 14 sənədlərin imzalanması ilə başa çatıb ki, bu da tərəflərin dostluq münasibətlərinin göstəricisidir. İlk növbədə, “Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Əlaqələri haqqında Birgə Bəyannamə”nin əhəmiyyətini qeyd etmək lazımdır. Bəyannamədə iki dövlət arasındakı iqtisadi və siyasi münasibətlərin inkişaf etdirilməsinin zəruriliyi vurğulanır və inkişafın tərəflər üçün faydalı olduğu nəzərə çatdırılır. Bəyannamədə ölkələrimiz arasında bütün sahələr üzrə əməkdaşlığın davam edəcəyi öz əksini tapıb.

Səfər çərçivəsində "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin İnsan Resursları və Əmirlikləşmə Nazirliyi arasında işçi qüvvəsinin mütəşəkkil qaydada müvəqqəti işə cəlb olunması sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” da imzalanıb. Memoranduma əsasən dövlətlər arasında miqrasiya məsələləri, müxtəlif sahələr üzrə mütəxəssislərin mübadiləsini və sair bu kimi məsələlərin həllini nəzərdə tutur. Hər iki dövlətin siyasəti sosial xarakterli olduğuna görə əhalinin işlə təmin olunmasını diqqət mərkəzində saxlayırlar.

“Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin Energetika və İnfrastruktur Nazirliyi arasında nəqliyyat sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun imzalanması da tərəflər üçün mühüm xarakter daşıyır. Hər iki ölkə neft ixracatçısı olduğu üçün bu sahədə təcrübə mübadiləsi faydalıdır. Həm BƏƏ həm də Azərbaycan neft gəlirlərindən səmərəli istifadə edərək geniş infrastruktur layihələr həyata keçiriblər. Azərbaycan Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı beynəlxalq Ticarət Limanı, Trans-Xəzər beynəlxalq Nəqliyyat Marşrutu və Zəngəzur dəhlizləri kimi beynəlxalq ticarətdə faydalı olacaq infrastruktur layihələr həyata keçirib. BƏƏ neft gəlirləri hesabına ölkəni turizm və texnologiyalar diyarına çevirib ki, bu da ölkənin neft asılılığından xilas edib. Bu sahədə təcrübə və mütəxəssislərin mübadiləsi, qarşılıqlı fəaliyyət və sərmayə yatırımı iqtisadi inkişafa böyük töhfə verər.

Hüquq sahəsində “Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Birləşmiş Ərəb Əmirliklərinin Federal Dövlət Prokurorluğu arasında Anlaşma Memorandumu” da müasir dünyadakı vəziyyətin nəzərə alınması ilə imzalanıb. Bu gün dünyada davam edən müharibə və münaqişələr, bunun nəticəsi olaraq terror təşkilatlarının meydana çıxması və dövlətləri təhdid etməsi aktuallıq kəsb edir. Digər tərəfdən transmilli cinayətkar dəstələrin qaçaqmalçılıq, çirkli pulların yuyulması, insan və narkotik maddələr alveri və başqa qanunsuz əməllərinin qarşısının alınması zərurətə çevrilib. Hər iki dövlət azad iqtisadi məkana sahib olduqlarına görə hüquqi sahədə əməkdaşlıq vacib məsələlərdəndir.

Dövlətlərimiz arasında imzalanan “Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin Media Şurası arasında Anlaşma Memorandumu” hər iki ölkənin media qurumları arasında əlaqələrin qurulmasına yardım edəcək. Bu Memorandum BƏƏ-nin potensialını Azərbaycanda, Azərbaycanın potensialının isə BƏƏ tanıdılmasında böyük rol oynayacaq və iş adamlarına idxal və ixrac əməliyyatlarında, sərmayə yatırımında yaxından köməklik göstərəcək.

“Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin İqtisadiyyat və Turizm Nazirliyi arasında turizm əməkdaşlığı haqqında Anlaşma Memorandumu” isə xüsusilə əhəmiyyətlidir. Hər iki ölkə böyük turizm potensialına malikdir. Memorandum Azərbaycan vətəndaşlarının Əbu-Dabi, Dubay kimi meqa şəhərlərə səfərlərini asanlaşdıracaq, viza məsələlərinin həllinə dəstək verəcək. BƏƏ vətəndaşlarının Qəbələ və ölkəmizin digər gözəl guşələrinə səfərləri məlumdur. Bu Memorandum BƏƏ vətəndaşlarının Azərbaycana səfərlərini daha əhatəli edəcək.

“Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin Ticarət və Sənaye Palataları Federasiyası arasında Azərbaycan-BƏƏ Birgə Biznes Şurasının yaradılması haqqında Anlaşma Memorandumu” tərəflər arasında iqtisadi ticarət əlaqələrinin inkişafına təkan verəcək. Məsələnin mahiyyəti ondan ibarətdir ki, yaradılacaq birgə biznes şura iş adamlarını və şirkətləri iqtisadi vəziyyət, vergi sistemi və digər təfərrüatlarla tanış edib yönəldəcək. Bu günə kimi BƏƏ Azərbaycana 2,24 milyard dollara yaxın sərmayə yatırıb. Bunun daha da artacağı gözlənilir.

“Masdar” şirkəti Azərbaycanın enerji sahəsində fəal investor kimi tanınıb. Şirkət Qarabağda 230 MVt gücündə Günəş Elektrik Stansiyasının tikintisini davam etdirir. Dənizdə külək Elektrik Stansiyasının tikintisi üzrə texniki əsaslandırma aparır. “Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə “Masdar” şirkəti arasında Azərbaycan Respublikasının yaşıl enerji zonalarında əməkdaşlıq haqqında Anlaşma Memorandumu” şirkətin yaşıl enerji istehsalı, yatırımın həcmini və istehsal gücünün artmasına səbəb olacaq.

“Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə “Presight” şirkəti arasında Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyasının icrası üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu” isə yeni texnologiyaların inkişafına və iqtisadiyyatın müxtəlif sahələrində tətbiqinə imkan yaradacaq. Bu sahədə təhsilin inkişafı, gənclərin biliklərinin artırılması da nəzərdə tutulub.

“Bakı Gəmiqayırma Zavodu” MMC ilə “Əbu-Dabi Limanları Şirkəti” ASC arasında iki ədəd konteyner gəmisinin tikintisinə və satışına dair Müqavilə”nin əhəmiyyəti ondan ibarətdir ki, hər iki ölkə dəniz sahilində yerləşir və dəniz ticarəti ilə məşğuldurlar. Dəniz vasitəsi ilə yükdaşıma digər nəqliyyat vasitələrindən çox və daha ucuz başa gəlir. Bu baxımdan birgə istehsal və satış dövlətlərin iqtisadi artımına və gəlirlərinə müsbət təsir göstərər.

“Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə XRG ASC arasında Cənub Qaz Dəhlizində investisiya haqqında Anlaşma Memorandumu”u Azərbaycan üçün mühüm əhəmiyyət daşıyır. Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycanın təbii qazı Avropaya ixrac olunur. Hazırda Azərbaycan ildə 30 milyard kubmetr qaz ixrac edir. Dəhlizin genişləndirilməsi və yeni interkonnektorların tikintisi üçün memorandum əhəmiyyətlidir. Bu memorandum tərəflərin qaz ixracı sahəsində əməkdaşlığını da təmin edəcək.

“Azərbaycan İnvestisiya Holdinqi ilə “Əbu-Dabi inkişaf Holdinq Şirkəti” ASC arasında “Azər-Türk Bank”ın sərmayələşdirilməsi haqqında Anlaşma Memorandumu” imzalanıb. Memorandum özəl sahədə qarşılıqlı sərmayə yatırımına, iqtisadi tərəqqiyə əsaslı dəstək olacaq.

İmzalanan sənədlərdən göründüyü kimi Azərbaycan ilə BƏƏ arasındakı əlaqələr strateji xarakter daşıyır. Qarşılıqlı münasibətlərin dostluq xarakteri daşıması tərəflərin bir-birinə siyasi dəstəyini də təmin edəcək.

 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Nazir müavini Yalçın Rəfiyev BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində bir sıra tədbirdə iştirak edib

Azərbaycanın xarici işlər naziri Nyu-Yorkda Cammu və Kəşmir üzrə Kontakt Qrupunun iclasında çıxış edib

Azərbaycanın daha iki veteran cüdoçusu qızıl medal qazanıb

Azərbaycan-İsveçrə münasibətlərinin perspektivləri müzakirə edilib

“Qarabağın paleolit abidələri müasir tədqiqatlarda” mövzusunda məruzə dinlənilib

Tədqiqatçı: Alban kilsə tikililərində belə yazılara rast gəlinmir

Babək rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişi dayandırılacaq

Azərbaycan və Cibuti xarici işlər nazirləri Nyu-Yorkda müzakirələr aparıb

Şəhid jurnalistlərin xatirəsinə həsr edilən ənənəvi minifutbol turnirinin püşkü atılıb

Azərbaycana uçuşlar həyata keçirən İran aviaşirkətlərinə bilet alanlara müraciət olunub

Alim: Ermənistanın Eçmiədzin kilsəsi Alban kilsələrinin yox olmasına səbəb olub

Azərbaycan millisinin futbolçusu: Tacikistanla oyuna ciddi hazırlaşmışıq

Rəcəb Tayyib Ərdoğan: Türk Dövlətləri Təşkilatı ildən-ilə güclənir

Türkiyə Prezidenti: BMT Təhlükəsizlik Şurasında mütləq islahat aparılmalıdır

Rəcəb Tayyib Ərdoğan: Azərbaycan və Ermənistan arasında daimi sülhün bərqərar olmasını arzulayırıq

UNEC-də 27 Sentyabr – Anım Gününə həsr olunan tədbir keçirilib

Donald Tramp Danimarka və Qrenlandiya rəhbərləri ilə təhlükəsizlik sazişi imzalayıb

Bu saata olan əsas xəbərlər  

Türkiyə Prezidenti: Fələstin xalqının səsini dünyaya çatdırmağa davam edəcəyik

Bakıda yerləşən ali təhsil müəssisələrində bu həftə tədris distant təşkil olunacaq

Cavad Cavadlının 100 illiyinə həsr edilmiş kitabın təqdimatı olub

“Yeni qala” konsert kompleksinin açılışı olub

Ayxan Abbasov: Bu hazırlığımızı qarşıdakı üç oyun üzərində quracağıq

BMT-nin Baş katibi: İqlim təhlükələri realdır, lakin ümid də var

Antonio Quterreş Yaxın Şərqdə atəşkəsə və humanitar yardımları bərpa etməyə çağırıb

Tramp Beynəlxalq Cinayət Məhkəməsinə üzv ölkələri qurumdan rəsmən çıxmağa çağırıb

Voleybol üzrə Azərbaycan çempionatlarının təqribi start tarixi bəlli olub

İran Prezidentinin təyyarəsi Əlcəzairdə texniki eniş edib

ABŞ Prezidenti: Ukrayna müharibəsi düşündüyümüzdən daha tez başa çatacaq

Doğma yurda qayıdan Kərkicahan sakini: Bu gün bizim ən xoş günümüzdür

Azərbaycana uçuşlar həyata keçirən İran aviaşirkətlərinin reysləri dayandırılır

Kişi qiyafəsinə girərək məşq edən əfqanıstanlı velosipedçi qadın Asiya Oyunlarında medal qazanıb

Tramp: ABŞ və Venesuela dünya neftinin 60 faizindən çoxuna sahibdir

Donald Tramp: Azərbaycan Prezidenti bildirdi ki, 6 ayda möcüzə yaratmışam

Fərid Hüseyn: Nizami Gəncəvi və Seyid Yəhya Bakuvi irsi hər nəsil üçün yeni düşüncə imkanları yaradır

ABŞ Prezidenti: İranın nüvə silahına sahib olmasına heç vaxt icazə verməyəcəyəm

Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının açılışında iştirak edib

Formula 1 Azərbaycan Qran-Prisinə son 2 gün: Bakı sürət yarışına hazırdır VİDEO

Formula 1 Azərbaycan Qran-Prisinə son 2 gün: Bakı sürət yarışına hazırdır VİDEO

Azərbaycanın innovasiya və startap ekosistemi Daşkənddə təqdim olunacaq

Tramp: Amerika geri qayıdıb və əvvəlkindən daha güclüdür

Azərbaycan XİN: Tsxinvali bölgəsində keçirilmiş qondarma “prezident seçkiləri”nin nəticələrini tanımırıq

Altıncı “Yüksəliş” müsabiqəsinin qalibi Mətanət Rzazadə ilə MÜSAHİBƏ VİDEO

Altıncı “Yüksəliş” müsabiqəsinin qalibi Mətanət Rzazadə ilə MÜSAHİBƏ VİDEO

Fransa və ABŞ Hörmüz boğazına dair qətnamə hazırlayır

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

Müşavirə dağ-mədən və metallurgiya sektoruna dövlət dəstəyinin artırılmasına imkan verəcək - ŞƏRH

Minsk qrupunun sonunu gətirən “silah” – TƏHLİL

Azərbaycanda xalça istehsalı 48 dəfə, ixracı isə 4,4 dəfə artıb – QRAFİK

Londonda Formula 1 azarkeşləri Azərbaycan Qran-Prisi barədə nə düşünürlər?  VİDEO

Londonda Formula 1 azarkeşləri Azərbaycan Qran-Prisi barədə nə düşünürlər?  VİDEO

“Birliyin Gücü - 2026" birgə hərbi təliminin açılış mərasimi olub VİDEO

“Birliyin Gücü - 2026" birgə hərbi təliminin açılış mərasimi olub VİDEO

BMT-nin Baş katibi: Afrikanın daimi təmsil olunmadığı Təhlükəsizlik Şurası ədalətsizdir

Quterreş: Şəbəkələşmiş gələcəyin qurulması super dövlətlərin müəyyən hədlərin mövcudluğunu qəbul etməsi ilə başlayır

IMO nümayəndəsi: Mülki gəmilərə hücumlar səbəbindən Qara dənizdə gəmiçilik demək olar dayanıb

Regionların inkişafı davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir - ŞƏRH

Dağ-mədən və metallurgiya sənayesinin inkişafı təhsil sistemi üçün yeni kadr gündəliyi formalaşdırır – ŞƏRH

Bir zamanlar ekranda heyranlıqla izlədiyi döyüşçülər kimi oldu - 19 yaşlı şəhid Seymur Əzizalıyev

® “Samsung Micro RGB”: yeni nəsil arxa işıqlandırma texnologiyası nə verir?

Tacikistan yığmasının baş məşqçisi: Bizi Azərbaycan millisi ilə maraqlı oyun gözləyir

Azərbaycan və Malayziya mərkəzi bankları mühasibat uçotu təcrübələrini bölüşüb

Azərbaycan ilə Almaniya enerji əməkdaşlığının genişləndirilməsini dəyərləndirib

Kənd Təsərrüfatı naziri Məcnun Məmmədov “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

Süni intellekt müəllimin köməkçisi ola bilərmi?

Qafqaz Albaniyasının xristian irsi Azərbaycanın qədim dövlətçilik tarixinin ayrılmaz hissəsidir ŞƏRH

“ADEX-2026” sərgisində iştirak edəcək ölkələrin və şirkətlərin sayı artıb

III Beynəlxalq Opera Festivalı çərçivəsində konsertlər davam edir

Azərbaycan və Gürcüstanın regionları arasında əməkdaşlığın genişləndirilməsi imkanları araşdırılır

Moldova hökuməti Dnestr çayının dayazlaşması ilə əlaqədar fövqəladə vəziyyətin tətbiqini təsdiqləyib

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Türkiyə nümayəndə heyəti ilə görüşüb

BMT ekspertləri süni intellekt üzərində nəzarətin itirilməsi barədə xəbərdarlıq ediblər

Deputat: Azərbaycana qarşı aparılan kampaniyanın dirijoru Ermənistan hakimiyyətidir

“Mançester Yunayted”in sabiq futbolçusu Rusiya klubları ilə danışıqlar aparır

Böyük Zəfərin əbədi qəhrəmanları - Ədəbiyyat Muzeyində elmi seminar

AXA sədri Ağcabədidə vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib

Vənglidə görmədiyiniz məkanlar – Xaçınçayın sahilindən REPORTAJ VİDEO

Vənglidə görmədiyiniz məkanlar – Xaçınçayın sahilindən REPORTAJ VİDEO

Avropada qazın qiyməti 3 həftənin minimumuna enib

“ASAN xidmət”in Kambocada tətbiqi ilə bağlı işlər sürətləndirilir

Stokholmda bir milyon kron dəyərində park skamyaları oğurlanıb

“Gümüşü Dost”: Yaşlıların təcrübəsi könüllülükdə VİDEO

“Gümüşü Dost”: Yaşlıların təcrübəsi könüllülükdə VİDEO

Qafqaz Albaniyasının heykəltaraşlıq nümunələri: ideya və inancların simvolu

“Sumqayıt” basketbolçusu ilə yeni müqavilə imzalayıb

BDU-da Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Akademiyası yaradılıb

Teatr tarixində ilk: Tamaşalarımız Türkiyənin ən böyük sənət vəqfi tərəfindən mükafatlandırılacaq

Parlamentin Gənclər və idman komitəsinin ötən sessiyada görülmüş işləri qənaətbəxş hesab olunub

Cəlilabadda bədbəxt hadisə baş verib

Telman İbrahimov: Qafqaz Albaniyasında heykəltaraşlıq ənənələrinin kökləri qədim dövrlərə gedib çıxır

İlqar Fəhmi: Nizami yaradıcılığının təbliği, gənc nəslə çatdırılması mühüm əhəmiyyət daşıyır

Alimlər Marsın erkən dövründə suyun mürəkkəb tarixini üzə çıxarıblar

Elm Fondunun qrant dəstəyi Qafqaz Albaniyasının maddi-mədəni irsinin tədqiqinə yeni imkanlar yaradır

Ekspert: Paytaxtın mərkəzdən kənarlara doğru genişləndirilməsi və inkişaf etdirilməsi həyata keçirilməlidir

Diplomatların Qarabağa səfərinə Ermənistanın reaksiyası sülh ritorikası ilə reallıq arasındakı ziddiyyətdir ŞƏRH

Yunanıstan Egey dənizinin cənub-şərqində dron uçuşlarını qadağan edib

Naxçıvanda reabilitasiya mərkəzinə mediatur təşkil olunub VİDEO

Naxçıvanda reabilitasiya mərkəzinə mediatur təşkil olunub VİDEO

Dövlət katibi: ABŞ Səudiyyə Ərəbistanı qarşısındakı müdafiə öhdəliklərini yerinə yetirəcək

Xaçmazda oğurluq edən şəxs saxlanılıb

ABŞ, Danimarka və Qrenlandiya liderləri bu gün təhlükəsizlik sazişi imzalayacaqlar

Sabah Masallının 4 yaşayış məntəqəsinə qazın verilişi dayandırılacaq

Azərbaycan türk dövlətləri arasında turizm əlaqələrinin inkişafında mühüm rol oynayır

Nyu-Yorkda BMT Baş Assambleyasının yüksəksəviyyəli həftəsi başlayır

Livan ölkənin cənubunda yeni beynəlxalq kontingentin yerləşdirilməsini istəyir

Rumıniya Aİ-də benzinin ən çox bahalaşdığı ölkələr sırasındadır

Fərhad Quliyev: Qafqaz Albaniyasının maddi-mədəni irsi kompleks şəkildə araşdırılmalıdır