Azərbaycan ilə İranın münasibətlərinin daha da yaxınlaşması üçün məhdudiyyət yoxdur
Tehran, 11 may, AZƏRTAC
Azərbaycan ilə İran arasındaki əlaqələrin inkişafı üçün heç bir maneə yoxdur və iki qonşu dövlətin münasibətlri daha da yaxınlaşır.
Bu fikir mayın 11-də Azərbaycanın İrana təyin olunan yeni səfiri Bünyad Hüseynov ilə İranın xarici işlər naziri Məhəmməd Zavad Zərifin görüşü zamanı səslənib.
Bünyad Hüseynov etimadnaməsinin sürətini nazirə təqdim edib. Sonra missiyası müddətində iki ölkənin əlaqələrinin daha da genişləndirilməsi və möhkəmləndirilməsinə səy göstərəcəyini vurğulayıb.
Nəzərə çatdırılıb ki, rəsmi Bakı İran ilə iqtisadi, sosial, mədəni və digər sahələrdə əlaqələri inkişaf etdirməkdə maraqlıdır.
İranın xarici işlər naziri, Məhəmməd Cavad Zərif qeyd edib ki, qarşılıqlı əlaqələr inkişaf istiqamətindədir və gələcəkdə münasibətlərin daha da yaxınlaşması üçün heç bir məhdudiyyət yoxdur.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirə aparılıb.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [14:06]
İstanbulda TDT ölkələri ədliyyə nazirlərinin 3-cü iclası keçirilib
- 07.10.2026 [10:06]