AZƏRBAYCAN İLƏ MƏRAKEŞİN ƏLAQƏLƏRİNİN GENİŞLƏNDİRİLMƏSİ MƏSƏLƏSİ MÜZAKİRƏ OLUNMUŞDUR
Ölkəmizdəki son illər əldə edilmiş iqtisadi nailiyyətlər barədə qonaqlara ətraflı məlumat verən nazir, Ermənistanın təcavüzü nəticəsində Azərbaycan ərazilərinin 20 faizinin işğal olunduğunu və bunun nəticəsində respublikamızın bir milyona qədər vətəndaşının qaçqına və məcburi köçkünə çevrildiyini bildirmişdir.
Qonaqlar Mərakeş Krallığının üzləşdiyi Saxara münaqişəsi və onun həlli imkanları barədə fikirlərini bölüşmüşlər.
Azərbaycanda Mərakeş Krallığı ilə münasibətlərə, xüsusilə də bu ölkədə səfirliyimizin açılmasına böyük önəm verildiyini diqqətə çatdıran nazir E.Məmmədyarov, Mərakeşin regionda lider dövlətlərdən biri olduğunu söyləmiş, dövlətlərimiz arasında qarşılıqlı münasibətlərin inkişafının əhəmiyyətini vurğulamışdır.
Qonaqlar diqqətə çatdırmışlar ki, Mərakeşdə də Azərbaycanla münasibətlərin inkişafına xüsusi önəm verilir.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [16:19]
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək
- 15.10.2026 [16:13]