AZƏRBAYCAN İQTİSADİYYATI DÜNYADA BƏNZƏRİ OLMAYAN SÜRƏTLƏ ARTIR
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev Azərbaycan Respublikasının diplomatik xidmət orqanları rəhbərlərinin avqustun 14-də Bakıda keçirilən ikinci müşavirəsində bildirmişdir ki, Azərbaycanın daxilində gedən müsbət proseslər, iqtisadi artım, sosial məsələlərin həlli, regionların sosial-iqtisadi inkişafı Dövlət proqramı Azərbaycanın iqtisadiyyatını möhkəmləndirir və bunun nəticəsində ölkə iqtisadiyyatı dünyada bənzəri olmayan sürətlə artır. Azərbaycan bu göstəriciyə görə bu gün dünyada lider dövlətdir.
Prezident demişdir: “Bizim xaricdəki mövqelərimiz, beynəlxalq təşkilatlarda, ikitərəfli müstəvidə olan fəaliyyətimiz, əlbəttə ki, ölkəmizi daha da möhkəmləndirir, müəyyən risklərdən qoruyur. Bu da çox önəmlidir. Çünki dünyada gedən prosesləri biz hamımız izləyirik və görürük. Həm bölgədə, həm də başqa yerlərdə çox xoşagəlməz hadisələr baş verir. İnsanların təhlükəsizliyinə təsir göstərən proseslər gedir. Azərbaycanda bunların heç biri yoxdur. Biz ölkəmizi qorumalıyıq”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [16:19]
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək
- 15.10.2026 [16:13]