Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi onun neftdən asılılığını minimuma endirəcək

Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi onun neftdən asılılığını minimuma endirəcək

Bakı, 18 avqust, AZƏRTAC

Dünya bazarlarında neftin qiymətlərinin ucuzlaşması bəzi “həvəskar” yazarların qol-qanadını açıb. Baş verən proseslərin mahiyyətini yetərincə dərk edə bilməyənlər vəziyyəti “mütəxəssis” kimi şərh etməyə çalışırlar. “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifov Azərbaycan iqtisadiyyatında neft amili ilə bağlı söylənilən yalanları konkret faktlarla ifşa edir. AZƏRTAC professorun həmin məqaləsini təqdim edir.

X X X

Bu yalanları tirajlayanlar öz əməllərindən əl çəkmək fikrində deyillər. Həmin adamların işi-gücü kol dibində gizlənib yoldan keçən avtomobilə daş atan uşaqlar kimi hərdən mətbuata çıxıb beləcə “daş atmaq”dan ibarətdir. Amma gərək unutmasınlar ki, hansı yalanları uydurmalarından, cəmiyyətə hansı çaşdırıcı xəbəri ötürmələrindən asılı olmayaraq, biz bütün bunları ifşa etməkdə və kimin hara qədər iqtisadçı olduğunu göstərməkdə davam edəcəyik. Vətənimizi sevirik, dövlətimizə sarsılmaz tellərlə bağlıyıq, ölkəmizin qısa zaman ərzində böyük iqtisadi inkişaf yolu keçərək regionda ən qüdrətli dövlətə çevrilməsindən qürur duyuruq. Kim bu nailiyyətlərə kölgə salmağa, görülən bənzərsiz işlərə qara yaxmağa, özündən rəqəmlər uydurub insanlarımıza doğru olmayan bilgilər verməyə çalışacaqsa, bunun cavabını dərhal alacaq. Bu adamlar əmin olsunlar ki, biz - “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyi olaraq dünyada gedən iqtisadi prosesləri yaxından izləməklə yanaşı, Azərbaycanın sosial-iqtisadi özəlliklərini dərindən təhlil edib ölkələr arasında paralellər aparmaq yolu ilə reallığın şəklini çəkməkdə davam edəcəyik. Özünün siyasi maraqlarından çıxış edən, eləcə də müxtəlif xarici dairələrdən gələn göstərişləri yerinə yetirmək həvəsinə düşənlərin cızma-qaraları, iqtisadiyyat adına uyğun gəlməyən “təhlilləri” nəzərimizdən yayınmır. İqtisadi sahəyə aid bütün xəbər və açıqlamaları diqqətlə izləyir, iqtisadçı qiyafəsində zühur edənlərin dilə gətirdiyi rəqəmləri qeydə alırıq. İstənilən bir uyğunsuzluq və ölkənin iqtisadi göstəricilərinin təhrif olunması kimi hallar müşahidə olunarsa, biz bütün bunlara, “Hər şeyi olduğu kimi göstərmək” prinsipimizə uyğun şəkildə reaksiya verəcəyik.

X X X

Son 10 ildən bir qədər artıq vaxt ərzində Azərbaycanın inqilabi sıçrayışla əldə etdiyi iqtisadi nailiyyətlərdən beynəlxalq maliyyə qurumlarının hesabatlarında açıq və aydın şəkildə bəhs olunur. Xarici təşkilatların hesabatlarına istinad etməyi sevənlər buyurub həmin sənədlərə nəzər sala bilərlər. Əslində bu adamlar Azərbaycanın haradan hara gəldiyini hamıdan yaxşı görürlər. Yəqin Heydər Əliyev hakimiyyətinə qəpiyə möhtac bir büdcə qoyub getdiklərini də unutmayıblar. Sadəcə bir missiyaları var ki, onu yerinə yetirmək xatirinə istənilən yalanın altından imza atmağa hazırdırlar. Bu missiya hər şeyi qara rəngdə təqdim etmək, görülən işlərə kölgə salmaq, insanlara həqiqətə uyğun olmayan informasiyalar ötürmək və ölkəni guya “fəlakətlər gözlədiyi”nə dair təsəvvürlər yaratmaqdan ibarətdir. Belə bir missiyaya “könül verən”lər öz çirkin niyyətlərini nə yolla olursa-olsun reallaşdırmağa çalışırlar. Lakin anlamırlar ki, tutduqları yol əslində onların özlərini bataqlığın girdabına aparır. “Neftin qiymətləri düşür və bu səbəbdən Azərbaycan iqtisadiyyatı çökəcək, onun maliyyə-bank sistemi tam iflasa uğrayacaq” kimi heç bir məntiqə və ağıla sığmayan çağırışlar da göstərir ki, bu adamlar adi riyazi hesablamaları belə düzgün apara bilmirlər. Ortada konkret rəqəmlər var və onları təkzib etmək, gizlətmək mümkün deyil.

X X X

2004-cü ildən başlayaraq son 11 il ərzində Azərbaycan dünya miqyasında iqtisadi və sosial baxımdan ən sürətlə inkişaf edən ölkə hesab olunur. Bu müddət ərzində ölkənin ümumi daxili məhsulu 3,4 dəfə, sənaye istehsalı 2,7 dəfə, valyuta ehtiyatları isə 28 dəfəyə qədər artıb. Göstərilən dövrdə ölkədə orta aylıq əməkhaqqı 5,7 dəfə, orta aylıq pensiya 9,2 dəfə yüksəlib. Bu illər ərzində 2 min 900 məktəb binası, 560 tibb ocağı tikilib və əsaslı təmir edilib. 41 Olimpiya İdman Mərkəzi, 30 gənclər mərkəzi yaradılıb. O bir il ərzində yüzlərlə yeni istehsal və emal müəssisəsi açılıb, 1 milyon 300 mindən artıq yeni iş yeri yaradılıb ki, bunun da 1 milyona qədəri daimi iş yeridir.

X X X

2014-cü ilin yekunlarına görə, Azərbaycanın qeyri-neft sektorundan ixracın həcmi 1,8 milyard ABŞ dollarına yaxın olub. Bəli, bu rəqəm bizim ümumi ixracımızın 8 faizinə bərabərdir və elə bu səbəbdən də ilk baxışda az görünür. Lakin son 10 ildən artıq bir vaxt ərzində hökumətin ölkədə qeyri-neft sektorunu inkişaf etdirməklə bağlı atdığı əsaslı addımlar - regionların sosial-iqtisadi inkişafına dair iki Dövlət Proqramının uğurla reallaşdırılması, birinin isə icrasının davam etdirilməsi, keçən ilin sənaye, cari ilin kənd təsərrüfatı ili elan olunması, sahibkarlığın inkişafına dövlət dəstəyinin artması və bütün bunların nəticəsi olaraq yerlərdə sürətlə sənaye məhəllələrinin yaradılması, aqroparkların qurulması, sonda qeyri-neft sektorundan ixracın həcminin böyük sürətlə artmasına real zəmin yaradıb. Son beş ildə ümumi daxili məhsulun tərkibində qeyri-neft sektorunun payı 20 faizə qədər artaraq, ümumilikdə, 70 faizə yaxınlaşıb. Elə bunun nəticəsidir ki, son beş ildə qeyri-neft sektorundan ixracın həcmi 65 faiz artıb ki, bu da 13 faiz orta illik artım deməkdir. Qeyri-neft sektorunun qısa zaman çərçivəsində belə sürətli inkişafı təcrübəsinə heç yerdə rast gəlinməyib. Bax, budur Azərbaycan iqtisadiyyatının bugünkü real durumu. Bu faktları, bu həqiqətləri heç kim təkzib edə bilməz. Bunu təkcə biz deyil, bütün dünya görür və etiraf edir. Unutmayaq ki, Azərbaycan bütün bu nailiyyətləri Ermənistanla müharibə şəraitində olduğu bir dövrdə əldə edib.

Bəli, neftin qiymətləri dünya bazarlarında bu günədək iki dəfəyə qədər aşağı düşüb və heç bir şübhə yoxdur ki, bu prosesi idarə edən nəhəng güclər qiymətləri bir qədər də aşağı sala və lazım bildikləri səviyyəyə endirə bilərlər. Lakin qiymətlərin aşağı düşməsi ümumi daxili məhsulunda qeyri-neft sektorunun payı artıq 70 faizə yaxın olan və bu kursu xüsusi dövlət proqramları çərçivəsində aparan Azərbaycana hansısa “qorxulu perspektivlər” yarada bilməz. Neftin qiymətlərinin aşağı düşməsi gəlirlərimizi azaldacaq, ancaq bu, heç bir halda fəlakət sayıla bilməz. Artıq Azərbaycan neft gəlirlərini kifayət qədər səmərəli istifadə etməklə qeyri-neft sektorunun inkişafında yüksək nəticələr əldə edib. Azərbaycan hökuməti son 11 il ərzində elə neft gəlirlərinin də bir qismini bu məqsəd üçün istifadə etməklə ölkə iqtisadiyyatının şaxələndirilməsinə nail olub ki, bundan sonra iqtisadiyyatın neftdən asılılığı getdikcə minimuma enəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Cəlilabadda transformator partlayıb, ətraf ərazidə yanğın baş verib

Bir il sonra: Vaşinqton razılaşmaları Azərbaycanı hansı yeni geosiyasi mərhələyə çıxardı?

Kanadada meşə yanğınları: 22 min insan təxliyə edilib

Rusiya ərazisində 285 Ukrayna dronu məhv edilib

Azərbaycan cüdoçuları Avropa Kubokunu 7 medalla üçüncü yerdə başa vurublar

Almaniya dron hücumlarından müdafiə qüvvələrini ikiqat artırır

Yasamal və Nərimanov rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranacaq

Bakıda 11 marşrut xəttinin dayanacaq məntəqələri müvəqqəti dəyişdiriləcək

Həsən Seyidbəyli küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Moskvaya yaxınlaşarkən vurulan dronların sayı altıya çatıb

Vuçiç: Avropa böyük bir müharibənin astanasındadır

Türkiyənin Qara dəniz sahilində ekipajsız kater məhv edilib

Bu saata olan əsas xəbərlər

İran parlamentində Hörmüz boğazı ilə bağlı yeni qanun layihəsi təsdiqlənib

Dünya əhalisinin 6 faizini təşkil edən yerli xalqlar iqlim dəyişikliyinin təhdidi altındadır

Xətai rayonunda baş verən yanğın söndürülüb - YENİLƏNİB

Rezidenturaya qəbul imtahanının ikinci mərhələsi keçirilib

Aqrar sığorta üzrə müstəqil ekspert sertifikatı üçün test imtahanı təşkil edilib

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Sumqayıtda motosiklet sürücülərinə qarşı nəzarət-profilaktik tədbirlər keçirilib VİDEO

Sumqayıtda motosiklet sürücülərinə qarşı nəzarət-profilaktik tədbirlər keçirilib VİDEO

İmişlidə Araz çayında batan şəxsin meyiti tapılıb - YENİLƏNİB 2

Fərid Xəlilov: Yaxın illərdə Azərbaycanda beynəlxalq oxatma turnirinin təşkili planlaşdırılır VİDEO

Fərid Xəlilov: Yaxın illərdə Azərbaycanda beynəlxalq oxatma turnirinin təşkili planlaşdırılır VİDEO

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq elan olunub

Suriya ilə Rusiya hərbi bazaların gələcəyi ilə bağlı memorandum imzalayıb

Kamandan oxatma üzrə ölkə çempionatı və kubokunun qalibləri mükafatlandırılıb VİDEO

Kamandan oxatma üzrə ölkə çempionatı və kubokunun qalibləri mükafatlandırılıb VİDEO

Kamandan oxatma üzrə Azərbaycan çempionatı və kubokuna yekun vurulub VİDEO

Kamandan oxatma üzrə Azərbaycan çempionatı və kubokuna yekun vurulub VİDEO

Beynəlxalq Yerli Xalqlar Günündə müstəmləkəçiliyin davam edən izləri

İstirahət zonalarında polisin fasiləsiz xidməti təşkil edilib

Tovuzda fərdi yaşayış evində yanğın olub, xəsarət alan var VİDEO

Tovuzda fərdi yaşayış evində yanğın olub, xəsarət alan var VİDEO

Cənubi Qafqazda köhnə münaqişə reallığı tarixə qovuşur, yeni siyasi-iqtisadi düzən formalaşır - ŞƏRH

Qazaxıstanda sərnişin avtobusu yanıb

Almaniya XİN: Cənubi Qafqazda sülh və sabitlik ortaq maraqlarımıza uyğundur

Tanınmış şair və tərcüməçi Çingiz Əlioğlu vəfat edib

Rektor: Azərbaycan və Ermənistan liderlərinin Vaşinqton görüşü regionda sülhün və təhlükəsizliyin təməlini qoydu

Azərbaycan-Ermənistan münasibətləri artıq siyasi bəyanatlardan praktik əməkdaşlıq mərhələsinə keçir ŞƏRH

Yəmənin Mokha limanına raket və dron hücumu təşkil edilib

Almaniyada infrastrukturun dronlardan qorunması üçün yeni tədqiqat mərkəzi yaradılır

Sumqayıtda yaşayış binasında yanğın söndürülüb, 6 sakin təxliyə edilib

Avqustun 10-da hava necə olacaq? - RƏSMİ PROQNOZ

Xocalı və Xocavəndin bir sıra kənd və qəsəbələrinin elektrik şəbəkəsi yenidən qurulur

Sinqapur Respublikasının Prezidenti Zati-aliləri cənab Tarman Şanmuqaratnama

Xarkova hava zərbələri endirilib, ölənlər və xəsarət alanlar var

Şəhid Elcan Məmmədovun atası: O, mənim yarımçıq qalmış missiyamı ən ali səviyyədə tamamladı

“Yay Fest 2026”nın “Müasir şəhərlər və texnologiya” düşərgəsi başa çatıb

Vaşinqtonda keçirilən tarixi görüşlər Cənubi Qafqazın siyasi tarixində yeni mərhələnin başlanğıcını qoydu ŞƏRH

Bu gün DOST Agentliyinin yaranmasının 8 ili tamam olur VİDEO

Bu gün DOST Agentliyinin yaranmasının 8 ili tamam olur VİDEO

Finlandiya Ukraynaya “Patriot” raketləri verməkdən imtina edib

Bu gün Beynəlxalq Yerli Xalqlar Günüdür

“Atletiko” dünya çempionunu 20 milyon avroya satıb

Qaziantepdə 4,5 bal gücündə zəlzələ olub

“Qalatasaray” rusiyalı futbolçunun transferi üçün “Lokomotiv”lə anlaşıb

Neymar yenidən Messi ilə komanda yoldaşı ola bilər

Türkiyə köhnəlmiş ABŞ silahlarını Ukraynaya verə bilər

Nigerdə sərnişin avtobuslarının toqquşması nəticəsində 22 nəfər ölüb

Belqorod vilayətinə dron hücumu olub, 13 nəfər yaralanıb

Siciliya sahillərində Roma imperiyasına aid batmış gəmi tapılıb

FIFA İnfantino ilə bağlı iddialara cavab verib

İraqda qonşu ölkəyə hücum planlaşdıran qrup üzvləri həbs edilib

Ekspert: Vaşinqton görüşü Cənubi Qafqazda münasibətlərin normallaşması yolunda tarixi dönüş nöqtəsidir

Marko Rubio: ABŞ Azərbaycan və Ermənistanla işləməyə tam sadiqdir

Zelenski: Ukrayna ordusu Donbasdan geri çəkilməyəcək

Leypsiq-Halle aeroportunda dron hadisəsindən sonra təhlükəsizlik tədbirləri gücləndirilib

Hakan Fidan: Türkiyə Azərbaycan və Ermənistan arasında davamlı sülhün əldə edilməsi səylərini dəstəkləyir

Bakıdan Limaya uzanan yeni körpü: Azərbaycanın Perudakı strateji sərmayəsi

MDU ilə Azərbaycan Texniki Universiteti birgə kadr hazırlığına başlayır

Paytaxtın Yasamal rayonunda keçirilən ödənişsiz skrinninq aksiyasında 400-ə yaxın qadın müayinə olunub

Xocavənddə buldozerin minaya düşməsi ilə bağlı araşdırma aparılır

Prezident İlham Əliyev Vaşinqton Zirvə Görüşünün ildönümü münasibətilə ABŞ Prezidentinə məktub ünvanlayıb

Amerika Birləşmiş Ştatlarının Prezidenti Zati-aliləri cənab Donald Trampa

Vaşinqton Bəyannaməsi – qlobal xaos fonunda işləyən sülh modeli ŞƏRH

Türk ekspert: Vaşinqton görüşü Prezident İlham Əliyevin diplomatiyasının növbəti uğurudur

Bu saata olan əsas xəbərlər

Nika Çitadze: Azərbaycan ilə Ermənistan arasında əldə olunan razılaşma sülh prosesinin yekunlaşması üçün zəmin yaradıb

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Milli Kitabxanada yazıçı Əlisa Nicatın 90 illik yubileyinə həsr edilmiş kitab sərgisi təqdim olunub

Vaşinqton görüşü regionun gələcəyini müəyyən edən siyasi mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir ŞƏRH

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Stiv Uitkoff: Cənubi Qafqaz ölkələrinin gələcəyi parlaqdır

Azərbaycanın strateji baxışı Cənubi Qafqazın yeni inkişaf mərhələsini formalaşdırır ŞƏRH

Göz sağlamlığını qorumaq üçün hər fəslə uyğun qidalanmaya və sağlam həyat tərzinə diqqət yetirmək lazımdır

Luvr İslam incəsənətinə həsr olunmuş müvəqqəti sərgi ilə diqqət mərkəzindədir

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Vaşinqton razılaşmalarından bir il sonra: Cənubi Qafqazda sülh gündəliyi ŞƏRH

Qazaxda 11,7 min hektar taxıl sahəsindən 39 min tondan çox məhsul götürülüb

Aİ “Meta” və “TikTok”u dezinformasiyaya qarşı daha qətiyyətli tədbirlər görməyə çağırıb

Azərbaycan–ABŞ əməkdaşlığının yeni mərhələsi - Strateji Tərəfdaşlıq Xartiyası

Alparslan Bayraktar: Türkiyə Azərbaycanda müxtəlif layihələrin həyata keçirilməsinə hazırdır

Cevdet Yılmaz: Türkiyənin təhlükəsizliyi onun sərhədlərindən başlamır

Çimərliyə gedənlərə XƏBƏRDARLIQ

Sıfır Tullantı Vəqfi Türkiyənin plastik tullantı problemini yerində araşdıracaq

Tarixi Vaşinqton Zirvə Görüşü xronoloji ardıcıllıqla

“Vilyarreal” klubunun nümayəndələri “Sabahın Ulduzları”nda

Vaşinqton görüşü Azərbaycanın regional məsələlərin həllində fəal rol oynadığını təsdiqləyib ŞƏRH

Sabah havanın temperaturu 40 dərəcəyədək yüksələcək

Rusiya və Pakistan ilk yük dəmir yolu marşrutunun istifadəyə verilməsinə hazırlaşır

Azərbaycanın xarici ölkələrdəki hərbi attaşelərinin və nümayəndələrinin illik iclası keçirilib

Azərbaycanın sülh siyasəti Cənubi Qafqazda yeni reallıq formalaşdırır ŞƏRH

Gürcü iqtisadçı: Qlobal böhranlar fonunda Cənubi Qafqaz özünü regional əməkdaşlıq üçün əlverişli məkan kimi təqdim edir

Tarixi Vaşinqton görüşü nələri dəyişdi? VİDEO

Tarixi Vaşinqton görüşü nələri dəyişdi? VİDEO