Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan-İran əlaqələri yeni mərhələyə qədəm qoyur

Tehran, 10 aprel (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin dəvəti ilə Tehrana rəsmi səfərini qonşu ölkədə ikitərəfli əlaqələrimizin inkişafında yeni mərhələnin başlanğıcı kimi xarakterizə edirlər.

Tehranda bildirilir ki, Həsən Ruhani İranın dünya ölkələri, xüsusilə qonşu dövlətlərlə əməkdaşlığını öz siyasətinin prioritet istiqaməti elan etmişdir. Bu konteksdə 2014-cü ildə Bakı ilə əməkdaşlığın gücləndirilməsi meylləri də ön plana çıxmaqdadır. Bu proses cari ilin yanvar ayında - Davos İqtisadi Forumunda İranın dövlət başçısının Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdiyi görüşdən sonra ardıcıl şəkildə davam edir.

Davos Forumunda keçirilmiş görüşdən sonra mart ayı Azərbaycan-İran əlaqələri üçün əlamətdar olmuşdur. Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərinin martın 14-də Türkiyənin Van şəhərində keçirdikləri növbəti üçtərəfli görüşdə də rəsmi Tehranın beynəlxalq və regional məsələlərdə istər Bakı, istərsə də Ankara ilə daha fəal dialoqa can atdığını göstərmişdir. Üç ölkənin xarici siyasət idarələri rəhbərlərinin qəbul etdikləri birgə Bəyannamədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi başda olmaqla, bütün regional məsələlərin ədalətli həlli, habelə ekstremizm və terrorizmə qarşı mübarizədə əməkdaşlığın gücləndirilməsinə hazır olduqlarını bildirmişlər.

Həmin ay, Azərbaycan və İranı regionun iki əhəmiyyətli ölkəsi adlandıran İran xarici işlər nazirinin müavini İbrahim Rəhimpurun Bakıya səfəri zamanı Prezident İlham Əliyevin qəbulunda olması, Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərovun Tehranda İran Prezidenti Həsən Ruhani, habelə iranlı nazirlər ilə görüşlərində iki qonşu ölkənin sənaye, energetika, ticarət və gömrük sahələrində daha fəal əməkdaşlığının perspektivləri müzakirə olunmuşdur. Bu səfərlərdən sonra İran rəsmiləri Azərbaycanın iş adamlarını Ərdəbil və digər şəhərlərdə müxtəlif sənaye sahələrinə sərmayə qoymağa dəvət etmişlər. İran xarici işlər nazirinin müavini Bakıda keçirdiyi mətbuat konfransında bəyan etmişdir ki, hazırda Azərbaycan ilə İran arasında ticarət dövriyyəsinin həcmi yarım milyard dollardır və bunun artırılması üçün ciddi iradə nümayiş etdiriləcəkdir. Rəsmi Tehran Azərbaycan Prezidenti İlham Əliyevin qarşıdakı rəsmi səfərinin məhsuldar olacağına da inamını ifadə etmişdi.

Daha sonra, İranın kommunikasiyalar və informasiya texnologiyaları naziri Mahmud Vaizi İRNA agentliyinə müsahibəsində azərbaycanlı həmkarı ilə aprelin 1-də Dubay şəhərində keçirilmiş İKT forumunda informasiya-kommunikasiya texnologiyaları sahəsində əməkdaşlığın perspektivlərini müzakirə etdiklərini demişdir.

İranın region ölkələri, o cümlədən Azərbaycan Respublikası ilə mədəniyyət sahəsində də əməkdaşlığının geniş perspektivləri vardır. Bu ölkənin Prezidenti Həsən Ruhaninin Əfqanıstanın paytaxtı Kabildə keçirilən Novruz şənliklərində iştirakı çərçivəsində region ölkələrinin nümayəndələri, o cümlədən Azərbaycanın Baş nazirinin müavini Elçin Əfəndiyevlə görüşündə də Tehranın bu istəyi ifadə edilmişdir.

Nəhayət, aprelin 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Tehrana rəsmi səfəri göstərdi ki, iki qonşu dövlət bütün bu açıqlamaların davam etdirilməsi üçün siyasi iradəyə malikdir. İstər İranın Ali Rəhbəri Ayətullah Əli Xameneyi, istərsə də Prezident Həsən Ruhani dövlətimizin başçısı ilə keçirdikləri görüşlərdə xalqımızın ən ağrılı problemi - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı rəsmi Bakının mövqeyini müdafiə edən bəyanatlar səsləndirdilər. İranın dövlət başçısının “regionda coğrafi sərhədlərin dəyişdirilməsinin yolverilməz olduğu” fikri və Azərbaycan ilə birgə ekstremizm və terrorizmlə mübarizə əzmini ifadə etməsi rəsmi Tehran tərəfindən səfərin ən əlamətdar bəyanatı sayıla bilər. Dövlətimizin başçısının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn normaları çərçivəsində ədalətli həllinin zəruriliyinə dair sözlərindən sonra, İran Prezidentinin “regiondakı problemlərin, o cümlədən Qarabağ məsələsinin beynəlxalq normalar və ədalət çərçivəsində həll olunmasına var gücümüzlə hazırıq” sözləri əlaqələrin perspektivləri ilə bağlı nikbin yanaşmanın göstəricisidir.

Prezident İlham Əliyevin səfəri zamanı iki ölkənin idman və gənclər, İranın Daxili İşlər (Ölkə) və Azərbaycanın Fövqəladə Hallar, qonşu ölkənin Yol və Şəhərsalma və Azərbaycanın Ekologiya və Təbii Sərvətlər nazirlikləri arasında əməkdaşlıq haqqında anlaşma memorandumlarının, habelə “Ordubad” və “Marazad” su elektrik stansiyalarının tikintisi və istismarı sahəsində əməkdaşlığa dair Sazişin imzalanması çoxşaxəli əməkdaşlığın inkişaf etdirilməsi baxımından əhəmiyyətlidir.

Yaxın gələcəkdə Azərbaycanın İran ilə energetika sahəsində əməkdaşlığı daha da güclənə bilər. Nüvə proqramı ilə bağlı Qərbin iqtisadi sanksiyaları ilə üzləşən Tehran “müqavimət iqtisadiyyatı” adlandırılan iqtisadi kurs vasitəsilə öz daxili resursları hesabına vəziyyətdən çıxmağa çalışır. Lakin, son aylar Tehrandan fəal iqtisadi əməkdaşlıq üçün bəyanatlar səslənməkdədir. Zəngin neft və qaz ehtiyatlarına malik olan İran martın 21-də qədəm qoyduğu Yeni - 1393-cü ildə (2014-cü il) “qara qızıl” hasilatını gündəlik 4 milyon barrelə, təbii qaz hasilatını isə 100 milyon kubmetrdən 400 milyon kubmetrə çatdırmağı planlaşdırır. Qonşu ölkənin neft naziri Bijan Namdar Zənganehin sözlərinə görə, iqtisadi sanksiyaların aradan qaldırılmasından sonra bu rəqəmlərə nail olmaq mümkündür. Hazırda isə, İran 1,2 milyon barrel xam neft ixrac edir. Tehran dünyanın enerji nəhəngləri - Britaniyanın “bp”, ABŞ-ın “Exxon” və “Conoco”, Fransanın “Total”, Norveçin “Statoil”, İtaliyanın “Eni” şirkətlərini ölkənin neft-qaz sektoruna sərmayələr qoymağa dəvət etmişdir. Bundan başqa, İran rəsmiləri Türkiyənin enerji şirkətlərini “Cənubi Fars” təbii qaz yatağının işlənməsində iştirak etməyə çağırmışdır. Tehran son aylar Azərbaycan ilə də enerji sahəsində əməkdaşlığı gücləndirmək istədiyini bəyan etmişdir. Lakin, bütün bu açıqlamaların Tehranın nüvə proqramının “5+1” formatında müzakirələrinin uğurlu nəticəsindən asılı olacağını söyləmək mümkündür.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim

“İsayas” tropik fırtınasının ABŞ sahilləri üçün təhlükəli qasırğaya çevriləcəyi gözlənilir

Milli Xalça Muzeyində “Tarixə toxunuş” sərgisi açılıb

Bu saata olan əsas xəbərlər

Nazir: Türkiyədə yeni sənaye zonalarının planlaşdırılması Zəngəzur dəhlizi nəzərə alınmaqla aparılır

Azərbaycanlı gənc tədqiqatçılar Antalya Konqresində ölkəmizi uğurla təmsil ediblər

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

AHİK sədri: Texnoloji tərəqqi sosialyönümlü olmalı, yeni texnologiyalar layiqli əməyə xidmət etməlidir

“SABAH.city”də AzTU-nun süni intellektəsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq

Azərbaycan cüdoçusu Bakıdakı dünya çempionatında gümüş medal qazanıb - YENİLƏNİB

Murad Hüseynov: Azərbaycanın zəngin bəstəkarlıq məktəbi dünya səhnələrində təntənə ilə təbliğ olunur

Milli İncəsənət Muzeyinin zəngin kolleksiyası və yeni layihələri media nümayəndələrinə təqdim olunub

® “Azercell” “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır

Ukraynalı uşaqlar üçün ekskursiya təşkil olunub

Nazir: Şərqlə Qərb arasında dayanıqlı əlaqələrin formalaşmasında Orta Dəhlizin rolu artır

Aqrar sahə ilə bağlı qanun layihəsi Milli Məclisdə ictimai dinləməyə çıxarılıb

Rəsmi Kiyev 5 fərqli atəşkəs formatı üzərində işləyir

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

Karyera seçimi, qərarvermə və liderlik: UNEC-in məzunu tələbələrə təcrübəsindən danışıb

ƏMAS vasitəsilə əmək hüquqlarının qorunmasına necə nəzarət edilir?

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb – QRAFİK

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır - ŞƏRH

Media nümayəndələri İsmayıllının turizm potensialı ilə tanış olublar

Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb

Sabah Masallının 5 kəndində qaz olmayacaq

BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

İş mühitində sağlam rəqabət və əməkdaşlığın rolu mövzusunda təlim təşkil olunub

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament (TR 002/2026/АZ)”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Yunis Əmrə İnstitutunun müəllim-tələbə heyəti Nizami muzeyini ziyarət edib

Azərbaycan ilə Estoniya arasında texnologiyalar sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib

Katexdə yerləşən Böyük Qafqaz səddinin qalıqları beynəlxalq səviyyədə tədqiq edilir

Türkman irsinin tədqiqi: Kərkükdən gələn ziyalılarla “Körpü”də görüş

Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq

Yəməndə köçkünlərin sayı 200 mini keçib

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib

Ərdoğan Putinlə söhbətində Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin əhəmiyyətini vurğulayıb

Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb

Naxçıvanda oktyabr ayının pensiyaları ödənilib

Qaradağda baş verən yol qəzasında ölənlərin sayı 4-ə çatıb – YENİLƏNİB

Ceyhun Bayramov: Azərbaycan MDB dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə sadiqdir

Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb

ICMP-nin baş direktoru: İtkin şəxslərin ailələrinin həqiqəti bilmək, ədalət və kompensasiya hüququ var

Cahangir Cahangirov sənətinin işığında möhtəşəm musiqi gecəsi

Fransanın tanınmış basketbol klubu müflis elan olunub

Kəlağayı el sənətinin tarixi və milli dəyəri - AMEA-da elmi sessiya

Bakı dünya tanqo həvəskarlarını bir araya gətirəcək

Zəfərdən yeni mərhələyə: Xaçmazda YAP-ın VIII Qurultayında qarşıya qoyulan məsələlər müzakirə olunub

Murad Hüseynov: Azərbaycan musiqisinin dünya səhnələrində təqdimatını genişləndiririk

“Koroğlu” və “Arşın mal alan” Azərbaycan musiqisinin dünya səhnəsindəki simvollarıdır

Rusiyanın Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

Şərqşünaslıq İnstitutunda görüş: Azərbaycan-türkman əlaqələri inkişaf etdirilir

Nazir müavini: Üzeyir Hacıbəyli Festivalı musiqi irsimizin təbliğinə xidmət edir

“Avropada Təhsil” sərgisinə həsr olunmuş brifinq keçirilib

Andrey Sibiqa: Ukrayna Azərbaycan tərəfinin göstərdiyi həmrəylik və praktiki dəstəyi yüksək qiymətləndirir

“Clarivate Günləri”: AzTU əməkdaşlarının elmi resurslarla işləmək bacarıqları inkişaf etdirilir

Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır

“Azərbaycan Dəmir Yolları” 9 ayda yükdaşımanı 11 faiz artırıb

Türkiyə eksperti: Orta Dəhliz Türk dünyasının transformasiyası üçün başlanğıc nöqtəsidir

Niderland şirkəti ilə saxlama-anbar komplekslərinin yaradılması barədə fikir mübadiləsi aparılıb

Beynəlxalq ekspertlər tələbələrə milli parkların idarə olunmasından danışıblar

Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib

Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib

Layiqli əmək sosial rifahın əsas şərtidir - BDU-da dəyirmi masa

“Azərbaycan tarixşünaslığında monqollar dövrü”nə dair yeni monoqrafiya çap olunub

İsfar Sarabski: “Baku Jazz Festival” kimi tədbirlər daha çox keçirilməlidir

Azərbaycan Kubokunda yeni mövsüm başlayıb

Zaqatalada xurma təsərrüfatlarında fitosanitar monitorinq aparılıb

Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb

Qazaxıstan Rusiya ilə neft tədarükünə dair sazişin müddətini 2028-ci ilədək uzadıb

Aİ-də yeni nəqliyyat vasitələrinin satışlarında elektrikli avtomobillərin payı 22 faizə yüksəlib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan nümayəndələri beynəlxalq kibertəhlükəsizlik yarışında uğur qazanıblar

Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabı təqdim olunub

AFFA nümayəndəsi UEFA-dan təyinat alıb

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Səfir: Litva universitetləri Azərbaycanın ali təhsil ocaqları ilə sıx əməkdaşlıq edir

® KPMG “Davr Bank”ın 51 faiz səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib

Fətəli xan Xoyskinin 150 illik yubileyi münasibətilə elmi sessiya təşkil olunub

“Mənim öz bayrağım olmalıdır” – şəhid kapitanın uşaqlıq arzusu

Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb

ADEA heyəti 5 illik yubiley münasibətilə Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

Doqquz ayda dövlət büdcəsindən 254 milyon manatdan çox vəsait geri qaytarılıb

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

“Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 10 sentyabr tarixli 789 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Milli Kitabxanada “İstiqlal söhbətləri” kitabının təqdimatı olub

Aİ-nin ölkəmizdəki səfiri: 2008-ci ildən etibarən Azərbaycanda 29 layihə reallaşdırılıb

Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb

Azərbaycan BMT-nin Qadınlar üzrə Agentliyi ilə əlaqələri genişləndirir

Ekspert: Müəllim üçün geyim standartı vahid forma demək deyil

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Muğam, dəniz və poeziya: Azərbaycan və Omanın musiqi ənənələrini birləşdirən cəhətlər

Dastan Ospanov: Orta Dəhliz vahid infrastruktur sistemi kimi inkişaf etdirilməlidir – MÜSAHİBƏ

Müqayisəli iqtisadi tədqiqatlarda yeni metodoloji yanaşmalar təqdim edilib – elmi seminar

Dövlət satınalmalarının vahid internet portalında süni intellektəsaslı yeni funksiya tətbiq edilib

Fransada şagirdlərin etiraz aksiyaları zamanı qumbaralardan istifadə müvəqqəti qadağan edilib

Polşada məktəbdə bıçaqlı hücum: 7 nəfər yaralanıb

Gürcüstanın beynəlxalq valyuta ehtiyatları 50,5 faiz artıb