AZƏRBAYCAN-İSRAİL İQTİSADİ ƏLAQƏLƏRİNİN İNKİŞAFI ÜÇÜN BÖYÜK İMKANLAR VARDIR
İsrailin ölkəmizdəki səfiri Artur Lenk, İsrail Eksport İnstitutunun nümayəndəsi xanım Kunit Qolovati bildirmişlər ki, ölkələrimiz arasında iqtisadi münasibətləri daha da genişləndirmək, işgüzar əlaqələrin inkişafına dəstək vermək, eləcə də Azərbaycanda sərmayə imkanlarını öyrənmək və birgə əməkdaşlıq məsələlərini müzakirə etmək məqsədi ilə keçiriləcək forumda hər iki ölkədən kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən 60-dan artıq şirkət iştirak edəcəkdir. Fevralın 20-də Bakıda açılacaq forum, fevralın 21-də Qubada davam etdiriləcəkdir.
Azərbaycanda İnvestisiyaların və İxracın Təşviqi Fondunun prezidenti Emil Məcidov və İqtisadi İnkişaf Nazirliyi Aparatının rəhbəri Samir Vəliyev son vaxtlar Azərbaycan ilə İsrail arasında iqtisadi münasibətlərin uğurla inkişaf etdiyini, lakin bunun ölkələrimizin imkanlarından aşağı olduğunu diqqətə çarpdırmışlar.
Bildirilmişdir ki, biznes forum ölkələrimizin potensialından daha geniş istifadə imkanlarının təhlili, İsrailin inkişaf etmiş kənd təsərrüfatı təcrübəsinin öyrənilməsi baxımından faydalıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [18:59]
Rusiya Xəzər dənizinin rəqəmsal modelinin yaradılmasını təklif edib
- 09.10.2026 [18:57]
Ekspert: Bakıda tıxacların həlli üçün ictimai nəqliyyat şaxələndirilməlidir
- 09.10.2026 [17:59]
Azərbaycan və Yaponiya rəqəmsal inkişaf sahəsində əməkdaşlığı genişləndirir
- 09.10.2026 [17:47]
Bazarın tələbatını ödəyəcək qaz var, problem təchizatdadır
- 09.10.2026 [17:27]
Yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 15 faiz artıb
- 09.10.2026 [17:24]
Azərbaycan və Almaniya arasında enerji və texnologiya əməkdaşlığı güclənir
- 09.10.2026 [16:18]