AZƏRBAYCAN KANOEÇİLƏRİ DÜNYA ÇEMPİONATINDA İŞTİRAK EDƏ BİLƏCƏKLƏR
Bakı, 30 iyul (AZƏRTAC). Avqustun 13-də Kanadanın Dartmut şəhərində keçirələcək kayak və kanoe üzrə böyüklər arasında dünya çempionatında iştirak edəcək Azərbaycan nümayəndə heyətinin viza problemi müsbət həllini tapmışdır.
Kanadanın Türkiyədəki səfirliyi artıq yığma komandamızın üzvlərinin yarış öncəsi təlim-məşq toplantısı və dünya çempionatında iştirakına rəsmən razılıq vermişdir.
Dörd gün davam edəcək dünya çempionatında ölkəmizi Valentin Demyanenko, Sergey Bezuqlıy və Maksim Prokopenkodan ibarət kanoeçilər təmsil edəcəklər. Onlar Kanadanın iqliminə və Bakı ilə aradakı saat fərqinə uyğunlaşmaq üçün avqustun 2-də okeanın o tayına yollanaraq hazırlıq prosesi keçəcəklər.
Azərbaycan Milli Avarçəkmə Federasiyasının mətbuat xidmətindən bildirmişlər ki, hazırda millimiz Qəbələnin Nohurqışlaq gölündə keçirdiyi təlim-məşq toplantısını yekunlaşdırmaq üzrədir.
######

MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [17:59]
Azərbaycan U-15 Avropa çempionatında 21 boksçu ilə təmsil olunacaq
- 16.10.2026 [17:40]
Türkiyəli məşhur futbol mütəxəssisi dünya çempionatı üçün Bakıya gəlir
- 16.10.2026 [16:56]
Premyer Liqa: “Şamaxı” turun açılış oyununda əzmkar qələbə qazanıb
- 16.10.2026 [16:40]
AFFA rəsmiləri “Qarabağ”ın akademiyasını ziyarət ediblər
- 16.10.2026 [16:14]