AZƏRBAYCAN KARATEÇİLƏRİ DÜNYA ÇEMPİONATINDA DÖRD MEDAL QAZANMIŞLAR
Bakı, 21 aprel (AZƏRTAC). Danimarkanın Viborq şəhərində aşıhara kaykan karate idman növü üzrə kişilər və qadınlar arasında keçirilmiş dünya çempionatında Azərbaycan yığma komandasının qazandığı uğurlarla bağlı aprelin 21-də Azərbaycan Media Mərkəzində mətbuat konfransı keçirilmişdir.
Konfransda Azərbaycan Aşıhara Kaykan Karate Federasiyasının təsisçisi Rafiq Abdullayev, federasiyanın prezidenti və yığma komandanın baş məşqçisi Marif Bağırov və idmançılar iştirak etmişlər.
Bildirilmişdir ki, çempionatda beş idmançı ilə təmsil olunmuş Azərbaycan millisində ən yaxşı nəticəni 60 kiloqram çəki dərəcəsində çıxış edən Səfa Cabbarov göstərmişdir. Bütün rəqibləri üzərində parlaq qələbə qazanaraq qızıl medala layiq görülmüş S.Cabbarov, həm də çempionatın ən yüksək texnikalı döyüşçüsü hesab edilmişdir. Namiq Məmmədzadə 57 kiloqram çəki dərəcəsində yalnız finalda məğlub olaraq, gümüş medal qazanmışdır. Daha iki idmançımız - Ramin Əvəzzadə və Pənah Qurbanov (hər ikisi 65 kq) isə bürünc medala layiq görülmüşlər. Elnur Xəlilov ilk döyüşdə zədə aldığından mübarizəni dayandırmağa məcbur olmuşdur.
Komanda hesabında Azərbaycan yığması Rusiya, Danimarka və Rumuniyadan sonra 4-cü yeri tutmuşdur.
######

MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [13:26]
Azərbaycanda ilk dəfə “Oceanman” beynəlxalq üzgüçülük yarışı keçiriləcək
- 15.10.2026 [13:07]
Vidadi Rzayev: "Qarabağ" – "Neftçi" derbisində favorit görmürəm
- 15.10.2026 [12:43]
Azərbaycan futzal millisinin oyunu ilk dəfə Lənkəranda keçiriləcək
- 15.10.2026 [12:37]
Erlinq Haaland Çempionlar Liqasında bir neçə rekorda imza atıb
- 15.10.2026 [11:51]
Azərbaycan klubu braziliyalı voleybolçunu heyətinə qatıb
- 15.10.2026 [11:21]
Azərbaycan dünya çempionatında 9 boksçu ilə təmsil olunacaq
- 15.10.2026 [11:20]
Danimarka millisinin sabiq baş məşqçisi vəfat edib
- 15.10.2026 [11:10]
“Qarabağ” – “Neftçi” matçı FIFA referisinə tapşırılıb
- 15.10.2026 [10:45]