Azərbaycan karateçisi dünya çempionatının gümüş medalını qazanıb
Bakı, 13 noyabr, AZƏRTAC
İndoneziyanın paytaxtı Cakartada yeniyetmələr və gənclər arasında karate üzrə doqquzuncu dünya çempionatı keçirilir.
AZƏRTAC xəbər verir ki, 14-15 yaşlı yeniyetmələrdən ibarət Azərbaycan milli komandasının üzvü Fidan Teymurova 4 rəqibini böyük hesabla məğlub edərək finala yüksəlib. Həlledici görüşdə misirli idmançıya məğlub olan F.Teymurova gümüş medalla kifayətlənib.
Noyabrın 15-dək davam edəcək çempionatda 91 ölkədən 1441 karateçi iştirak edir.