AZƏRBAYCAN KİNO AKTYORLAR GİLDİYASININ TƏQDİMAT MƏRASİMİ KEÇİRİLMİŞDİR
Bu günlərdə dövlət qeydiyyatından keçirilmiş yeni qurumun sədri, xalq artisti Həmidə Ömərova Gildiyanın yaranması zərurətindən və onun gələcək iş planından danışmışdır. Vurğulamışdır ki, peşəkar aktyorların yetişdirilməsi üçün qurumun nəzdində “Aktyor kursu” açılacaq, beynəlxalq təcrübənin öyrənilməsi ilə əlaqədar xarici ölkə gildiyaları ilə əlaqələr qurulacaqdır. Gildiyanın yaradılması hər şeydən əvvəl aktyorların hüquqlarının qorunmasına xidmət edəcəkdir. Belə ki, bu vaxta qədər filmlər təkrar göstərilərkən yalnız onun yaradıcı qrupuna müəyyən məbləğdə pul verilirdi. Bundan sonra isə yaradıcı qrupla yanaşı, aktyorlara da müəyyən qonorarın verilməsi ortaya qoyulacaq, həmin qonorar dünyasını dəyişmiş aktyorların ailələrinə verilməsi məsələsi qaldırılacaqdır.
Tədbirdə Gildiyanın icraçı direktoru, əməkdar incəsənət xadimi Cəmil Quliyev, xalq artisti Ramiz Novruz çıxış edərək yeni qurumun fəaliyyətinə uğurlar arzulamışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [21:38]
“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram
- 16.10.2026 [19:29]