Azərbaycan Konqreslər Bürosunun direktoru dünya tədbirlər sənayesinin 100 ən nüfuzlu şəxsindən biridir
Bakı, 7 sentyabr, AZƏRTAC
Dünyada tədbirlər sənayesi üzrə mühüm platforma sayılan, həmçinin auditoriyasına statistik və məlumatlandırıcı informasiyalar çatdıran “Eventex” 2020-ci ildə işgüzar tədbirlər sənayesinin ən nüfuzlu 100 insanını təqdim edib.
Dövlət Turizm Agentliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, 26 ölkədən olan şəxslər arasında Azərbaycan Konqreslər Bürosunun direktoru Sevda Əliyeva da yer alıb.
Platformanın bildirdiyinə görə, 5500-dən çox insanın səsverməsi ilə seçilmiş 100 şəxs yaradıcılığı, baxış tərzi, yenilikçilik qabiliyyəti ilə tədbirlər sənayesində xüsusi fərqlənən insanlardır.
2009-cu ildə təsis edilən “Eventex” platforması 85 ölkədən 950-dən çox şirkəti özündə birləşdirir. Platforma, eyni zamanda, tədbirlər sənayesində müxtəlif nominasiyalar üzrə mükafatlar da təqdim edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.07.2026 [17:56]
Bu ilin birinci yarısında hotellərin gəlirləri 279 milyon manat olub
- 20.07.2026 [14:19]
Moskvada Azərbaycanın turizm potensialı təqdim olunub
- 15.07.2026 [12:26]
“Şahdağ” Turizm Mərkəzində “TourismLAB” yay düşərgəsi təşkil olunub
- 09.07.2026 [14:26]