Azərbaycan Konqreslər Bürosunun Rəhbər Komitəsinin növbəti iclası olmuşdur
Bakı, 11 iyul (AZƏRTAC). Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosu və tərəfdaşları büronun rəhbər komitəsinin ikinci iclasını keçirmişlər.
Mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovun sədrliyi ilə reallaşan iclasda son altı ayda ölkəmizdə büro tərəfindən irimiqyaslı beynəlxalq tədbirlərin təşkili, Azərbaycanın Avropanın MİCE (biznes turizmi) turizm istiqaməti kimi təşviqi, beynəlxalq tədbirlərdə iştirak və s. sahələrdə həyata keçirilən tədbirlər müzakirə olunmuş, həmçinin ilin ikinci yarısında görüləcək işlər nəzərdən keçirilmişdir.
Diqqətə çatdırılmışdır ki, büro ilin ikinci yarısında bir sıra nüfuzlu tədbirlərdə iştirak etməyi planlaşdırır.
Azərbaycan Konqreslər Bürosu, eyni zamanda, ölkəyə tanışlıq səfərləri təşkil edəcək və hədəf bazarlara öz nümayəndələrini göndərəcəkdir. Bunlarla yanaşı, büro ilin ikinci yarısında öz işçi qrupunun 5-ci iclasını, payız aylarında Moskvada B2B MİCE tədbirini keçirməyi planlaşdırır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [14:40]
Xızı və Şabranın turizm imkanları yerli sənaye nümayəndələrinə təqdim olunub
- 28.09.2026 [15:22]
Dünyanın maraq göstərdiyi palçıq vulkanlarına səyahət VİDEO
- 28.09.2026 [13:01]
Murad Ağabəyli: Palçıq vulkanlarına antropogen təsirin qarşısı alınır
- 23.09.2026 [17:15]