Azərbaycan Kuboku: “Neftçi”nin 1/8 finaldakı rəqibi bəlli olub
Bakı, 30 oktyabr, AZƏRTAC
Futbol üzrə Azərbaycan Kubokunda II təsnifat mərhələsinin daha bir oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, günün son matçında “Şəfa” və “Difai” komandaları üz-üzə gəlib. Əsas vaxt 2:2 hesablı heç-heçə ilə yekunlaşdığı üçün əlavə 30 dəqiqə oynanılıb. Bu hissədə daha bir top vuran “Difai” adını 1/8 final mərhələsinə yazdırıb. Ağsu təmsilçisi bu raundda “Neftçi”yə rəqib olub.
Qeyd edək ki, II təsnifat mərhələsinin əvvəlki oyunlarında "Turan Tovuz" "Hypers Guba"nı 7:2, MOİK "Şimal”ı 3:1, “Araz -Naxçıvan" "Şahdağ Qusar"ı 4:0, "Kəpəz" "Ağdaş"ı, “Səbail" "Dinamo"nu 6:0, “Şamaxı” “Şəmkir”i 6:1, “Mingəçevir” “Zaqatala”nı 1:0, “Qaradağ Lökbatan” isə “Karvan”ı 3:0 hesabı ilə üstələyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [12:03]
Azərbaycanın daha 3 boksçusu U-17 Avropa çempionatında mərhələ adlayıb
- 05.10.2026 [12:02]
“Euronews” Azərbaycan cüdoçusunun dünya çempionatındakı uğurundan yazıb
- 05.10.2026 [10:50]
UEFA Millətlər Liqası: Türkiyə yığması bu gün İtaliyanın qonağı olacaq
- 05.10.2026 [09:49]
Beynəlxalq Şahmat Federasiyasının yeni prezidenti Bakıya gəlib
- 05.10.2026 [09:43]