Azərbaycan kuboku: “Turan Tovuz” yarımfinala vəsiqə qazanıb
Bakı, 20 dekabr, AZƏRTAC
Dekabrın 20-də futbol üzrə Azərbaycan kubokunda daha bir oyun keçirilib. Belə ki, “Turan Tovuz” öz meydanında “Kəpəz”i qəbul edib.
AZƏRTAC xəbər verir ki, ilk görüşdə səfərdə 2:1 hesablı qələbə qazanan tovuzlular doğma meydanda növbəti mərhələ üçün lazımi nəticəni qazanmağa nail olublar. Meydan sahiblərinin heyətində 15-ci dəqiqədə Faiq Hacıyev, bir dəqiqə sonra isə Xəyal Nəcəfov rəqib komandanı məyus ediblər. Lakin “Kəpəz” ruhdan düşməyib. Birinci hissənin qalan dəqiqələrində təşəbbüsü ələ alan gəncəlilər fasiləyədək bərabərliyi təmin ediblər. Fərid Nəbiyev 32-ci və 45+3-cü dəqiqələrdə fərqlənərək hesabı bərabərləşdirib - 2:2.
İkinci hissədə qapılara qol vurulmayıb və görüş elə bu hesabla başa çatıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [13:58]
Bakıda “Fitness Running Open” festivalı keçirilib
- 29.09.2026 [13:49]
Premyer Liqa: “Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlanıb
- 29.09.2026 [13:29]
Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır
- 29.09.2026 [13:01]
Füzulidə “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinə start verilib
- 29.09.2026 [12:56]
NTD üç yerli basketbolçu transfer edib
- 29.09.2026 [12:05]
Azərbaycan idmançıları savat üzrə Avropa çempionatında 2 medal qazanıblar
- 29.09.2026 [11:51]