AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZLƏRİ ASSOSİASİYASININ HESABAT-SEÇKİ KONFRANSI KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Daşkənddəki Beynəlmiləl Mədəniyyət Mərkəzində Azərbaycan Mədəniyyət Mərkəzləri Assosiasiyasının hesabat-seçki konfransı keçirilmişdir. Daşkənd, Səmərqənd, Fərqanə, Buxara və Sır-Dərya vilayət Mədəniyyət Mərkəzlərinin nümayəndələrinin və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə son bir neçə ildə görülən işlərə bağlı assosiasiyanın sədri Akif Ağatalıbovun hesabatı dinlənilmişdir. Məruzə ətrafında çıxışlar olmuş, natiqlər qurumun fəaliyyətini yüksək qiymətləndirmişlər.
Sonra təşkilati məsələyə baxılmış, assosiasiyanın 19 nəfərdən ibarət yeni idarə heyəti və təftiş komissiyasının üzvləri seçilmişdir. Akif Ağatalıbov yenidən Azərbaycan Mədəniyyət Mərkəzləri Assosiasiyasının sədri seçilmişdir.
Konfransda Beynəlmiləl Mədəniyyət Mərkəzinin sədri Nəsrəddin Məhəmmədiyev, Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Füzuli Nəcəfov, Azərbaycanın və Özbəkistanın xalq artisti Firudin Səfərov, Özbəkistanın xalq artisti Nəsibə Abdullayeva və başqaları yeni seçilmiş idarə heyətinə uğurlar arzulamışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]