Azərbaycan məhsulları beynəlxalq sərgilərdə nümayiş olunacaq
Bakı, 19 yanvar, AZƏRTAC
Yerli məhsulların xarici bazarlarda tanıdılması, “Made in Azerbaijan” brendinin təşviqi məqsədilə Azərbaycan sahibkarları müxtəlif formatlı tədbirlərdə, o cümlədən mütəmadi olaraq beynəlxalq sərgilərdə iştirak edirlər.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu ilin birinci rübündə qeyri-neft məhsullarımız Moskva şəhərində keçiriləcək “Prodexpo 2022” və Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təşkil olunacaq “Gulfood 2022” beynəlxalq ərzaq sərgilərində nümayiş ediləcək. Fevralın 7-11-də keçiriləcək “Prodexpo 2022” beynəlxalq sərgisində İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə 30-dan çox Azərbaycan şirkəti, fevralın 13-17-də təşkil olunacaq “Gulfood 2022” beynəlxalq ərzaq sərgisində isə 30-dək yerli şirkət vahid ölkə stendi ilə təmsil olunacaq. Sərgilər çərçivəsində Azərbaycan sahibkarları xarici iş adamları ilə yeni əməkdaşlıq əlaqələri qurmaq, məhsulların ixracına dair müzakirələr aparmaq imkanı əldə edəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [16:50]
® TOP-50 transmilli şirkət və beynəlxalq holdinq “AZEXIM CLUB”a qoşulur
- 16.06.2026 [16:33]
Anar Kərimov: İslam İnkişaf Bankı Azərbaycanın etibarlı tərəfdaşıdır
- 16.06.2026 [16:33]
SOCAR: 2030-cu ilədək bərpaolunan enerjinin payı 38 faizə çata bilər
- 16.06.2026 [16:21]