Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan metallurgiyası “Baku Steel Company”nın timsalında müasir texnologiyaların tətbiqi ilə daha da təkmilləşir

Azərbaycan metallurgiyası “Baku Steel Company”nın timsalında müasir texnologiyaların tətbiqi ilə daha da təkmilləşir

Bakı, 5 yanvar, AZƏRTAC

Prezident İlham Əliyevin apardığı uğurlu iqtisadi siyasətin əsas xəttini qeyri-neft sektorunun inkişafı təşkil edir. Neftdən əldə olunan gəlirlərin əsas hissəsi məhz bu sahəyə yönəldilir. Son zamanlar dünyada gedən proseslər, neftin qiymətinin aşağı düşməsi mövzunu daha da aktuallaşdırır. Bu baxımdan sənayenin əsas bazası və dayağı olan metallurgiyanın inkişafı çox vacib bir faktor kimi özünü göstərir.

AZƏRTAC mövzunun aktuallığını nəzərə alaraq “Baku Steel Company” MMC baş direktorunun istehsalat üzrə müavini, kimya üzrə fəlsəfə doktoru Ramin Kərimovun Azərbaycan metallurgiyasının tarixi, bu günü və perspektivləri ilə bağlı qeydlərini təqdim edir.

Azərbaycan metallurgiyasının ənənəvi və böyük tarixi var. Azərbaycanlı mühəndis-metallurqlar və alimlər Sovet İttifaqı dövründə ölkənin iqtisadiyyatına və metallurgiyanın inkişafına əvəzsiz töhfələr vermişlər. Rusiyanın “Maqnitaqorsk Metallurgiya Kombinatı”nın (bura dağ mədən işləri, dəmir filizinin saflaşdırılmasından başlayaraq polad istehsalına qədər olan böyük bir istehsal prosesi daxil idi) özülünü qoymuş və kombinata uzun müddət rəhbərlik etmiş, görkəmli mühəndis-metallurq, azərbaycanlı Çingiz İldırım olmuşdu. Uzun illər Sovet İttifaqını yüksək keyfiyyətli neft kompressor boruları ilə təmin edən və illik istehsalı 800 min tondan çox olan Sumqayıt boru yayma zavodu, digər metallurgiya və maşınqayırma zavodları məhz Azərbaycanda fəaliyyət göstərirdi. Sovet İttifaqının süquta uğramasından sonra sənayenin digər sahələri kimi, metallurgiya sektoru da acınacaqlı hala düşdü.

Bu sahədə canlanma yalnız ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra başlandı. Məhz Ulu Öndərin özəl sektor olaraq təməlini qoyduğu və 2001-ci ildə açılışını etdiyi “Baku Steel Company” Azərbaycan metallurgiyasına yeni nəfəs gətirdi. Son illər şirkətimizin rəhbərliyi tərəfindən aparılan yenidənqurma işləri və yatırılan böyük həcmli investisiyalar “Baku Steel Company” MMC-ni Qafqazın ən böyük metallurgiya müəssisəsinə çevirməklə yanaşı, Avropanın ən qabaqcıl zavodları ilə müqayisə olunacaq səviyyəyə çatdırıb. Şirkətdə aparılmış abadlıq və yenidənqurma işləri ilə yanaşı, burada məhsulun maya dəyərinin aşağı salınması məqsədi ilə dünyanın ən son texnologiyaları tətbiq olunmaqdadır.

Belə ki, zavod Almaniyanın “Siemens VAİ” şirkətinin istehsalı olan müasir, tam avtomatlaşdırılmış, kombinə edilmiş qaz-oksigen odluqları və karbon injektorları ilə təchiz edilib. Bu da öz növbəsində, elektrik enerjisi məsrəfini azaldıb. Müəssisədə EBT tökmə sisteminə malik elektrik qövs sobası da quraşdırılıb. Burada ardıcıl olaraq poladın sobadan kənar, inert qaz mühitində emalı üçün daha müasir soba-çalov avadanlığı və ən son texnoloji standartlara cavab verən, yüksək tökmə sürətinə malik (υ=5m/dəq), həmçinin maye metalın tökülmə zamanı kristallaşdırıcı gilizlərdə elektromaqnit qarışdırma sistemi ilə təchiz olunmuş, müasir  kombinə edilmiş tökmə maşınının (Power-Mold, Fastcastcube-FCC) quraşdırılması prosesi gedir. İstehsalat prosesi zamanı yaranan toz-qaz qarışıqlarını tutan qurğu yenilənərək gücü iki dəfə artırılıb. Bu da bütün ekoloji standartlara cavab verməklə ətraf mühitin çirklənməsinin qarşısını tamamilə alır. Bu qurğunun analoqları Avropanın bir neçə qabaqcıl zavodlarında quraşdırılıb. Buna misal kimi, Avstriyanın Linz şəhərinin mərkəzinə çox yaxın olan “VOESTALPİNE” və Almaniyanın Kel şəhərindəki Reyn çayı sahilində yerləşən “Badişe Stalverke” zavodlarını göstərmək olar.

Şirkət illik istehsal gücünü 1 milyon tona çatdırmaqla bərabər, məhsul çeşidini də artırıb. Belə ki, inşaat armaturları ilə yanaşı, müxtəlif ölçüdə künclük, şveller, ikitavr və katanka istehsalına da başlanılıb. Beləliklə də, “Baku Steel Company” MMC ölkənin bu növ metal məhsullarına olan tələbatını artıqlaması ilə ödəmək gücündədir və istehsal etdiyi bütün məhsulların keyfiyyəti İSO 9001-2008 idarəetmə sisteminin tələbləri əsasında təmin olunur.

Son zamanlar ölkədə təkrar qara metalın (metallomun) azalması şirkət rəhbərliyini alternativ xammaldan istifadə etmək üzərində ciddi addımlar atmağa vadar edib. Bu yaxınlarda İtaliyanın “Danieli” şirkəti ilə ferroərintilərin, DRİ/HBİ (dəmirin filizdən birbaşa bərpası məhsulları) materiallarının sobaya fasiləsiz verilməsi qurğusunun alınmasına dair müqavilə imzalanıb. Bu qurğu İran və Rusiyadan alınan DRİ/HBİ-dən əritmə prosesində 80 faizədək istifadə edilməsinə və beləliklə də metallom qıtlığının aradan qaldırılmasına imkan verəcək. Qeyd edək ki, İran İslam Respublikasında dəmir filizi ehtiyatı 7 milyard ton, Rusiya Federasiyasında isə 206,1 milyard ton civarındadır. Bu müqaviləyə, həmçinin əritmə zamanı maye metalın temperaturunun ölçülməsi və ondan nümunənin götürülməsi üçün iki ədəd robot qurğusunun alınması da daxildir. Bu isə şirkət rəhbərliyinin işçilərin təhlükəsizliyini yüksək səviyyəyə çatdırmaq məqsədi ilə gördüyü silsilə tədbirlərdəndir.

Təəssüf ki, son zamanlar ictimaiyyətdə belə bir yanlış fikir formalaşdırılıb: guya Azərbaycanda metallurgiya sənayesi ibtidai  formadadır və onun qurulması hələ indi planlaşdırılır. Həmçinin “Baku Steel Company”  MMC-nin istehsal etdiyi armaturlar təkrar qara metal qırıntısından hazırlanır. Yəni bu armaturlar dəmirin filizdən reduksiya olunmuş (ingiliscə  DRİ - Direct Reduced İron) məhsulundan istehsal edilmədiyinə görə keyfiyyəti aşağıdır. Bu yanlış fikirlərin birincisinə cavab olaraq yuxarıda qeyd edilənlərə diqqətlə nəzər yetirmək kifayətdir. İkinci məsələni isə bir qədər sonra izah etməyə çalışacağam. Amma əvvəlcə qeyd etmək istəyirəm ki, həmin fikri səsləndirənlər bu sahədən məlumatsız adamlardır. Çünki metallurqlar və metallurgiyanın içərisində olan şəxslər heç vaxt belə bir fikir səsləndirməzlər ki, yüksək mərtəbəli binaların tikintisində istifadə olunan armaturlar ancaq DRİ-dan hazırlanmalıdır. Bu baxımdan armatur poladlarına qoyulan tələblərə nəzər yetirək:

1)     Armatur digər inşaat materialları kimi adi keyfiyyətli poladlar qrupuna aiddir.

2)     Bu materialların keyfiyyətinə qoyulan tələblər digər məhsullar kimi müvafiq standartlarla tənzimlənir və bu standartların heç birində armaturun istehsalında hansı xammaldan, yəni DRİ/HBİ və ya təkrar qara metaldan istifadə olunması haqqında tələb yoxdur.

3)     Armaturun müvafiq standartlara görə keyfiyyətinə qoyulmuş şərtlər əsasən aşağıdakı xassələrin ödənilməsini ciddi tələb edir:

-      Axma həddi, Rt, N∕mm²

-      Möhkəmlik həddi, Rm, N∕mm²

-      Nisbi uzanma, δ,%

-      Əyilmə sınağı

-      Dartılma zamanı dağılmaya qarşı müvəqqəti müqavimət

-      Müvafiq həndəsi parametrlər.

QOST 10884-94, QOST 52544-2006 (bunlar Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən ratifikasiya edilib və inşaat armaturlarının keyfiyyətinə qoyulan tələblər həm ölkəmizdə, həm də MDB məkanında bu standartlarla tənzimlənir) və bu standartların  analoqları olan DİN 488 (Almaniya), BS 4449-97 (Böyük Britaniya), ASTM A615 (ABŞ) və s. heç birində inşaat armaturlarının istehsalında DRİ-dan və ya təkrar qara metaldan istifadənin vacibliyi haqqında hər hansı tələb qeyd olunmayıb. İnşaat armaturlarının və eyni zamanda, bütün poladların keyfiyyətinə qoyulan şərtlərdən biri də, onların tərkibindəki qeyri-metallik birləşmələrin müvafiq normativ tələblərlə tənzimlənməsidir. Qeyri-metallik birləşmələr dedikdə aşağıdakılar nəzərdə tutulur:

-      Oksidlər (FeO, SiO2, Al2O3)

-      Sulfidlər (FeS, MnS, və s.)

-      Nitridlər (Fe4N, Fe2N)

-      Fosfidlər (Fe3P).

Bunlar poladın tərkibində ayrı bir faza olaraq, onun həmcinsliyini pozur və mexaniki xassələrinə mənfi təsir edir. Beləliklə də, qeyri-metallik birləşmələrin poladın tərkibindən təmizlənərək azaldılması, strukturda onların ölçülərinin kiçik olması, həmin fazaların itibucaqlı olmaması və deformasiya zamanı səthlərə düşməməsi vacibdir. Əks halda strukturda kristal dənələrin sərhədlərində yığılaraq gərginliyin artmasına və kristal qəfəsin deformasiyasına gətirib çıxarır. Bu səbəbdən də qeyri-metallik birləşmələrin poladın mexaniki xassəsinə təsirinin azaldılması baxımından onların öyrənilməsi alimlər üçün aktual mövzu olaraq qalır. Bu qeyri-həmcins fazaların ölçüləri, forması, kimyəvi və fiziki xassələri, kimyəvi tərkibləri və həmçinin onların tökülmüş metalın tərkibində yerləşmələrini, yəni kristallik dənələrin sərhədlərinə əsasən müəyyən edilməsi vacibdir. Odur ki, bununla bağlı laboratoriyalarda daim araşdırmalar aparırıq. Bunların öyrənilməsi və elmi-tədqiqi məqsədlə polad nümunələrin makro və mikro şlifləri şüa mikroskopunda mütəmadi olaraq təhlil edilir.

Metallurgiyanın son nailiyyətlərindən olan, poladın sobadan kənar maye fazada, inert qaz (Ar) mühitində emalı, bu növ birləşmələrdən poladın tərkibinin təmizlənməsi daha böyük effekt verib. Baxmayaraq ki, armatur poladları adi keyfiyyətli poladlar qrupuna aiddir və qeyri-metallik birləşmələrə görə bunlara qoyulan tələblər digər keyfiyyətli və yüksək keyfiyyətli (yüksək legirli) poladlara nisbətən yüngüldür, “Baku Steel Company” MMC bu cür tam müasir qurğuya malikdir. Belə ki, istehsal prosesində desulfurasiya, defosforasiya, oksigensizləşdirmə və legirləmə bu qurğuda aparılır. Bunları deməkdə məqsədim odur ki, qeyri-metallik birləşmələr təkrar emal üçün sobaya verilən metallomda DRİ-ya nisbətən daha çox təmizdir. DRİ-nin tərkibi isə qeyri-metallik birləşmələrlə zəngindir. Bir çoxları elə bilir ki, DRİ dedikdə bu, 100 faiz təmiz dəmirdir. Lakin bu, tam yanlış fikirdir və aşağıdakı cədvəldə DRİ-ın bütün dünyaya məlum olan tərkibi göstərilib:

 

DRİ-nin kimyəvi tərkibi

 

Tərkib

Elementin

miqdarı

(faizlə)

Tərkib

Elementin

miqdarı

(faizlə)

Tərkib

Miqdar

Fe+FeO

89.0-91.5

MgO

0.5-1.0

    Sn

0.002

Femetal

85.0-87.0

MnO

0.3

    Pb

0.001

C

1.7-2.0

S

0.04

     Ti

0.020

SiO₂

3.9-6.0

P

0.011

Sb

1 x 10⁻³

CaO

2.0-4.0

Cu

0.006

As

1 x 10⁻³

Al₂O₃

0.5-1.0

Zn

0.002

 

 

 

Göründüyü kimi, ən yaxşı halda yəni, metalizasiya dərəcəsi yüksək olan DRİ-da Femetal 85÷87 faiz olur. Qalanı isə qeyri-metallik birləşmələr olan oksidlər (SiO2, CaO, Al2O3 və s.), poladın tərkibində zərərverici aşkarlar sayılan kükürd və fosfordur.  Bunların da yuxarıda qeyd etdiyim texnoloji proses ilə poladın tərkibindən çıxarılması keyfiyyətə ciddi dərəcədə təsir edən amil kimi çox vacibdir.

Poladın elektrik qövs sobalarında əridilməsində istifadə olunan təkrar qara metalın əsasını karbonlu poladlar təşkil edir. Bunun da ümumilikdə orta kimyəvi tərkibi aşağıdakı cədvəldə verilib:

 

 

Kimyəvi tərkibi (faizlə)

Fe metal

C

Mn

Si

P

S

Cr

Ni

Cu

98,0

0,2÷1,2

0,5 ÷1,6

0,5 ÷0,9

≤ 0,004

≤ 0,004

≤ 0,3

≤ 0,3

≤ 0,3

 

Əlavə olaraq onu da bildirmək istəyirəm ki, “armaturun keyfiyyəti DRİ-dan istifadə etdikdə “yaxşı”, təkrar qara metaldan istifadə etdikdə isə “pis” olur” kimi qeyri-düzgün mülahizənin heç bir elmi əsası yoxdur. Əksinə, təkrar qara metaldan istifadə olunduqda qarşıya qoyulmuş keyfiyyət göstəricilərini daha asan almaq mümkündür.

Qeyd edək ki, 2013-cü ildə Türkiyə Respublikasında 34,2 milyon ton polad istehsal edilib və bütün armatur poladları ancaq təkrar qara metaldan hazırlanıb. Həmçinin Türkiyədə DRİ/HBİ istehsalı yoxdur. Almaniya Federativ Respublikası isə 2013-cü ildə 42,6 milyon ton polad istehsal edilib ki, bunun da yalnız 1 milyon tonunda DRİ-dan istifadə olunub. Belə ki, Almaniyada yalnız Hamburq Ştalverk zavodunda bir ədəd “Midrex” qurğusu var. Bu ölkədə inşaat armaturları istehsal edən bütün zavodlar (onların ən böyüyü “Badişe Ştalverk” zavodudur və bu dövrdə 2,2 milyon ton məhsul istehsal edib) məhsullarının hamısını təkrar qara metaldan hazırlayır.

2013-cü ildə bütövlükdə dünya üzrə 1 milyard 607,2 milyon ton polad istehsal olunub ki, burada da DRİ/HBİ-in payı cəmi 76 milyon tondur. Bəzilərinin təbirincə desək, belə çıxır ki, bu ölkələrin istehsal etdiyi inşaat armaturları və bütün dünyada istehsal olunan 100 milyon tonlarla poladın hamısı keyfiyyətsizdir. Çünki onun istehsalında DRİ-dan istifadə olunmayıb. Ümumilikdə, ötən il dünya üzrə 600 milyon tondan çox polad məmulatlarının istehsalında xammal kimi təkrar qara metal işlədilib.

Bizim regionda yerləşən Rusiya, Türkiyə və İran böyük metallurgiya ölkələridir. Rusiya ildə orta hesabla 70 milyon, Türkiyə 34 milyon,  İran isə 15 milyon ton polad istehsal edir. İran İslam Respublikası yaxın bir neçə ildə illik istehsalını 50 milyon tona çatdırmağı hədəfləyir. Zəngin dəmir filizi yataqlarına malik  olan İran (burada filizin ilkin tərkibində dəmirin miqdarı 50-55 faiz təşkil edir) ötən il, eyni zamanda, 7 nəhəng metallurgiya zavodunun tikintisinə başlayıb. Bu baxımdan biz yeni metallurgiya zavodları qurmazdan öncə yerli bazarı təhlil etməklə yanaşı, regionda da hansı metallurgiya nəhəngləri ilə rəqabət aparacağımızı və eyni zamanda, hansı növ polad məmulatlarını istehsal edəcəyimizi çox ciddi təhlil etməliyik.

Yuxarıda qeyd etdiyim kimi, Azərbaycanda metallurgiya böyük tarixə malikdir və bu gün “Baku Steel Company” MMC-nin timsalında müasir texnologiyaların tətbiqi ilə daha da təkmilləşməkdədir. Bu sahədə çalışan bir mütəxəssis kimi əminliklə deyə bilərəm ki, Prezident İlham Əliyevin apardığı məqsədyönlü iqtisadi siyasətə uyğun olaraq, digər polad məmulatlarının istehsalı üçün nəzərdə tutulan yeni zavodların yaradılması ilə Azərbaycanın metallurgiya sənayesi davamlı surətdə inkişaf edəcək və  daha böyük uğurlara imza atacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur

Karyera seçimi, qərarvermə və liderlik: UNEC-in məzunu tələbələrə təcrübəsindən danışıb

ƏMAS vasitəsilə əmək hüquqlarının qorunmasına necə nəzarət edilir?

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb – QRAFİK

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır - ŞƏRH

Media nümayəndələri İsmayıllının turizm potensialı ilə tanış olublar

Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb

Sabah Masallının 5 kəndində qaz olmayacaq

BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

İş mühitində sağlam rəqabət və əməkdaşlığın rolu mövzusunda təlim təşkil olunub

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament (TR 002/2026/АZ)”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Yunis Əmrə İnstitutunun müəllim-tələbə heyəti Nizami muzeyini ziyarət edib

Azərbaycan ilə Estoniya arasında texnologiyalar sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib

Katexdə yerləşən Böyük Qafqaz səddinin qalıqları beynəlxalq səviyyədə tədqiq edilir

Türkman irsinin tədqiqi: Kərkükdən gələn ziyalılarla “Körpü”də görüş

Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq

Yəməndə köçkünlərin sayı 200 mini keçib

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib

Ərdoğan Putinlə söhbətində Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin əhəmiyyətini vurğulayıb

Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb

Naxçıvanda oktyabr ayının pensiyaları ödənilib

Qaradağda baş verən yol qəzasında ölənlərin sayı 4-ə çatıb – YENİLƏNİB

Ceyhun Bayramov: Azərbaycan MDB dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə sadiqdir

Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb

ICMP-nin baş direktoru: İtkin şəxslərin ailələrinin həqiqəti bilmək, ədalət və kompensasiya hüququ var

Cahangir Cahangirov sənətinin işığında möhtəşəm musiqi gecəsi

Fransanın tanınmış basketbol klubu müflis elan olunub

Kəlağayı el sənətinin tarixi və milli dəyəri - AMEA-da elmi sessiya

Bakı dünya tanqo həvəskarlarını bir araya gətirəcək

Zəfərdən yeni mərhələyə: Xaçmazda YAP-ın VIII Qurultayında qarşıya qoyulan məsələlər müzakirə olunub

Murad Hüseynov: Azərbaycan musiqisinin dünya səhnələrində təqdimatını genişləndiririk

“Koroğlu” və “Arşın mal alan” Azərbaycan musiqisinin dünya səhnəsindəki simvollarıdır

Rusiyanın Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

Şərqşünaslıq İnstitutunda görüş: Azərbaycan-türkman əlaqələri inkişaf etdirilir

Nazir müavini: Üzeyir Hacıbəyli Festivalı musiqi irsimizin təbliğinə xidmət edir

“Avropada Təhsil” sərgisinə həsr olunmuş brifinq keçirilib

Andrey Sibiqa: Ukrayna Azərbaycan tərəfinin göstərdiyi həmrəylik və praktiki dəstəyi yüksək qiymətləndirir

“Clarivate Günləri”: AzTU əməkdaşlarının elmi resurslarla işləmək bacarıqları inkişaf etdirilir

Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır

“Azərbaycan Dəmir Yolları” 9 ayda yükdaşımanı 11 faiz artırıb

Türkiyə eksperti: Orta Dəhliz Türk dünyasının transformasiyası üçün başlanğıc nöqtəsidir

Niderland şirkəti ilə saxlama-anbar komplekslərinin yaradılması barədə fikir mübadiləsi aparılıb

Beynəlxalq ekspertlər tələbələrə milli parkların idarə olunmasından danışıblar

Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib

Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib

Layiqli əmək sosial rifahın əsas şərtidir - BDU-da dəyirmi masa

“Azərbaycan tarixşünaslığında monqollar dövrü”nə dair yeni monoqrafiya çap olunub

İsfar Sarabski: “Baku Jazz Festival” kimi tədbirlər daha çox keçirilməlidir

Azərbaycan Kubokunda yeni mövsüm başlayıb

Zaqatalada xurma təsərrüfatlarında fitosanitar monitorinq aparılıb

Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb

Qazaxıstan Rusiya ilə neft tədarükünə dair sazişin müddətini 2028-ci ilədək uzadıb

Aİ-də yeni nəqliyyat vasitələrinin satışlarında elektrikli avtomobillərin payı 22 faizə yüksəlib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan nümayəndələri beynəlxalq kibertəhlükəsizlik yarışında uğur qazanıblar

Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabı təqdim olunub

AFFA nümayəndəsi UEFA-dan təyinat alıb

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Səfir: Litva universitetləri Azərbaycanın ali təhsil ocaqları ilə sıx əməkdaşlıq edir

® KPMG “Davr Bank”ın 51 faiz səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib

Fətəli xan Xoyskinin 150 illik yubileyi münasibətilə elmi sessiya təşkil olunub

“Mənim öz bayrağım olmalıdır” – şəhid kapitanın uşaqlıq arzusu

Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb

ADEA heyəti 5 illik yubiley münasibətilə Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

Doqquz ayda dövlət büdcəsindən 254 milyon manatdan çox vəsait geri qaytarılıb

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

“Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 10 sentyabr tarixli 789 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Milli Kitabxanada “İstiqlal söhbətləri” kitabının təqdimatı olub

Aİ-nin ölkəmizdəki səfiri: 2008-ci ildən etibarən Azərbaycanda 29 layihə reallaşdırılıb

Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb

Azərbaycan BMT-nin Qadınlar üzrə Agentliyi ilə əlaqələri genişləndirir

Ekspert: Müəllim üçün geyim standartı vahid forma demək deyil

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Muğam, dəniz və poeziya: Azərbaycan və Omanın musiqi ənənələrini birləşdirən cəhətlər

Dastan Ospanov: Orta Dəhliz vahid infrastruktur sistemi kimi inkişaf etdirilməlidir – MÜSAHİBƏ

Müqayisəli iqtisadi tədqiqatlarda yeni metodoloji yanaşmalar təqdim edilib – elmi seminar

Dövlət satınalmalarının vahid internet portalında süni intellektəsaslı yeni funksiya tətbiq edilib

Fransada şagirdlərin etiraz aksiyaları zamanı qumbaralardan istifadə müvəqqəti qadağan edilib

Polşada məktəbdə bıçaqlı hücum: 7 nəfər yaralanıb

Gürcüstanın beynəlxalq valyuta ehtiyatları 50,5 faiz artıb

Xalq artisti Gülyaz Məmmədova: "Laylay" klipində hər bir detal milli dəyərlərimizin təbliğinə xidmət edir VİDEO

Xalq artisti Gülyaz Məmmədova: "Laylay" klipində hər bir detal milli dəyərlərimizin təbliğinə xidmət edir VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb  YENİLƏNİB  VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb YENİLƏNİB VİDEO

Çexiya Aİ-nin SAFE müdafiə mexanizmi çərçivəsində ilk maliyyə tranşını alıb

Azərbaycanın iki cüdoçusu bu gün dünya çempionatında medal qazana bilər

Türk ekspert: Orta Dəhliz Mərkəzi Asiya ölkələrinin Avropa bazarlarına çıxış imkanlarını genişləndirir

Hərracda 12 nəqliyyat vasitəsi satılıb

ABŞ hərbçiləri üçün biraylıq komendant saatı tətbiq olunacaq

Azərbaycanlı tələbə beynəlxalq konfransda aerokosmik araşdırmalarını inkişaf etdirir

İşğaldan azad olunmuş ərazilərdə sahə görüşləri davam etdirilir

Teyyub Aslanov: Laylalar qorunmalı və gələcək nəsillərə ötürülməlidir VİDEO

Teyyub Aslanov: Laylalar qorunmalı və gələcək nəsillərə ötürülməlidir VİDEO

Oskar laureatı Eva Mari Sent 102 yaşında vəfat edib

Macarıstanın sonuncu inqilab qəhrəmanı Pongraç Andraş vəfat edib

FIFA reytinqi: Azərbaycan millisi bir pillə geriləyib

Şərurda istifadə müddəti ötmüş alkoqollu içkilərin satışı faktı aşkarlanıb

Rüstəm Orucov: Bir məğlubiyyət Hidayət Heydərovun böyük idmançı olması reallığını dəyişmir

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

Türkiyədə 525 nadir əlyazma rəqəmsal istifadəyə verilib