Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan milli gücünü artıraraq yeni geosiyasi reallıqların mühüm aktoruna çevrilib - ŞƏRH

Azərbaycan milli gücünü artıraraq yeni geosiyasi reallıqların mühüm aktoruna çevrilib -  ŞƏRH

Bakı, 9 iyul, AZƏRTAC

Azərbaycan müstəqilliyini bərpa etdiyi ilk illərdə olduqca mürəkkəb siyasi, iqtisadi və təhlükəsizlik problemləri ilə üz-üzə qalmışdı. Bir tərəfdən yeni dövlət quruculuğu prosesinin həyata keçirilməsi, digər tərəfdən isə ərazi bütövlüyünə qarşı yaranmış təhdidlərin aradan qaldırılması zərurəti ölkə qarşısında böyük vəzifələr qoyurdu. Belə bir şəraitdə Azərbaycanın əsas məqsədi müstəqil dövlətçilik ənənələrini möhkəmləndirmək, milli təhlükəsizlik sistemini formalaşdırmaq və beynəlxalq aləmdə öz mövqelərini təmin etmək idi.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Türk İslam Araşdırmaları Mərkəzinin sədri, siyasi ekspert Telman Nüsrətoğlu bildirib.

Onun sözlərinə görə, Azərbaycan bu məqsədlərə nail olmaq üçün ardıcıl və uzunmüddətli strategiya həyata keçirib: “Dövlət idarəçiliyinin gücləndirilməsi, iqtisadi müstəqilliyin təmin olunması, enerji resurslarından səmərəli istifadə və beynəlxalq tərəfdaşlıqların genişləndirilməsi Azərbaycanın milli inkişaf modelinin əsas istiqamətlərini təşkil edib. Azərbaycanın uğurlarının təməlində ilk növbədə uzaqgörən siyasi yanaşma dayanır. Ölkə rəhbərliyi qlobal və regional prosesləri düzgün qiymətləndirərək Azərbaycanın milli maraqlarına uyğun siyasət həyata keçirib. Bu siyasət nəticəsində Azərbaycan yalnız iqtisadi imkanlarını genişləndirməyib, eyni zamanda, siyasi müstəqilliyini və beynəlxalq təsir imkanlarını da artırıb”.

Ekspertin fikrincə, enerji siyasəti Azərbaycanın müasir tarixində xüsusi yer tutur. “Əsrin müqaviləsi”nin imzalanması ilə başlayan yeni mərhələ ölkənin iqtisadi inkişafına böyük təkan verib. Azərbaycan öz enerji resurslarını dünya bazarlarına çıxarmaqla yanaşı, regional və qlobal enerji təhlükəsizliyinin təmin olunmasında mühüm tərəfdaşa çevrilib. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, TANAP və digər strateji layihələr Azərbaycanın geoiqtisadi əhəmiyyətini daha da artırıb.

Telman Nüsrətoğlu bildirib ki, Azərbaycan enerji layihələri ilə yanaşı, nəqliyyat və logistika sahəsində də mühüm təşəbbüslər irəli sürüb. Ölkənin yerləşdiyi əlverişli coğrafi mövqe Azərbaycanı Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin əsas halqalarından birinə çevirib. Bu gün Azərbaycan Avrasiyanın mühüm kommunikasiya mərkəzlərindən biri kimi çıxış edir və regionlararası əlaqələrin inkişafına mühüm töhfə verir.

Ekspert xüsusi olaraq vurğulayıb ki, iqtisadi inkişafla paralel olaraq Azərbaycanın müdafiə potensialının gücləndirilməsi dövlət siyasətinin əsas prioritetlərindən biri olub. Güclü iqtisadi baza əsasında müasir standartlara cavab verən, yüksəkhazırlıqlı və texnoloji imkanlara malik ordu formalaşdırılıb. Bu proses Azərbaycanın təhlükəsizlik imkanlarını artırmaqla yanaşı, beynəlxalq arenada da mövqelərini möhkəmləndirib.

“44 günlük Vətən müharibəsində əldə olunan tarixi Zəfər Azərbaycanın dövlətçilik tarixində yeni mərhələ açdı. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməklə yanaşı, regionda yaranmış yeni reallıqların əsas formalaşdırıcılarından birinə çevrildi. Bu Qələbə həm də diplomatiya, iqtisadi güc, hərbi potensial və xalq həmrəyliyinin vəhdətinin nəticəsi kimi qiymətləndirilə bilər. Azərbaycanın uğur hekayəsi postsovet məkanında xüsusi nümunə kimi göstərilə bilər. Çünki ölkə mürəkkəb geosiyasi şəraitə baxmayaraq, öz milli maraqlarını qoruyaraq, dövlət institutlarını gücləndirib, iqtisadi inkişafını təmin edib və qarşıya qoyduğu strateji məqsədlərə nail olub”, - deyə Telman Nüsrətoğlu qeyd edib.

O bildirib ki, hazırda dünya yeni təhlükəsizlik çağırışları ilə üzləşir. Müxtəlif regionlarda baş verən qarşıdurmalar, qlobal güclər arasında artan rəqabət və yeni geosiyasi proseslər fonunda Azərbaycanın yerləşdiyi məkanın əhəmiyyəti daha da artır. Xəzər hövzəsi, Cənubi Qafqaz və türk dünyası arasında yerləşən Azərbaycan strateji baxımdan mühüm mövqeyə malikdir.

Mərkəz sədrinin fikrincə, Türk dünyası ilə əlaqələrin inkişafı Azərbaycanın regional və beynəlxalq rolunu gücləndirən mühüm amillərdən biridir. Türk dövlətləri arasında əməkdaşlığın dərinləşməsi, iqtisadi və nəqliyyat əlaqələrinin genişlənməsi yeni imkanlar yaradır. Azərbaycan bu proseslərdə həm təşəbbüskar, həm də fəal iştirakçı kimi çıxış edir.

Onun sözlərinə görə, qarşıdakı dövrdə Azərbaycanın əsas hədəfləri arasında milli təhlükəsizliyin daha da möhkəmləndirilməsi, iqtisadiyyatın şaxələndirilməsi, yüksək texnologiyaların inkişafı və regional əməkdaşlığın genişləndirilməsi dayanır. Dövlətin gücü, ordunun qüdrəti, iqtisadi potensial və xalqın milli həmrəyliyi Azərbaycanın davamlı inkişafının əsas təminatlarıdır: “Azərbaycan artıq yalnız regional proseslərin iştirakçısı deyil, həm də qlobal əhəmiyyət daşıyan layihələrin və təşəbbüslərin müəllifi olan nüfuzlu dövlətə çevrilib. Ölkənin həyata keçirdiyi müstəqil və balanslaşdırılmış siyasət bundan sonra da Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsinə xidmət edəcək”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram

Dövlət maliyyəsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar müzakirə olunub

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

“Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib

Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək

Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?

Ursula Fon der Lyayen: Avropanı xarici enerji böhranlarına qarşı həssas edən struktur problemləri həll edilməlidir

“Vitol Group”un rəhbəri Avropada neft ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edib

Deputat: Regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətinin mühüm tərkib hissəsidir

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək

Nazirlik: İcbari tibbi sığorta ilə uşaqların sağlamlığının qorunmasına yönələn xidmətlər göstərilir

Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında iki məsələ müzakirəyə çıxarılıb

Korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu

Plovdivdə Basqalın mədəni irs turizmi modeli təqdim edib

Rusiyanın neft və qaz gəlirləri azalıb

Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir

Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib

Səudiyyə Ərəbistanı “Petroline”nin ötürücülük gücünü 5,8 milyon barelə çatdırıb

Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb

“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq

IDEA-nın təşəbbüsü ilə “Məsuliyyətli Ekoturizm Bələdçiliyi” üzrə növbəti təlim proqramı təşkil olunub

ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Albaniya Elmlər Akademiyasında Qafqaz Albaniyasının tarixindən bəhs edən kitab təqdim olunub

Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Macarıstanda büdcə kəsirinin artımı zəifləyib

Vətən müharibəsi Azərbaycanın regionda əsas güc mərkəzinə çevrilməsini şərtləndirdi ŞƏRH

Şərqşünas-alim regional konfransda Azərbaycanın birgəyaşayış mədəniyyətinin tarixi əsaslarından danışıb

Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır

İsrailin ölkəmizdəki səfirinə Azərbaycanda mövcud mina probleminin miqyası barədə məlumat verilib

BDU ilə Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb

Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL

Azərbaycanın xüsusi təyinatlıları Özbəkistanda keçirilən “Sonsuz qardaşlıq – V” təlimində iştirak ediblər

Şimali Koreya Cənubi Koreyaya qarşı daha sərt tədbirlər görəcəyi barədə xəbərdarlıq edib

Buxarada Samanilər dövrünə aid məscid bəzəkləri aşkarlanıb

Naxçıvan şəhərinin bir sıra ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün ixtisas imtahanına qeydiyyat elan edilir

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Siyasi şərhçi: Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında ideoloji dayanıqlılıq mühüm yer tutur

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Britaniyada Mühafizəkarlar Partiyası raket və dron hücumlarından qorunmaq üçün 10 milyard funtluq plan açıqlayıb

Hörmüz boğazında hücuma məruz qalmış tankerin 12 heyət üzvü yaralanıb

Abşeron və Bakının beş rayonunda suyun verilişi dayandırılacaq

Transilvaniyada süni intellekt mərkəzi yaradılacaq

Gürcüstanda yanacaq yenidən bahalaşıb

Avropa Parlamentində qalmaqal: 46 qadın deputat AI tərəfindən yaradılan ədəbsiz məzmunun qurbanı olub

Masallıda qida təhlükəsizliyi tələblərinə cavab verməyən obyektin fəaliyyəti məhdudlaşdırılıb

İraqda beş qruplaşma silahlarını təhvil verməyə razılaşıb

2036-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizə aparacaq ölkələr bəlli olub

Cənubi Koreya XİN: Mina partlayışlarına görə Şimali Koreyaya qarşı cavab tədbirləri nəzərdən keçirilir

“Azərkosmos” Maskatda Azərbaycanın beynəlxalq kosmik əməkdaşlığa yanaşmasını təqdim edib

Rəşad Xalıqov: Rəqəmsal transformasiya Azərbaycanda milli strateji prioritet kimi müəyyənləşdirilib

Siyasi şərhçi: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq çəkisini və manevr imkanlarını artırır

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL

Tədqiqat: “Samsung”, “Google” və “ChatGPT: Azərbaycanda istifadəçilər onların hansına üstünlük verirlər?

Əlavə müsabiqənin nəticələri: 1870 tələbə bakalavriat səviyyəsində ödənişsiz təhsil almaq hüququ əldə edib

Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb

Fransada lisey şagirdlərinin aksiyalarına tələbə və müəllimlər də qatılıb

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNİB VİDEO

Şəhid mayor Elsəvər Paşayevin arzusu övladlarının həyat məqsədinə çevrilib

® “Azercell”in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb

Almaniyada ilk dəfə AfD siyasətçisi əyalət parlamentinin sədri seçilib

Latviya Prezidenti yeni hökumətin qurulmasını tapşırıb

Deputat: 2027-ci ilin dövlət büdcəsinin xərclərinin 44 faizinin sosial istiqamətə yönəldilməsi nəzərdə tutulur - ŞƏRH

Polşa mətbuatında polyak memarlarının Bakıdakı irsinə dair məqalə dərc edilib

® “Birbank” “Adı ilə böyüsün” layihəsi ilə bank sektorunda ilkə imza atıb

Özbəkistan Prezidentinə FAO-nun yüksək mükafatı təqdim olunub

Azərbaycan və Böyük Britaniya əməkdaşlığın müxtəlif istiqamətləri üzrə yeni işçi qrupları yaradacaq

ADA Universitetində Ali Təhsildə Keyfiyyətin Təminatı üzrə III İllik Simpozium təşkil edilib

YAP-ın VIII Qurultayı suverenliyin tam bərpasından sonra ilk qurultaydır – ŞƏRH

Sumqayıtın Şəfəq qəsəbəsində tikilidə yanğın baş verib

Prezident İlham Əliyev: İqlim dəyişmələri ilə mübarizə səylərində kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik

Komitə sədri: Ölkəmizdə korrupsiyaya qarşı mübarizə keyfiyyətcə yeni mərhələyə keçib

TDT-nin kosmik agentlikləri arasında Kosmik Sənaye üzrə Əməkdaşlıq Sazişi imzalanıb VİDEO

TDT-nin kosmik agentlikləri arasında Kosmik Sənaye üzrə Əməkdaşlıq Sazişi imzalanıb VİDEO

Azərbaycan Prezidenti: COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik

KOSMİK Akademiya Beynəlxalq Kosmik Təhsil Şurasının görüşündə iştirak edib

2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına

Azərbaycanın əmək və sosial müdafiə sahəsində rəqəmsal təcrübəsi İƏT ölkələri ilə paylaşılıb

Anas Sarvar: Britaniya şirkətləri 30 ildən artıqdır ki, Azərbaycanın iqtisadi inkişafında fəal iştirak edir VİDEO

Anas Sarvar: Britaniya şirkətləri 30 ildən artıqdır ki, Azərbaycanın iqtisadi inkişafında fəal iştirak edir VİDEO

Ficidə Pre-COP31-in Liderlər Tədbiri keçirilib YENİLƏNİB VİDEO

Ficidə Pre-COP31-in Liderlər Tədbiri keçirilib YENİLƏNİB VİDEO

Nazir müavini Kənan Kərimzadə Qəbələdə vətəndaşların müraciətlərini dinləyəcək

Qırğızıstanda “kəsilmiş hər bir ağaca görə beş ağac” qaydasının tətbiqi təklif edilir

Festival iştirakçıları: Şəkidə sənətə və tarixi ənənələrə böyük dəyər verilir VİDEO

Festival iştirakçıları: Şəkidə sənətə və tarixi ənənələrə böyük dəyər verilir VİDEO

Bakı Limanı: Super infrastrukturun inkişafı ilə bağlı çağırışlar logistika şirkətlərinə də aiddir

Ramil Məmmədli: Azərbaycan Ordusunun gücü ilə əldə edilən Zəfər dövlətin quruculuq siyasəti ilə möhkəmləndirilir

Korrupsiya ilə əlaqədar məlumat verən şəxslərə maddi mükafat veriləcək

Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında Azərbaycan məktəbliləri 3 medal qazanıblar

“Mercedes” pilotu növbəti yarışına sonuncu sıradan başlaya bilər