Azərbaycan milli Paralimpiya komandasının missiya üzvləri “Tokio-2020” üçün fəaliyyətə başlayıblar
Bakı, 18 avqust, AZƏRTAC
Azərbaycan milli Paralimpiya komandasının missiya üzvləri “Tokio-2020” XVI Yay Paralimpiya Oyunları üçün fəaliyyətə başlayıblar.
AZƏRTAC xəbər verir ki, üzvlərinin keçirdiyi ilk iclasda “Tokio-2020” Təşkilat Komitəsinin nümayəndələri də iştirak ediblər. İclasda təşkilati məsələlər müzakirə olunub.
Missiya rəhbəri Rauf Mürsəlov nəzərdə tutulan əsas məsələlər haqqında məlumat verib.
Qeyd edək ki, “Tokio-2020” XVI Yay Paralimpiya Oyunları avqustun 24-dən sentyabrın 5-dək keçiriləcək.