Azərbaycan millisi Kişineu aeroportunda coşqu ilə qarşılanıb
Kişineu, 14 noyabr, AZƏRTAC
Azərbaycanın futbol üzrə milli komandası Moldova ilə noyabrın 16-da keçiriləcək yoldaşlıq oyunu ilə bağlı artıq Kişineu şəhərinə gəlib.
AZƏRTAC xəbər verir ki, Kişineu Beynəlxalq Hava Limanında millimizi Azərbaycanın Moldovadakı səfirliyinin əməkdaşları, Moldova Azərbaycanlıları Konqresinin fəalları, soydaşlarımız coşqu ilə qarşılayıblar.
Moldova Azərbaycanlıları Konqresi millimizə dəstək olmaq məqsədilə soydaşlarımız üçün 150 bilet alıb.
Kişineudakı Zimbru stadionunda keçiriləcək oyunu yüzlərlə soydaşımızın izləyəcəyi gözlənilir.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kişineu