Azərbaycan millisi Serbiyada ilk məşqinə çıxıb
Bakı, 19 avqust, AZƏRTAC
Avropa çempionatında iştirak edəcək qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası Serbiyanın paytaxtı Belqraddakı “Stark” idman zalında ilk məşqinə çıxıb.
AZƏRTAC Azərbaycan Voleybol Federasiyasına istinadla xəbər verir ki, A qrupunda mübarizə aparacaq komandamız Avropa çempionatında ilk matçını avqustun 20-də Belçika millisinə qarşı keçirəcək. Ertəsi gün yığmamız Bosniya və Herseqovina, ayın 22-də Rusiya, iki gün sonra Serbiya, avqustun 25-də isə Fransa ilə qarşılaşacaq.
Komandamızın oyunları İctimai Televiziya vasitəsilə canlı yayımlanacaq.