Azərbaycan millisinin 2 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb
Bakı, 18 oktyabr, AZƏRTAC
Monteneqronun Budva şəhərində gənc boksçular arasında davam edən Avropa çempionatına Azərbaycan millisinin iki üzvü qələbə ilə başlayıb.
AZƏRTAC xəbər verir ki, təmsilçilərimizdən Tural Sarıyev (48 kq) Denis Belinkini (Ukrayna) sınağa çəkib. Boksçumuz 5:0 hesabı ilə qalib gələrək dörddəbir finala yüksəlib. O, növbəti döyüşündə rusiyalı Nikita Poluxinlə qarşılaşacaq. Görüş oktyabrın 20-də olacaq.
Komandamızın digər üzvü Nicat Hüseynovun da debütü uğurlu alınıb. Belə ki, 51 kiloqram çəki dərəcəsində rinqə çıxan boksçumuz Kamiolo Alessionu (İtaliya) məğlub edib - 5:0. O, oktyabrın 20-də baş tutacaq dörddəbir final çərçivəsində şimali makedoniyalı Şehabi Hadi ilə üz-üzə gələcək.
Qeyd edək ki, bu gün millimizin daha 3 idmançısı yarışa qoşulacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [13:26]
Azərbaycanda ilk dəfə “Oceanman” beynəlxalq üzgüçülük yarışı keçiriləcək
- 15.10.2026 [13:07]
Vidadi Rzayev: "Qarabağ" – "Neftçi" derbisində favorit görmürəm
- 15.10.2026 [12:43]
Azərbaycan futzal millisinin oyunu ilk dəfə Lənkəranda keçiriləcək
- 15.10.2026 [12:37]
Erlinq Haaland Çempionlar Liqasında bir neçə rekorda imza atıb
- 15.10.2026 [11:51]
Azərbaycan klubu braziliyalı voleybolçunu heyətinə qatıb
- 15.10.2026 [11:21]
Azərbaycan dünya çempionatında 9 boksçu ilə təmsil olunacaq
- 15.10.2026 [11:20]
Danimarka millisinin sabiq baş məşqçisi vəfat edib
- 15.10.2026 [11:10]