Azərbaycan nümayəndə heyəti Dubayda keçirilən “ATM 2019” beynəlxalq turizm sərgisində iştirak edir
Bakı, 28 aprel, AZƏRTAC
Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə turizm şirkətlərinin və otellərin nümayəndələrindən ibarət Azərbaycan nümayəndə heyəti Dubayda keçirilən “ATM 2019” (Arabian Travel Market 2019) beynəlxalq turizm sərgisində iştirak edir.
Dövlət Turizm Agentliyindən AZƏRTAC-a verilən məlumata görə, aprelin 28-də başlayan sərgi mayın 1-dək davam edəcək. Sərgidə Azərbaycan yeni brendə uyğun dizayn edilmiş 190 kvadratmetrlik stendlə təmsil olunur. Müxtəlif turizm şirkətləri, otellərlə yanaşı, Azərbaycan Hava Yolları və Heydər Əliyev Hava Limanı da sərginin 28 iştirakçısı sırasındadır. Mayın 29-da Bakıda keçiriləcək UEFA-nın Avropa Liqasının final oyununun təbliğatı məqsədilə sərgidə AFFA-nın nümayəndələri də iştirak edir.
Azərbaycan nümayəndə heyətinə rəhbərlik edən Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid bildirib ki, Yaxın Şərq bazarı Azərbaycan üçün xüsusi önəm daşıyır. O qeyd edib ki, Dubay sərgisi Yaxın Şərq bazarının əsas iştirakçıları ilə əlaqələrin möhkəmləndirilməsi, ərəb turistlərin cəlb edilməsi baxımından əhəmiyyətlidir. Azərbaycanın bu bazara diqqət yetirdiyini vurğulayan F.Zenqstşmid ötən ildən etibarən regionda 2 rəsmi turizm nümayəndəliyimizin fəaliyyətə başladığını bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.06.2026 [13:48]
Ekspert: Azərbaycan turizm sənayesi yay mövsümünə hazırdır
- 04.06.2026 [12:20]
İnanc yeri, turizm məkanı - Əshabi-Kəhf VİDEO
- 04.06.2026 [11:28]
Azərbaycanın turizm imkanları Çində beynəlxalq tədbir çərçivəsində tanıdılıb
- 03.06.2026 [17:37]
Turizm eksperti: Son illərdə Azərbaycana turist marağı durmadan artır
- 29.05.2026 [15:58]
Çində Azərbaycanın turizm nümayəndəliyi açılıb VİDEO
- 23.05.2026 [13:35]
Bakı–Tbilisi qatarının bərpası turizm sektorunu canlandıracaq
- 20.05.2026 [16:38]
Azərbaycanın qastroturizm imkanları beynəlxalq sərgidə təqdim olunub
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]
Bu saata olan əsas xəbərlər
- 06.06.2026 [20:00]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 06.06.2026 [19:47]