Azərbaycan nümayəndə heyəti Qətər parlamentinin sədri ilə görüşüb
Bakı, 11 fevral, AZƏRTAC
Qətərdə səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti ölkə parlamentinin spikeri Əhməd bin Abdullah bin Zeyd Əl-Mahmudla görüşüb.
Dövlət komitəsindən AZƏRTAC-a bildiriblər ki, danışıqlar zamanı iki ölkənin qanunvericilik orqanlarının və parlamentlərarası dostluq qruplarının fəaliyyəti müzakirə olunub.
Dövlət Komitəsinin sədri Fuad Muradov bildirib ki, Prezident İlham Əliyevin ölkəmizdə həyata keçirdiyi siyasi və iqtisadi islahatların labüd nəticəsi olaraq növbədənkənar parlament seçkiləri baş tutub.
Gənclərin təhsil alması ilə bağlı fikir mübadiləsi aparılarkən azərbaycanlı gənclərin Qətərin nüfuzlu ali məktəblərində oxuması və qətərli gənclərin Azərbaycanda təcrübə keçməsi məsələlərinə toxunulub.
Əhməd bin Abdullah bin Zeyd Əl-Mahmud dünyada baş verən hadisələrin fonunda Azərbaycan və Türkiyə kimi dövlətlərin Qətərin yanında olmasından məmnunluq duyduğunu bildirib.
Parlamentin spikeri Dövlət Komitəsi sədrinin Azərbaycana dəvət təklifini məmnunluqla qəbul edib.
Sonra nümayəndə heyəti parlament binası ilə tanış olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 16.06.2026 [18:23]
Dövlət Yanğından Mühafizə Xidməti növbəti “Açıq qapı” günü təşkil edib
- 16.06.2026 [17:42]