Azərbaycan nümayəndə heyəti Türkiyə Ali Məhkəməsinin 150 illik yubiley tədbirində iştirak edir
Ankara, 6 mart, AZƏRTAC
Türkiyə Respublikası Ali Məhkəməsinin yaradılmasının 150 illik yubileyi münasibətilə Ankarada, Prezident Sarayında yubiley mərasimi keçirilir.
AZƏRTAC xəbər verir ki, Türkiyə Ali Məhkəməsinin sədri Rüştü Ciritin dəvəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayev, baş prokurorun müavini Namiq Əsgərov və hər iki qurumun əməkdaşlarından ibarət nümayəndə heyəti mərasimdə iştirak edir.
Yubiley mərasimində Türkiyənin dövlət və hökumət rəsmiləri, ölkə ictimaiyyətinin nümayəndələri, həmçinin 17 ölkədən yüzədək qonaq iştirak edir.
Mərasim Türkiyənin dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Sonra Türkiyə Ali Məhkəməsinin inkişaf yolu, ölkədə aparılan məhkəmə islahatları barədə sənədli film nümayiş olunub.
Yubiley münasibətilə Türkiyə Ali Məhkəməsinin yeni binasının təməlinin qoyulması nəzərdə tutulur.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara