AZƏRBAYCAN NYU-YORK ASSOSİASİYASININ NƏZDİNDƏKİ “HƏFTƏSONU” MƏKTƏBİNİN İLK DƏRS İLİ BAŞA ÇATMIŞDIR
Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, iyunun 11-də Azərbaycan Nyu-York Assosiasiyasının nəzdindəki “Həftəsonu” məktəbinin ilk tədris ili başa çatmışdır.
Nyu-Yorkun Central parkında keçirilən toplantıda Azərbaycan Nyu-York Assosiasiyasının prezidenti, akademik Əli Nəsibov şagirdləri və onların valideynlərini 2006-2007-ci tədris ilinin başa çatması münasibətilə təbrik edərək demişdir ki, dünyanın hansı ölkəsində yaşamağından asılı olmayaraq, hər bir azərbaycanlı öz dili, tarixi və mədəniyyətini mükəmməl bilməli, eyni zamanda millətinin və Vətəninin adını uca tutmalıdır.
Məktəbin Azərbaycan dili müəlliməsi Pərvanə Abbaspür isə ilk tədris ilinin nəticələri və nailiyyətlərindən bəhs edərək bildirmişdir ki, şagirdlər artıq Azərbaycan dilində yazıb-oxumağı bacarırlar.
Bu məktəb ötən il 18 oktyabr - Azərbaycanın Müstəqillik günü münasibətilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə yaradılmışdır. Dövlət Komitəsi təkcə Nyu-Yorkda deyil, digər ölkələrdə də azərbaycanlıların təhsil aldığı “Həftəsonu” məktəblərinə əyani vəsaitlərlə yardım edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]
Almatıda Azərbaycan Bazar günü məktəbi fəaliyyətə başlayıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Şərurda müşavirə keçirilib
- [19:52]
Bakı Bəyannaməsi qəbul edilib
- [16:13]