AZƏRBAYCAN PARALİMPİYAÇILARI TÜRKİYƏDƏ BEYNƏLXALQ TURNİRDƏ İŞTİRAK ETMİŞLƏR
Bakı, 13 may (AZƏRTAC). Mayın 5-dən 8-dək Azərbaycan Milli Paralimpiya Komitəsinin güllə atıcılığı üzrə milli yığma komandasına namizəd idmancılar - Elşad Məmmədov və Əli Nəbiyev baş məşqçi Vitali Sotnikovun rəhbərliyi altında Türkiyənin Bodrum şəhərində 2-ci beynəlxalq Türkiyə kuboku yarışlarında iştirak etmişlər. Yarışda Türkiyənin, Almaniyanın, Avstriyanın, Böyük Britaniyanın, Yunanıstanın, Norveçin, Slovakiyanın paralimpiyaçıları da mübarizə aparmışlar.
On metrlik məsafəyə tapançadan atəş açmaqda Elşad Məmmədov 5-ci, Əli Nəbiyev 8-ci yeri tutmuşlar. Pnevmatik tapançadan atəş açmaqda hər iki idmançımız yarımfinala vəsiqə qazanmış, nəticədə Elşad Məmmədov 1-ci yeri tutaraq beynəlxalq yarışın kubokunu ölkəmizə gətirmiş, Əli Nəbiyev isə 6-cı yerlə kifayətlənmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [18:49]
Formula 2 Azərbaycan Qran-Prisinin qalibi Formula 1 komandası ilə anlaşıb
- 15.10.2026 [16:45]
Azərbaycanı Asiya Açıq Turnirində 27 cüdoçu təmsil edəcək
- 15.10.2026 [16:31]
Klublar üçün lisenziyalaşdırma ilə bağlı təqdimatlar keçirilib
- 15.10.2026 [16:25]
“Barselona” El-Klasikoya xüsusi formalarla çıxacaq
- 15.10.2026 [15:38]
“Sabah”ın qapıçısı Çempionlar Liqasında turun rəmzi komandasına daxil edilib
- 15.10.2026 [15:18]
Lautaro Martinez Milan derbisini buraxa bilər
- 15.10.2026 [15:08]