Azərbaycan parlamentinin nümayəndə heyəti Ankarada ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib
Ankara, 11 sentyabr, AZƏRTAC
Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan parlamentinin nümayəndə heyəti Türkiyəyə ilk rəsmi səfər çərçivəsində Ankaradakı Heydər Əliyev Parkında olub.
AZƏRTAC xəbər verir ki, Ümummilli Liderin parkda ucaldılmış heykəli önünə əklil qoyulub.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara