Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan postmüharibə dövrünün birinci ilində: inkişaf və dayanıqlıq

Azərbaycan postmüharibə dövrünün birinci ilində: inkişaf və dayanıqlıq

Bakı, 30 dekabr, AZƏRTAC

2021-ci il Azərbaycan üçün çox əlamətdar və zəngin tarixi - siyasi hadisələr baş verdi. Ölkəmiz Cənubi Qafqaz regionunda yeni reallığın yaranmasında mühüm rol oynayan, dünyada qlobal təşəbbüslərlə çıxış edən və iqtisadi imkanları, beynəlxalq nüfuzunu daha da artıran dövlətdir. Bütün sahələrdə dinamik inkişaf təmin olunmuş və bu proses davam etməkdədir.

İşğal illərində erməni vandalizmi nəticəsində viran qalmış və dağıdılmış ərazilərimiz, tarixi-mədəni-dini irsimiz, yeraltı və yerüstü sərvətlərimizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması və erməni faşizminin ifşa olunması, hələ da davam edən təxribatların qarşısının alınması baxımından mühüm uğurlar əldə olundu. Belə ki, işğaldan azad edilmiş ərazilərə xarici ölkə rəsmi dövlət nümayəndələrinin, yerli və xarici mətbuatın, beynəlxalq təşkilatların, dini icmaların nümayəndələrinin səfərlərinin təşkil edilməsi həm beynəlxalq səviyyədə məlumatların obyektiv şəkildə çatdırılmasında özünəməxsus rol oynadı.

Bu fikirlər Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynovanın “Azərbaycan postmüharibə dövrünün birinci ilində: inkişaf və dayanıqlıq” sərlövhəli məqaləsində yer alıb.

Qeyd edilib ki, ilin ən mühüm hadisələrindən biri Şuşa Bəyannaməsinin imzalanması idi. 15 iyun - Azərbaycan tarixində ikinci dəfə xüsusi mahiyyət daşıyan günə çevrildi. 28 il əvvəl bu gündə Azərbaycan parçalanmaq, bir dövlət kimi siyasi xəritədən silinmək təhlükəsindən qurtardısa, 2021-ci ilin bu günü isə Azərbaycan güclü və qalib dövlət olaraq bir daha bölgədə və dünyada sülhün və rifahın bərqərar olması üçün öz töhfəsini təqdim edir. Bu baxımdan da Şuşa Bəyannaməsi müstəsna siyasi, mənəvi və tarixi əhəmiyyətə malikdir. Bu sənəd Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamları ilə xarakterizə olunan Azərbaycan-Türkiyə münasibətlərini daha da möhkəmləndirərək yeni bir mərhələyə qədəm qoydu.

Ən böyük hadisələr sırasında Azərbaycanın hərbi-siyasi qələbəsinin və Ermənistanın kapitulyasiyasını təsdiqləyən 2020-ci ilin noyabr 10-da imzalanmış Bəyanatdan, sonra üç tərəfli görüş çərçivəsində bu ilin 11 yanvar Moskva, 26 noyabr Soçi və 14 dekabr Brüssel görüşlərində imzalanan Bəyanatlar oldu. Bu sənədlərdəki bəndlər Azərbaycanın mövqeyi ilə üst-üstə düşür.

Prezident İlham Əliyevin irəli sürdüyü “Azərbaycan toqquşma məkanı deyil, əməkdaşlıq yeri olmalıdır” tezisi bir daha dövlətimizin əməkdaşlıq səylərinin aydın təzahürüdür. Bu gün Azərbaycanın həm regionda, həm də bütövlükdə dünyada mühüm strateji əməkdaşa çevrildiyini, onun nüfuzunun getdikcə daha da artdığını müşahidə edirik. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “3+3” platforması təşəbbüsü məhz bu qəbildəndir. Dekabrın 10-da bu təşəbbüsün reallığa çevrilməsi istiqamətində ilk addımlar atılıb. Belə ki, Moskva şəhərində Azərbaycan, Ermənistan, İran, Rusiya və Türkiyə xarici işlər nazirlərinin müavinləri səviyyəsində ilk iclas keçirildi. Bu iclas öz növbəsində regionumuzda dayanıqlı sülhün və sabitliyin yaradılması, eyni zamanda kommunikasiyaların bərpası baxımından olduqca əhəmiyyətli addım oldu.

Azərbaycan həm də etibarlı, strateji tərəfdaşdır. İstər Avropa, istər region dövlətlər, istərsə də nüfuzlu beynəlxalq təşkilatlar bunu çox yaxşı dərk edir və bu baxımdan da müəyyən addımlar atır və post-konflikt reallığına uyğun davranış göstərir. Dövlətimizin yürütdüyü xarici siyasət çox spektrlidir. Azərbaycan müxtəlif dövlətlərlə həm ikitərəfli, həm çox tərəfli əməkdaşlıq edir. Beynəlxalq təşkilatlar çərçivəsində aktiv və çevik fəaliyyət göstərir, regional layihələrə açıqdır və bütün hallarda beynəlxalq norma və prinsiplərə sadiq olduğunu bəyan edir. Bu isə dövlətimizin, onun rəhbərinin nüfuzunu artırır və bəslənən etibarı daha da gücləndirir.

Əlbəttə ki, yadda qalan siyasi hadisələrdən biri də noyabrın 12-də Türkiyədə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü keçirillməsi oldu. 44 günlük Vətən Müharibəsinin yaratdığı yeni reallıqlardan biri də biz türk dövlətləri arasındakı birliyin daha da güclənməsi və yeni platformaya keçməsidir. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının adının “Türk Dövlətləri Təşkilatı”na dəyişdirilməsi haqqında Qərarın qəbul olunması da fikirlərimizi bir daha təsdiq edir. Birgə gələcəyimiz üçün çox möhkəm zəmin var, möhkəm təməl var. Bu, bizim ortaq köklərimizdir, dilimizdir, dinimizdir və ortaq maraqlarımızdır.

Hələ 2009-cu ildə Naxçıvan Zirvə Görüşündə Prezident İlham Əliyev demişdi: “1920-ci ildə sovetlər hakimiyyəti Zəngəzuru Azərbaycandan qoparıb Ermənistana verməklə türk dünyasının coğrafi bağlantısını pozmuşdur və bunu xəritəyə baxmaqla hər kəs görə bilər. Bu gün isə biz bu coğrafiyanı bərpa edirik. Artıq nəqliyyat, kommunikasiya layihələrinin həyata keçirilməsi ilə biz bu coğrafiyanı yenidən bağlayırıq, birləşdiririk və ümid edirəm ki, buna sona qədər müvəffəq olacağıq”. Zəngəzur dəhlizi həm türk dünyasını, həm Avropanı, həm qonşularımızı birləşdirə biləcək bir layihədir və bu gün bu layihənin gerçəkləşməsi istiqamətində fəal işlər gedir. Xüsusi olaraq ölkə başçısı İlham Əliyevin Türk Dünyasının Ali Ordeninə layiq görülməsini qeyd etmək istərdim. Qarabağın azad edilməsi işində göstərdiyi səylərə və türk birliyinin daha da güclənməsi işinə verdiyi töhfələrimə görə təltif olunan Prezident İlham Əliyev bu mükafatı bütün Azərbaycan xalqına verilmiş mükafat kimi qəbul etdi, dəyərləndirdi. Bunun özü də bir rəmzi məna daşıyır. Azərbaycan liderinin qlobal problemlərlə bağlı təşəbbüsləri, habelə Vətən müharibəsindən sonrakı çoxşaxəli, səmərəli fəaliyyətinə bütün platformalarda yüksək qiymət verilir. Beynəlxalq ictimaiyyət Azərbaycan Prezidentinin peyvənd millətçiliyinə qarşı qlobal təşəbbüslərini dəstəklədi.

Əlbəttə ki, Parlament də bu prosesdən kənarda qalmadı. cari il ərzində altıncı çağırış Milli Məclis Sahibə xanım Qafarovanın rəhbərliyi ilə yeni tərkibdə və yeni müstəvidə uğurla fəaliyyət göstərib və dövlətçiliyimizin, müstəqilliyimizin qorunmasına öz töhfəsini verib. Ötən il ərzində Parlament, xüsusilə Azərbaycan Prezidentinin təşəbbüsü ilə həyata keçirilən islahatlar kursuna uyğun işini qurub və normativ hüquqi bazanın formalaşdırılması istiqamətində mühüm addımlar atılmasında yaxından iştirak edib. 44 günlük Vətən müharibəsi dövründə də Azərbaycanın parlament diplomatiyasının bütün imkanları tam haqlı olaraq, Vətən müharibəsi və post müharibə ilə bağlı gerçəkliklər haqqında dünya ictimaiyyətini məlumatlandırıb, Ermənistanın hərbi-siyasi rəhbərliyinin törətdiyi təxribatların beynəlxalq auditoriyaya çatdırıb.

Bu ildə də iqtisadi, siyasi, mədəni, sosial sahədə mühüm layihələr həyata keçirildi. Ölkənin təhlükəsizliyinin təmin edilməsi istiqamətində böyük uğurlar əldə olundu. İqtisadiyyatın dayanıqlığının saxlanılması üzrə vacib tədbirlər görüldü. Pandemiya ilə mübarizədə Azərbaycan özünəməxsus model yaratdı və bu, ÜST tərəfindən də təqdir olundu. Əhalinin sosial müdafiəsinin gücləndirilməsi, həssas təbəqənin sosial, mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün bu ildə sosial layihələr davam etdi. Böyük Qayıdışın təmin edilməsi, Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması kimi strateji hədəflər istiqamətində mühüm addımlar atıldı. Xüsusilə də burada həyata keçirilən geniş miqyaslı layihələr, Şuşa yolunun, Zəfər yolunun açılması, Füzuli Beynəlxalq Hava Limanının təntənəli açılış mərasiminin keçirilməsi, işğaldan azad olunmuş ərazilərin nümayəndələri ilə Ölkə başçısı İlham Əliyev və Respublikanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın görüşləri, şəhər və rayonların Baş planların hazırlanması və təsdiq edilməsi bütün bunlar yola saldığımız ilin ən mühüm hadisələri oldu.

Azərbaycan Prezidenti İlham Əliyev 2021-ci ilin iyulun 7-də daha bir əhəmiyyətli sərəncam imzalayıb. “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” Fərmanla dövlət başçısı tarixi bir hadisəyə imza atdı. Fərmanla Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yaradıldı. Bu sənəd təkcə iqtisadi deyil, həm də siyasi və tarixi əhəmiyyətə malikdir.

2021-ci il Azərbaycan mədəniyyəti üçün də sözsüz ki, əlamətdar hadisələrlə yadda qalıb. 2021-ci ilin Prezident İlham Əliyev tərəfindən “Nizami Gəncəvi İli” elan edildi. Dünyada humanizm prinsipləri, sosial ədalət, bəşərilik kimi mühüm mədəni dəyərlərin təbliğ edilməsində Nizami yaradıcılığının təşviq olunması xüsusi önəm daşıyır. Dövlət başçısının sərəncamı ilə Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi hər bir azərbaycanlı üçün ruhunun yenidən oyanması mənasını verir. Mayın 12-də mədəniyyət paytaxtımızda “Xarıbülbül” musiqi festivalının yenidən keçirilməsi Şuşanın və eləcə də Azərbaycanın ən yeni tarixində dönüm nöqtəsi oldu. Şuşada erməni işğalında dağıdılmış Vaqifin məqbərəsi və büstü bərpa edildi, Bülbülün ev muzeyi, dahi bəstəkarımız Üzeyir Hacıbəylinin heykəlinin açılışı oldu. Bir vaxtlar ənənəvi olaraq keçirilən Vaqif Poeziya Günlərinə Şuşa yenidən ev sahibliyi etdi.

Dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür. Bizim həmrəyliyimizin ən mühüm nümunəsi 44 günlük Vətən Müharibəsində özünü göstərdi. Tək ölkədə deyil, dünyanın müxtəlif yerlərində yaşayan azərbaycanlılar, özünü bu dövlətin vətəndaşı sayan hər kəs Qələbə üçün töhfəsini verdi. İnformasiya və təbliğat sahəsində Azərbaycanın mövqeyi əhəmiyyətli dərəcədə güclənmişdir. Erməni təbliğat maşınının bütün cəhdlərinə vaxtında və adekvat cavab verilir. Bu gün həmin insanların Qarabağa səfərləri daha çox təşkil olunmalıdır. Bu səfərlər əsl həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında, zəngin mədəni, tarixi irsimizin təbliğində, erməni lobbi dairələrinin ideoloji təxribatlarının qarşısının alınmasında böyük rol oynayacaq. Eyni zamanda, dünyanın nüfuzlu etnoqrafları, arxeoloqlarının səfərlərini təşkil etmək, birgə canlı və ya onlayn formatda konfranslar keçirmək, beynəlxalq elmi təşkilatların, nüfuzlu universitetlərin professorlarını, alimlərini bu prosesə cəlb etmək çox vacibdir. Bununla yanaşı, işğaldan azad edilmiş torpaqlarda mədəni, sosial-iqtisadi inkişafa, tikinti-quruculuq işlərinə dair layihələrin həyata keçirilməsində özəl sektorun, qeyri-hökumət təşkilatlarının, kiçik və orta bizneslə məşğul olan sahibkarların, o cümlədən qadın sahibkarlarının cəlb edilməsi daha da gücləndirilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi və Beynəlxalq Ədalət Məhkəməsində iddialar qaldırılması xüsusi əhəmiyyətə malikdir. Məhz Beynəlxalq Ədalət Məhkəməsinin Ermənistanla bağlı verdiyi qərar isə ölkəmizin diplomatiya sahəsində növbəti zəfəri hesab olunur. 2021-ci ildə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Qarabağ Dirçəliş Fondunun reallaşdırdığı “Karabakh.Center” layihəsi və müvafiq əsasda Vətən müharibəsində həlak olmuş mülki şəxslərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılan “Karabakh Memorial” internet resursu, eləcə də “WhereisKarabakh.com” saytı təbliğati-siyasi baxımdan mühüm layihələr kimi diqqəti cəlb edib.

Bu gün qətiyyətlə demək olar ki, Azərbaycanda artıq sosial-iqtisadi inkişafı yeni mərhələsinin möhkəm təməli qoyulmuş və ölkəmiz müstəqil inkişaf yolu ilə inamla irəliləyir. Azərbaycan müstəqil dövlət kimi bütün dünyada tanınır və dünya birliyində öz layiqli yerini tutur. Müstəqilliyimiz sarsılmaz, dönməz xarakter almışdır. Müstəqil inkişaf yolunda atılmış hər bir uğurlu addım, əldə edilmiş hər bir qələbə xalqımızı azad, müstəqil Azərbaycanın xoşbəxt gələcəyinə dərin nikbinlik və böyük inamla baxmağa ruhlandırır, yeni güc, qüvvət verir.

Bir daha Dünya Azərbaycanlıların Həmrəyliyi günü və yeni il münasibəti ilə dövlət başçımız İlham Əliyev və Respublikanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva olmaqla, xalqımızı, dünyada yaşayan bütün soydaşlarımızı, igid əsgərlərimizi təbrik edir, can sağlığı, uğurlar arzulayıram. Həmçinin, şəhidlərimizi böyük ehtiram hissi ilə yad edirəm. Yaralı əsgərlərimizə Allahdan şəfa diləyirəm. Biz ərazi bütövlüyümüzü onlara borcluyuq. Bizə əmanət olan insanları daim yad etmək, onlara qayğı göstərmək bizim həm borcumuz, həm də vəzifəmizdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ETİHİ Respublika Komitəsinin əməkdaşları azad edilmiş torpaqlarda çalışan müəllimlərlə görüşüblər

Agentlik: 277 ahıl müəllimə evlərində sosial-məişət xidməti göstərilir

Arxeoloq: Şahbulaq ətrafındakı alban abidələri tədqiq edilir

Azərbaycan rəqəmsal transformasiya və innovasiya sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir

Zelenski: Zərbə nəticəsində göyərtəsində Azərbaycan vətəndaşlarının olduğu gəmilər zədələnib

Quruluşçu rejissor: Tamaşaçı səhnədə hər birimizin həyat boyu gözlədiyi “Qodo”ları görəcək

Özbəkistan və Azərbaycan: 30 illik etimad, dostluq və yeni imkanlar

Taylandda daşqınlar 31 nəfərin həyatına son qoyub

Almaniyada yeni avtomobillərin üçdəbirindən çoxu elektriklidir

Azərbaycan hərbçiləri Pakistanda keçirilən təlimlərdə iştirak ediblər

Nazir müavini Firudin Qurbanov Tərtərdə vətəndaşların müraciətlərini dinləyəcək

Ərdoğan: Türkiyədə hazırlanan kosmik aparatın istehsal, montaj və inteqrasiya işləri tamamlanıb

Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır – ŞƏRH

Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib YENİLƏNƏCƏK

İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib

Naxçıvanda DOST Qəbul şöbələri yaradılır

III Tələbə Mentorluq Proqramında 83 nəfər iştirak edib

Çində küləyin sürətini ölçmək üçün nəzərdə tutulmuş dünyanın ən hündür qülləsinin tikintisi başa çatdırılıb

Qazaxıstan hərbçilərinin Xəzər dənizinə düşməsi ilə bağlı 5 vəzifəli şəxs həbs olunub

“Rosatom”: Zaporojye AES hücuma məruz qalıb və zədələnib

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb

“Təhsildə yeni çağırışlar” VII Beynəlxalq Forumu

Azərbaycan və Ukrayna ombudsmanları insan hüquqlarının müdafiəsində əməkdaşlığı gücləndirirlər

Böyük Qayıdış regional inkişafın yeni mərhələsini formalaşdırır - ŞƏRH

Növbəti iki gündə hava yağıntılı olacaq – XƏBƏRDARLIQ

Nanodərmanlar XXI əsrin möcüzəsi olacaq

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB

“Naxçıvan 2050: Süni intellektlə yaradılan memarlıq nümunələri” müsabiqəsi başlayıb

Türkiyə və Azərbaycanın elm tarixinin səhifəsi: akademik Bəhram Əsgərovun parlaq yolu

Türkmən baxşı sənəti Türk dünyasının şifahi mədəni yaddaşında mühüm həlqədir

“MEK Könüllülük proqramı”: növbəti qəbul prosesində 300-dən çox müraciət daxil olub

Naxçıvan şəhərinin Xətai məhəlləsində avtomobil yolu asfaltlanır

Marius Vizer: Qoy, cüdo ziddiyyətli dünyada birlik, dostluq və sülhün ilham mənbəyi olsun

Sentyabrda Bakı metrosundan istifadə edənlərin sayı açıqlanıb

“DokuBaku” Beynəlxalq Sənədli Film Festivalı başlayır

Pirallahı Sənaye Parkının rezidentləri indiyədək 82,2 milyon manatlıq məhsul istehsal edib

Rəşad Nəbiyev: Azərbaycan dünya yarışlarına ev sahibliyi edən möhtəşəm idman mərkəzinə çevrilib

Məryəm Əlizadə: Azərbaycan teatrı zamanla birlikdə addımlamalıdır

Amin Məmmədov: Arpa və Vorotan çaylarının çirkləndirilməsi Azərbaycan üçün ekoloji risk yarada bilər

ADAU-da Müəllimlər Günü: professor Elman Mövsümovun 85 illik yubileyi qeyd edilib

Politoloq: Hibrid və informasiya hücumları bəzi hallarda cəmiyyətə açıq döyüş əməliyyatlarından daha çox ziyan vurur - ŞƏRH VİDEO

Politoloq: Hibrid və informasiya hücumları bəzi hallarda cəmiyyətə açıq döyüş əməliyyatlarından daha çox ziyan vurur - ŞƏRH VİDEO

“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB

Fransada müəllimlər etiraz edən şagirdlərin tələblərini haqlı sayır

Özbəkistanla əmək və sosial müdafiə sahəsində gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb

Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb

Lətif Kərimov yaradıcılığı: Azərbaycan milli-mədəni kimliyinin tarixi kontekstində

Qazaxıstanda cinayətlərin sayı azalıb

Polşa portalı “ADEX 2026” sərgisindən yazıb

Şotlandiyada şəxsi ada 350 min funt sterlinqə satışa çıxarılıb

Azərbaycan və Belarus arasında idman əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub

Deputat: Ermənistan işğal dövründə Azərbaycanın 7 filiz və 39 qeyri-filiz yatağında qanunsuz istismar aparıb VİDEO

Deputat: Ermənistan işğal dövründə Azərbaycanın 7 filiz və 39 qeyri-filiz yatağında qanunsuz istismar aparıb VİDEO

Masallıda 300 güləşçinin qatıldığı turnir başa çatıb

Lətif Kərimovun 120 illik yubileyi Vyanada “Azərxalça” ASC-nin xüsusi xalça sərgisi ilə qeyd olunub

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 fevral tarixli 946 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Koalisiya üzvü: İşğal dövründə Qarabağ və Şərqi Zəngəzurun ətraf mühitinə ciddi ziyan dəyib VİDEO

Koalisiya üzvü: İşğal dövründə Qarabağ və Şərqi Zəngəzurun ətraf mühitinə ciddi ziyan dəyib VİDEO

Qarabağda və Şərqi Zəngəzurda müəllim olmaq böyük qürurdur - Şahin Bayramov

Ağdamda 100-cü Yubiley Aqrar Biznes Festivalı baş tutub

Azərbaycanın beynəlxalq idman tədbirlərinə ev sahibliyi etmək təcrübəsi yüksək qiymətləndirilib

Siyəzəndə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 14 nəfər saxlanılıb VİDEO

Siyəzəndə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 14 nəfər saxlanılıb VİDEO

Londonun mərkəzində genişmiqyaslı elektrik kəsintisi baş verib

Amin Məmmədov: Ermənistan ətraf mühitə təsirlərlə bağlı məlumatları təqdim etməlidir VİDEO

Amin Məmmədov: Ermənistan ətraf mühitə təsirlərlə bağlı məlumatları təqdim etməlidir VİDEO

Çinin 23 vətəndaşı Azərbaycanda magistratura və doktorantura təhsili alacaq

Türkiyədəki Roma dövrünə aid eksponatlar Kopenhagendə sərgilənir

Naxçıvanda uzunluğu 17,5 kilometr olan avtomobil yolları yenilənir

Magistraturada 195 nəfər ödənişsiz təhsil almaq hüququ qazanıb - DİM-də əlavə müsabiqənin nəticələri

Bakıda Azərbaycan-Böyük Britaniya Birgə Hökumətlərarası Komissiyanın iclası olacaq

Ədliyyə Akademiyasında vəkilliyə namizədlərin icbari təlimi başlayıb

Norveçdə süni intellekt eynəklərinin istifadəsinə müvəqqəti qadağa qoyulur

Mingəçevir Dövlət Universitetində yeni laboratoriyalar istifadəyə verilib

İbrahimoviç ad günündə özünə bahalı “Ferrari” hədiyyə edib

Alparslan Bayraktar: Enerjidaşıyıcılarının Türkiyə ərazisindən ixracı İraq, Küveyt və Qətər üçün alternativdir

Hacıqabulda narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanılıb

Azərbaycan ilə Türkiyə arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlıq daha da genişlənir

Emin Hüseynov: Ağdam rayonunda 2000-dən çox ailə məskunlaşıb VİDEO

Emin Hüseynov: Ağdam rayonunda 2000-dən çox ailə məskunlaşıb VİDEO

Firəngiz Xəlilova: Musiqi müəlliminin əsas vəzifəsi tələbədə sənətə həqiqi sevgi yaratmaqdır

Moldova 2030-cu ildə Aİ-yə üzv olmaq niyyətindədir

Gənc Tamaşaçılar Teatrında “Qodo həsrətində” adlı tamaşanın premyerası olacaq

Musiqini öyrətmək və sevdirmək: Pedaqoqun əsl missiyası nədir?

Fransada şagirdlərin etirazları səbəbindən yüzlərlə məktəb bağlanıb

Bəxtiyar Aslanbəyli: Biz AÇG-dən hasilatın uzunmüddətli davamlılığına yeni texnologiyalarla nail olmağa çalışırıq – MÜSAHİBƏ VİDEO

Bəxtiyar Aslanbəyli: Biz AÇG-dən hasilatın uzunmüddətli davamlılığına yeni texnologiyalarla nail olmağa çalışırıq – MÜSAHİBƏ VİDEO

ANAMA: Ötən həftə 1144,9 hektar ərazi mina və digər partlayıcı sursatlardan təmizlənib

“Aeroflot” Moskvadan Bakıya reyslərin sayını artıracaq

Alimlər başqa planetlərdən götürülən nümunələrdə Yerdəki həyat əlamətlərini aşkar edəcəklər

Azərbaycan karateçiləri beynəlxalq yarışlarda üç medal qazanıblar

Güclü iqtisadiyyat və həmrəy cəmiyyətin vəhdəti ŞƏRH

Elmi düşüncə sual vermək və araşdırmaqla formalaşır – Gülnar Qəmbərova

Azərbaycanın təhlükəsizlik siyasəti bundan sonra da əsas prioritetlər sırasındadır ŞƏRH

Yaponiya strateji neft ehtiyatlarından istifadəni dayandırır

Narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

® “AccessBank”ın tərəfdaşlığı ilə “VətəndəSƏN” II Qarabağ Təhsil Forumu keçirilib

Gəncə ilə Oş arasında əməkdaşlığın yeni istiqamətləri diqqət mərkəzində

Özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək istəyən namizədlər üçün icbari təlimə başlanılıb

Azərbaycan cüdoçuları dünya çempionatının ikinci gününü medalsız başa vurublar VİDEO

Azərbaycan cüdoçuları dünya çempionatının ikinci gününü medalsız başa vurublar VİDEO

Türkiyə milli valyuta ilə ticarətin həcmini artırır

Nazir: Azad edilmiş ərazilərdə ilk istixana sənaye zonası Cəbrayılda qurulur VİDEO

Nazir: Azad edilmiş ərazilərdə ilk istixana sənaye zonası Cəbrayılda qurulur VİDEO

Müəllimin əsas missiyası tələbəni düşünməyə və araşdırmağa sövq etməkdir - Ramazan Məmmədov

Brno alimləri işıq vasitəsilə minitor qişalarına “görməyi” öyrədiblər

Əbu-Dabidə 3-cü Qlobal Ərzaq Həftəsi keçiriləcək

AZMİU-nun layihəsi Elm Fondunun qrant müsabiqəsinin qalibi olub