Azərbaycan Premyer Liqası: Bu gün XIV turun daha iki oyunu keçiriləcək
Bakı, 12 noyabr, AZƏRTAC
Futbol üzrə Azərbaycan Premyer Liqasında bu gün XIV turun daha iki oyunu keçiriləcək.
AZƏRTAC xəbər verir ki, hər iki matç Bakıda oynanılacaq.
Günün ilk qarşılaşmasında "Zirə" "Səbail"i qəbul edəcək. Meydan sahibləri 19 xalla beşinci, qonaqlar 10 xalla 7-ci pillədə qərarlaşıblar.
Günün ikinci matçında "Neftçi" "Qəbələ" ilə üz-üzə gələcək. Bakı təmsilçisi 26 xalla üçüncü, Qəbələ klubu 20 xalla dördüncü yerdədir.
Qeyd edək ki, turun ilk görüşündə "Şamaxı" klubu "Sumqayıt"ı 4:2 hesabı ilə məğlub edib. Turun “Kəpəz” - “Turan Tovuz” və “Sabah” - “Qarabağ” matçları isə noyabrın 13-də keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [13:43]
Azərbaycan Alpinizm Federasiyasına yeni prezident seçilib
- 30.09.2026 [12:54]
Formula 1 Azərbaycan Qran-Prisini 300-ə yaxın media nümayəndəsi işıqlandırıb
- 30.09.2026 [12:49]
Fransanın məşhur klubu 1 avroya satılıb
- 30.09.2026 [11:28]
Azərbaycanın 4 velosipedçisi Avropa çempionatında mübarizə aparacaq
- 30.09.2026 [10:46]
Qırğızıstan IV MDB Oyunlarına ev sahibliyi edəcək
- 30.09.2026 [10:33]