Azərbaycan Premyer Liqası: Legioner rüsumu azaldılacaq
Bakı, 1 mart, AZƏRTAC
Azərbaycan Premyer Liqasında legioner futbolçulara tətbiq olunan rüsum azaldılacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev jurnalistlərə açıqlamasında bildirib. PFL-in rəhbəri rüsumun bütün legionerlər üçün beş min manata endiriləcəyini söyləyib. R.Musayev Klublar Komitəsinin bugünkü iclasında məsələ ilə bağlı müzakirələrin aparıldığını və yekun qərarın AFFA İcraiyyə Komitəsinin iclasında veriləcəyini deyib: “Klubların durumu və legioner rüsumu ilə bağlı danışdıq. Çünki hər bir klubun problemi bizim problemdir. Razılığımızı verdik. Klublar hər legioner üçün 5 min manat ödəyəcəklər. Rüsumda 15 min endirim etdik. Legioner limiti isə müzakirə olunmadır”.
Qeyd edək ki, hazırda legioner rüsumu 20 min manatdır. Amma növbəti illərdə eyni əcnəbi futbolçu komandada qalarsa, məbləğ yarıbayarı azaldılır. Öz ölkələrinin millisində oynayan əcnəbilər üçün isə rüsum alınmır. Rüsumun dəyişməsi ilə bağlı qərar isə İcraiyyə Komitəsinin iclasında rəsmiləşəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [13:26]
Azərbaycanda ilk dəfə “Oceanman” beynəlxalq üzgüçülük yarışı keçiriləcək
- 15.10.2026 [13:07]
Vidadi Rzayev: "Qarabağ" – "Neftçi" derbisində favorit görmürəm
- 15.10.2026 [12:43]
Azərbaycan futzal millisinin oyunu ilk dəfə Lənkəranda keçiriləcək
- 15.10.2026 [12:37]
Erlinq Haaland Çempionlar Liqasında bir neçə rekorda imza atıb
- 15.10.2026 [11:51]
Azərbaycan klubu braziliyalı voleybolçunu heyətinə qatıb
- 15.10.2026 [11:21]
Azərbaycan dünya çempionatında 9 boksçu ilə təmsil olunacaq
- 15.10.2026 [11:20]
Danimarka millisinin sabiq baş məşqçisi vəfat edib
- 15.10.2026 [11:10]
“Qarabağ” – “Neftçi” matçı FIFA referisinə tapşırılıb
- 15.10.2026 [10:45]