Azərbaycan Premyer Liqası: lider xal itirdi
Bakı, 27 fevral, Elşad Qəzvini, AZƏRTAC
Azərbaycan Premyer Liqasında XXIII tura yekun vurulub.
AZƏRTAC xəbər verir ki, günün son matçı həm də turun mərkəzi görüşü olub. Bakının “İnter” klubu “Qarabağ”ı qəbul edib. Qarşılaşma gərgin mübarizə və qarşılıqlı hücumlar şəraitində keçib.
İlk hissənin sonuna 3 dəqiqə qalmış Nizami Hacıyevin dəqiq zərbəsi ilə hesabı açan Zaur Şvanadzenin yetirmələri sonradan daha çox hesabı qorumaq üçün mübarizə aparıb. “Qarabağ” oyunu xilas etmək üçün fasiləsiz hücumlar təşkil edib. Bu, oyunun sonuna yaxın öz bəhrəsini verib. Kapitan Rəşad Sadıqov müdafiədən hücuma atılaraq 88-ci dəqiqədə baş zərbəsi ilə topu rəqib qapısından keçirib - 1:1.
Turun nəticələri turnir cədvəlində əsaslı dəyişiklik yaratmayıb. Diqqət çəkən yeganə məqam çempionatın debütantı “Zirə” klubunun lider “Qarabağ”la arasındakı xal fərqini bir qədər də azaltmasıdır. Hazırda “Qarabağ” 48 xalla liderliyini davam etdirir. “Zirə” 44 xala ikinci, “Qəbələ” 38 xalla üçüncü, “İnter” 35 xalla dördüncü, “Kəpəz” 33 xalla beşinci pillədə qərarlaşıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [13:26]
Azərbaycanda ilk dəfə “Oceanman” beynəlxalq üzgüçülük yarışı keçiriləcək
- 15.10.2026 [13:07]
Vidadi Rzayev: "Qarabağ" – "Neftçi" derbisində favorit görmürəm
- 15.10.2026 [12:43]
Azərbaycan futzal millisinin oyunu ilk dəfə Lənkəranda keçiriləcək
- 15.10.2026 [12:37]
Erlinq Haaland Çempionlar Liqasında bir neçə rekorda imza atıb
- 15.10.2026 [11:51]
Azərbaycan klubu braziliyalı voleybolçunu heyətinə qatıb
- 15.10.2026 [11:21]
Azərbaycan dünya çempionatında 9 boksçu ilə təmsil olunacaq
- 15.10.2026 [11:20]
Danimarka millisinin sabiq baş məşqçisi vəfat edib
- 15.10.2026 [11:10]
“Qarabağ” – “Neftçi” matçı FIFA referisinə tapşırılıb
- 15.10.2026 [10:45]