Azərbaycan Premyer Liqasına yüksələn klublara hansı güzəştlərin ediləcəyi bəlli olub
Bakı, 31 iyul, AZƏRTAC
AFFA İcraiyyə Komitəsinin bu il martın 14-də keçirilmiş iclasında 2025/2026-cı illər mövsümündə Azərbaycan Premyer Liqasında komanda sayının artırılması ilə əlaqədar yuxarı dəstəyə yüksələcək klublara infrastruktur, inzibati və digər sahələrdəki çatışmazlıqları aradan qaldırmaq üçün 1 illik möhlət verilməsi ilə bağlı detalları açıqlayıb.
Milli assosiasiyadan AZƏRTAC-a bildirilib ki, qərara əsasən, son 3 mövsümdə Premyer Liqada çıxış etməmiş və son mövsümün nəticələrinə əsasən I Liqadan elitaya yüksəlmiş “Karvan-Yevlax” və “İmişli” klublarının nəzdində çalışan məşqçilər üçün Lisenziyalaşdırma qaydalarında nəzərdə tutulmuş Məşqçilik ixtisası dərəcələri bir kateqoriya aşağı məqbul hesab edilib (UEFA C kateqoriyadan aşağı olmamaq şərti ilə).
Bundan başqa, həmin klubların U-16, U-17, U-19 və əvəzedici komandaları liqalarda iştirak etməyə bilər.
Qeyd edək ki, bu qərarlar ötən mövsümün sonunda yüksək liqaya vəsiqə qazanan “Qəbələ” klubuna şamil olunmur. Çünki “qırmızı-qaralar” yalnız ötən mövsüm Premyer Liqada iştirak etməyib və 1 illik fasilədən sonra elitaya qayıdıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [17:25]
Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib
- 27.09.2026 [16:05]
Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb
- 27.09.2026 [14:00]
FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir
- 27.09.2026 [11:02]
Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib
- 27.09.2026 [08:00]
Azərbaycan yığması UEFA Millətlər Liqasında mübarizəyə başlayır
- 26.09.2026 [22:14]
“Neftçi” İdman Klubu Anım Gününə həsr olunmuş cüdo turniri təşkil edib
- 26.09.2026 [22:00]