Azərbaycan Premyer Liqasında IV turun hakim təyinatları müəyyənləşib
Bakı, 24 avqust, AZƏRTAC
Futbol üzrə Azərbaycan Premyer Liqasında IV turun hakim təyinatları müəyyənləşib.
AZƏRTAC Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, turun mərkəzi qarşılaşması olan “Zirə”-“Sabah” matçı FIFA referisi Elçin Məsiyevə həvalə edilib.
Azərbaycan Premyer Liqası
IV tur
25 avqust (cümə)
20:00. “Araz-Naxçıvan” - “Sumqayıt”
Hakimlər: Kamal Umudlu, Cavanşir Yusifov, Asiman Əzizli, Kamranbəy Rəhimov
VAR: Əliyar Ağayev
AVAR: Vüqar Həsənli
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Zümrüd Ağayeva
“Dalğa Arena”
26 avqust (şənbə)
17:00. “Turan Tovuz” - “Səbail”
Hakimlər: Tural Qurbanov, Akif Əmirəli, Cəmil Quliyev, Nicat İsmayıllı
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Erkin Hüseynov
Tovuz şəhər stadionu.
19:30. “Zirə” - “Sabah”
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Kamran Bayramov, Fərid Hacıyev
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Asif Əliyev
Zirə İdman Kompleksinin stadionu.
27 avqust (bazar)
18:30. “Neftçi” - “Qəbələ”
Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Şirmamed Mamedov, Rauf Allahverdiyev
Hakim-inspektor: Barış Şimşek
AFFA nümayəndəsi: Bəhram Qurbanov
"Neftçi Arena”
20:45. “Qarabağ”- “Kəpəz”
Hakimlər: Əli Əliyev, Zeynal Zeynalov, Vüsal Məmmədov, Rəvan Həmzəzadə
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Mahal Məmmədov
“Azersun Arena”