Azərbaycan Premyer Liqasında VII tura yekun vurulub
Bakı, 17 oktyabr, Nicat Məmmədov, AZƏRTAC
Oktyabrın 17-də futbol üzrə Azərbaycan Premyer Liqasında VII tura yekun vurulub.
AZƏRTAC xəbər verir ki, turun və birinci dövrənin son oyununda "Qarabağ" klubu "Sabah"ın qonağı olub. Masazırdakı "Bank Respublika Arena"da keçirilən görüş Ağdam klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Matçın 27-ci dəqiqəsində Ramin Quliyevin baş məşqçi olduğu komanda azlıqda qalıb. Paraqvaylı hücumçu Xulio Sezar Rodriges "köhlən atlar"ın qapıçısı Şahruddin Məhəmmədəliyevə ayağı ilə zərbə endirdiyi üçün meydandan qovulub. Matçda hesab 44-cü dəqiqədə açılıb. Qonaqların yarımmüdafiəçisi Filip Ozobiç fərqlənib. İlk hissə 1:0 hesabla başa çatıb.
İkinci hissədə də hücumlarını davam etdirən "Qarabağ" 51-ci dəqiqədə Abdullah Zubirin qolu ilə fərqi 2 topa çatdırıb. Oyunun 65-ci dəqiqəsində meydan sahiblərinin yarımmüdafiəçisi Aleksey İsayev buraxılan qollardan birinin əvəzini çıxıb.
Bu qələbədən sonra xallarını 17-yə çatdıran "Qarabağ" zirvədəki yerini möhkəmlədib. Bir xalı olan "Sabah" isə sonuncu pillədə qalıb.
Qeyd edək ki, günün ilk oyununda "Neftçi" səfərdə "Sumqayıt"la heç-heçə edib - 1:1. Eyni hesab ötən gün keçirilmiş "Qəbələ" - "Zirə" matçında da qeydə alınıb. İlk oyun gününün digər qarşılaşmasında isə "Keşlə" səfərdə "Səbail"ə 2:1 hesabı ilə qalib gəlib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [13:26]
Azərbaycanda ilk dəfə “Oceanman” beynəlxalq üzgüçülük yarışı keçiriləcək
- 15.10.2026 [13:07]
Vidadi Rzayev: "Qarabağ" – "Neftçi" derbisində favorit görmürəm
- 15.10.2026 [12:43]
Azərbaycan futzal millisinin oyunu ilk dəfə Lənkəranda keçiriləcək
- 15.10.2026 [12:37]
Erlinq Haaland Çempionlar Liqasında bir neçə rekorda imza atıb
- 15.10.2026 [11:51]
Azərbaycan klubu braziliyalı voleybolçunu heyətinə qatıb
- 15.10.2026 [11:21]
Azərbaycan dünya çempionatında 9 boksçu ilə təmsil olunacaq
- 15.10.2026 [11:20]
Danimarka millisinin sabiq baş məşqçisi vəfat edib
- 15.10.2026 [11:10]
“Qarabağ” – “Neftçi” matçı FIFA referisinə tapşırılıb
- 15.10.2026 [10:45]