Azərbaycan Premyer Liqasında XXIII turun oyunları start götürüb
Bakı, 27 fevral, AZƏRTAC
Bu gün Azərbaycan Premyer Liqasında XXIII turun oyunları start götürüb.
AZƏRTAC xəbər verir ki, turun açılış matçı Gəncədə olub. “Kəpəz” komandası “Sumqayıt”ı qəbul edib. Ötən tur öz meydanında AZAL-ı məğlub edən “Sumqayıt” qərb səfərindən bir xalla dönüb. Son iki turda qələbəyə həsrət qalan Şahin Diniyevin yetirmələri isə üç xal intizarına doğma azarkeşlər önündə də son qoya bilməyiblər. Matç elə başladığı kimi də bitib - 0:0.
Turun daha bir görüşü isə Zirədə oynanılıb. Debütant “Zirə” komandası “Neftçi”ni qəbul edib. Keçən həftə səfərdə “Xəzər-Lənkəran”a qalib gələn Adil Şükürovun yetirmələri bu oyunu da qalibiyyətlə başa vurublar. “Neftçi”nın qapısında üç cavabsız top keçirən zirəlilərin heyətində 68-ci dəqiqədə Nelson Bonilla fərqlənib. Növbəti qollar qarşılaşmanın sonuna təsadüf edib. Luis Alberto Diez 87 və 93-cü dəqiqələrdə etdiyi dubl ilə komandasının qələbəsini rəsmiləşdirib - 3:0.
Bu oyunla eyni vaxtda AZAL ilə autsayder “Rəvan” üz-üzə gəlib. AZAL bu oyunda 3 turluq qələbəsizlik seriyasını qıra bilib. Görüşün yeganə qolunu 51-ci dəqiqədə Qvanzav Maqomedov vurub. Beləliklə, Tərlan Əhmədovun yetirmələri Bəhmən Həsənovun komandasını 1:0 hesabı ilə məğlub edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [13:26]
Azərbaycanda ilk dəfə “Oceanman” beynəlxalq üzgüçülük yarışı keçiriləcək
- 15.10.2026 [13:07]
Vidadi Rzayev: "Qarabağ" – "Neftçi" derbisində favorit görmürəm
- 15.10.2026 [12:43]
Azərbaycan futzal millisinin oyunu ilk dəfə Lənkəranda keçiriləcək
- 15.10.2026 [12:37]
Erlinq Haaland Çempionlar Liqasında bir neçə rekorda imza atıb
- 15.10.2026 [11:51]
Azərbaycan klubu braziliyalı voleybolçunu heyətinə qatıb
- 15.10.2026 [11:21]
Azərbaycan dünya çempionatında 9 boksçu ilə təmsil olunacaq
- 15.10.2026 [11:20]
Danimarka millisinin sabiq baş məşqçisi vəfat edib
- 15.10.2026 [11:10]
“Qarabağ” – “Neftçi” matçı FIFA referisinə tapşırılıb
- 15.10.2026 [10:45]