Azərbaycan Premyer Liqasının VII turuna start verilib
Bakı, 15 oktyabr, Nicat Məmmədov, AZƏRTAC
Oktyabrın 15-də futbol üzrə Azərbaycan Premyer Liqasında VII tura start verilib.
AZƏRTAC xəbər verir ki, günün ilk oyununda “Səbail” klubu öz meydanında “Keşlə”ni qəbul edib. Qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Görüşdəki qollar ikinci hissədə vurulub.
Matçın 68-ci dəqiqəsində Tərlan Quliyev cərimə zərbəsindən hesabı açaraq “Keşlə”ni hesabda önə çıxarıb. Üç dəqiqə sonra Rauf Əliyev bərabərlik qoluna imza atıb. Qarşılaşmanın 81-ci dəqiqəsində isə Anatole Abanq “Keşlə”yə qələbə qazandıran qolu vurub.
Bu nəticədən sonra xallarının sayını 7-ə çatdıran “Keşlə” klubu “Sumqayıt”la birlikdə 5-6-cı yerləri bölüşürlər. “Dənizçilər” isə 6 xalla 7-ci pillədədir.
Günün digər matçında “Qəbələ” klubu "Zirə" ilə üz-üzə gəlir.
Tura isə oktyabrın 17-də oynanılacaq "Sumqayıt" - "Neftçi" və "Sabah" - "Qarabağ" matçları ilə yekun vurulacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [13:26]
Azərbaycanda ilk dəfə “Oceanman” beynəlxalq üzgüçülük yarışı keçiriləcək
- 15.10.2026 [13:07]
Vidadi Rzayev: "Qarabağ" – "Neftçi" derbisində favorit görmürəm
- 15.10.2026 [12:43]
Azərbaycan futzal millisinin oyunu ilk dəfə Lənkəranda keçiriləcək
- 15.10.2026 [12:37]
Erlinq Haaland Çempionlar Liqasında bir neçə rekorda imza atıb
- 15.10.2026 [11:51]
Azərbaycan klubu braziliyalı voleybolçunu heyətinə qatıb
- 15.10.2026 [11:21]
Azərbaycan dünya çempionatında 9 boksçu ilə təmsil olunacaq
- 15.10.2026 [11:20]
Danimarka millisinin sabiq baş məşqçisi vəfat edib
- 15.10.2026 [11:10]
“Qarabağ” – “Neftçi” matçı FIFA referisinə tapşırılıb
- 15.10.2026 [10:45]