AZƏRBAYCAN PREZİDENTİ, ALİ BAŞ KOMANDAN İLHAM ƏLİYEV DAXİLİ QOŞUNLARIN “N” HƏRBİ HİSSƏSİNDƏ OLMUŞDUR
Bərdə, 2 mart (AZƏRTAC). Azərbaycan Prezidenti, Ali baş komandan İlham Əliyev Bərdə rayonuna səfəri çərçivəsində, martın 2-də Daxili Qoşunların “N” hərbi hissəsi üçün inşa olunmuş şəhərcikdə olmuşdur.
Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Ali baş komandana raport verdi.
Şəhərcikdə əsgərlərin hərbi hazırlığı, məişəti, istirahət vaxtlarını mənalı keçirmələri üçün lazımi şərait yaradılmışdır. Bu barədə Ali baş komandana məlumat verildi.
Dövlətimizin başçısı əsgər yataqxanası ilə də tanış oldu.
######
![]() |
![]() |
![]() |


