Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV “AZSTANDARTSERVİS” LABORATORİYASININ AÇILIŞINDA İŞTİRAK ETMİŞDİR

Noyabrın 3-də Bakının Nərimanov rayonunda Britaniya Standartlar İnstitutunun maliyyə vəsaiti hesabına yaradılmış “Azstandartservis” laboratoriyasının açılışı olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir.

Dövlətimizin başçısını laboratoriya binasının önündə Britaniya Standartlar İnstitutunun “British Standart” bölməsinin direktoru Mayk Lou, institutun digər əməkdaşları böyük səmimiyyətlə və mehribanlıqla qarşıladılar.

Prezident İlham Əliyev laboratoriyanın açılışını bildirən lenti kəsdi və girişdəki lövhənin üzərindən örtüyü götürdü.

Sonra Azərbaycan Prezidenti İlham Əliyevə Bakıda açılan bu laboratoriyanın fəaliyyəti barədə geniş məlumat verildi. Bildirildi ki, Qafqaz və Orta Asiya regionunda bu ilk və ən boyük laboratoriya istər respublikamızda, istərsə də regionda istehlak bazarlarının saxta, keyfiyyətsiz, təhlükəli və kontrafakt məhsullardan qorunmasında, ixrac potensiallı məhsulların rəqabətə davamlılığının artırılmasında mühüm rol oynayacaqdır. Eyni zamanda, istehlakçıların hüquqlarının qorunması da təmin olunacaqdır.

Laboratoriya ABŞ, Böyük Britaniya, Almaniya, Yaponiya, İsveçrə və digər inkişaf etmiş ölkələrin ən qabaqcıl şirkətlərinin istehsalı olan və yüksək beynəlxalq standartlara cavab verən müxtəlif tipli və funksiyalı avadanlıqla təmin edilmişdir. Bu avadanlıq neftin, suyun, spirtli içkilərin, qida məhsullarının, metalın və digər məmulatların operativ və yüksək keyfiyyətli sınaqlarını həyata keçirməyə imkan verməklə, ölkəmizdə beynəlxalq standartlara cavab verən və təhlükəsiz məhsul istehsalına əlverişli şərait yaradır. Ölkəmizdə sahibkarlığın inkişaf etdiyi bir dövrdə yerli istehsal məhsullarının Britaniya Standartlar İnstitutunun sertifikatları ilə təmin olunması həmin məhsulların dünya bazarlarına maneəsiz ixrac edilməsinə əlverişli şərait yaradacaqdır. Bu isə respublikamızda beynəlxalq standartların bütün istehsal sahələrində tətbiqinə və iqtisadiyyatın ən müasir təcrübə zəminində inkişafına təkan verəcəkdir.

Azərbaycan Prezidenti İlham Əliyev laboratoriyanın ayrı-ayrı bölmələri ilə tanış oldu. İlk olaraq, ərzaq məhsullarının keyfiyyətini və tərkibini yoxlayan cihazlar barədə dövlətimizin başçısına məlumat verildi. Bildirildi ki, laboratoriyada quraşdırılmış avadanlıq 90 dəqiqə ərzində müxtəlif ərzaq məhsullarının tərkibindəki proteinin və digər maddələrin müəyyən edilməsinə imkan verir.

Sonra Prezident İlham Əliyev Almaniyada istehsal olunmuş avadanlıqla təchiz edilmiş və metalların ilkin emalını sınaqdan keçirməyə imkan verən, Belçikadan gətirilmiş avadanlıq hesabına ət və süd məhsullarının tərkibindəki yağların miqdarını müəyyən edən bölmələrlə yaxından tanış oldu. Dövlətimizin başçısına məlumat verildi ki, avadanlığın quraşdırılması zamanı texniki təhlükəsizlik, əməyin və ətraf mühitin mühafizəsi məsələləri yüksək beynəlxalq standartlar səviyyəsində həll olunmuş və laboratoriya ixtisaslı mütəxəssislərlə tam təmin edilmişdir.

Prezident İlham Əliyev neft məhsullarının keyfiyyət göstəricilərinin müəyyən edilməsi ilə də tanış oldu.

Britaniya Standartlar İnstitutunun dünyanın 110-dan çox ölkəsində 170-ə yaxın nümayəndəliyi, 80-ə yaxın sınaq laboratoriyası və 4500-dən çox işçisi vardır. 1903-cü ildə Böyük Britaniya kraliçasının birbaşa dəstəyi ilə təsis olunmuş bu institut dünyada ilk dəfə olaraq təhlükəsizlik standartlarını yaratmışdır. Bakıda açılan və 4 mərtəbəli binada yerləşən, 2,5 min kvadratmetr sahəsi olan laboratoriyada 50-dək Azərbaycan vətəndaşı çalışır və yüksək əmək haqqı alır. Dövlətimizin başçısı Britaniya Standartlar İnstitutunun Bakıda bu mühüm laboratoriyanın yaradılması ilə bağlı səylərini yüksək qiymətləndirdi.

Laboratoriya binası ilə tanışlıqdan sonra Prezident İlham Əliyev jurnalistlərlə öz təəssüratını bölüşdü.

SUAL: Cənab Prezident, Azərbaycanda belə bir müasir və dünya standartlarına cavab verən laboratoriyanın açılması həm ölkəmizdə iqtisadiyyatın inkişafı ilə, həm də xarici şirkətlərin qeyri-neft sektoruna sərmayə qoyması ilə əlaqədardır. Siz bunu necə qiymətləndirirsiniz?

CAVAB: Mən bunu yüksək qiymətləndirirəm. Laboratoriya xoşuma gəldi, burada çox gözəl avadanlıq quraşdırılıbdır. Mütəxəssislər də çox biliklidirlər. Çox şadam ki, Azərbaycanda belə gözəl, yüksək standartlara cavab verən laboratoriya yaradılıbdır. Mənə verilən məlumata görə, bu, bölgədə ən yüksək dünya standartlarına cavab verən ilk belə laboratoriyadır. Bu gün Azərbaycanda hər bir sahə inkişaf edir. Şübhəsiz ki, keyfiyyət nəzarəti də çox güclü olmalıdır. Azərbaycana daxil olan malların, xüsusilə yeyinti məhsullarının keyfiyyəti bəzi hallarda yüksək səviyyədə olmur. Bu cür laboratoriyanın fəaliyyət göstərməsi insanlarımızın sağlamlığına da xidmət edəcəkdir. Eyni zamanda, Azərbaycandan çıxarılan mallar, ixrac məhsulları da burada nəzərdən keçiriləcək ki, bu da məhsullarımızın dünya bazarlarında özünə daha geniş yer tapmasına imkan verəcəkdir. Laboratoriyanın yaranması hər cəhətdən çox müsbət haldır və yenə də qeyd etmək istəyirəm ki, bu, Azərbaycanda son illərdə gedən ümumi inkişafın bir əlamətidir. Çox şadam ki, buraya belə böyük miqdarda sərmayə qoyulubdur. Çox məmnunam ki, burada işləyən gənc mütəxəssislər peşəkardırlar. Onların mənə verdiyi izahatlar göstərdi ki, bu mütəxəssislərin biliyi, savadı çox yüksək səviyyədədir. Bu, həm də bizim xarici tərəfdaşlarımızla əməkdaşlığımızın bariz nümunəsidir. Azərbaycanda qeyri-neft sektoruna sərmayələrin gətirilməsi prosesi davam edir, yeni sahələr açılır. Elə bu laboratoriya da yeni bir sahədir. Mən çox şadam ki, Bakıda, Azərbaycanda belə gözəl müəssisə yaradılmışdır. Uğurlar arzulayıram.

X X X

Sonda Britaniya Standartlar İnstitutunun “British Standart” bölməsinin direktoru Mayk Lou təmsil etdiyi qurum adından Azərbaycan Prezidenti İlham Əliyevə hədiyyə təqdim etdi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Amin Məmmədov: Arpa və Vorotan çaylarının çirkləndirilməsi Azərbaycan üçün ekoloji risk yarada bilər

ADAU-da Müəllimlər Günü: professor Elman Mövsümovun 85 illik yubileyi qeyd edilib

Politoloq: Hibrid və informasiya hücumları bəzi hallarda cəmiyyətə açıq döyüş əməliyyatlarından daha çox ziyan vurur - ŞƏRH

“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB

Bakıda cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilir

Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyir YENİLƏNƏCƏK

Fransada müəllimlər etiraz edən şagirdlərin tələblərini haqlı sayır

Özbəkistanla əmək və sosial müdafiə sahəsində gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb

Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb

Lətif Kərimov yaradıcılığı: Azərbaycan milli-mədəni kimliyinin tarixi kontekstində

Qazaxıstanda cinayətlərin sayı azalıb

Polşa portalı “ADEX 2026” sərgisindən yazıb

Şotlandiyada şəxsi ada 350 min funt-sterlinqə satışa çıxarılıb

Azərbaycan və Belarus arasında idman əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub

Deputat: Ermənistan işğal dövründə Azərbaycanın 7 filiz və 39 qeyri-filiz yatağında qanunsuz istismar aparıb VİDEO

Deputat: Ermənistan işğal dövründə Azərbaycanın 7 filiz və 39 qeyri-filiz yatağında qanunsuz istismar aparıb VİDEO

Masallıda 300 güləşçinin qatıldığı turnir başa çatıb

Lətif Kərimovun 120 illik yubileyi Vyanada “Azərxalça” ASC-nin xüsusi xalça sərgisi ilə qeyd olunub

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 fevral tarixli 946 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Koalisiya üzvü: İşğal dövründə Qarabağ və Şərqi Zəngəzurun ətraf mühitinə ciddi ziyan dəyib VİDEO

Koalisiya üzvü: İşğal dövründə Qarabağ və Şərqi Zəngəzurun ətraf mühitinə ciddi ziyan dəyib VİDEO

Qarabağda və Şərqi Zəngəzurda müəllim olmaq böyük qürurdur - Şahin Bayramov

Ağdamda 100-cü Yubiley Aqrar Biznes Festivalı baş tutub

Azərbaycanın beynəlxalq idman tədbirlərinə ev sahibliyi etmək təcrübəsi yüksək qiymətləndirilib

Siyəzəndə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 14 nəfər saxlanılıb VİDEO

Siyəzəndə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 14 nəfər saxlanılıb VİDEO

Londonun mərkəzində genişmiqyaslı elektrik kəsintisi baş verib

Amin Məmmədov: Ermənistan ətraf mühitə təsirlərlə bağlı məlumatları təqdim etməlidir VİDEO

Amin Məmmədov: Ermənistan ətraf mühitə təsirlərlə bağlı məlumatları təqdim etməlidir VİDEO

Çinin 23 vətəndaşı Azərbaycanda magistratura və doktorantura təhsili alacaq

Türkiyədəki Roma dövrünə aid eksponatlar Kopenhagendə sərgilənir

Naxçıvanda uzunluğu 17,5 kilometr olan avtomobil yolları yenilənir

Magistraturada 195 nəfər ödənişsiz təhsil almaq hüququ qazanıb - DİM-də əlavə müsabiqənin nəticələri

Bakıda Azərbaycan-Böyük Britaniya Birgə Hökumətlərarası Komissiyanın iclası olacaq

Ədliyyə Akademiyasında vəkilliyə namizədlərin icbari təlimi başlayıb

Norveçdə süni intellekt eynəklərinin istifadəsinə müvəqqəti qadağa qoyulur

Mingəçevir Dövlət Universitetində yeni laboratoriyalar istifadəyə verilib

İbrahimoviç ad günündə özünə bahalı “Ferrari” hədiyyə edib

Alparslan Bayraktar: Enerjidaşıyıcılarının Türkiyə ərazisindən ixracı İraq, Küveyt və Qətər üçün alternativdir

Hacıqabulda narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanılıb

Azərbaycan ilə Türkiyə arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlıq daha da genişlənir

Emin Hüseynov: Ağdam rayonunda 2000-dən çox ailə məskunlaşıb VİDEO

Emin Hüseynov: Ağdam rayonunda 2000-dən çox ailə məskunlaşıb VİDEO

Firəngiz Xəlilova: Musiqi müəlliminin əsas vəzifəsi tələbədə sənətə həqiqi sevgi yaratmaqdır

Moldova 2030-cu ildə Aİ-yə üzv olmaq niyyətindədir

Gənc Tamaşaçılar Teatrında “Qodo həsrətində” adlı tamaşanın premyerası olacaq

Musiqini öyrətmək və sevdirmək: Pedaqoqun əsl missiyası nədir?

Fransada şagirdlərin etirazları səbəbindən yüzlərlə məktəb bağlanıb

Bəxtiyar Aslanbəyli: Biz AÇG-dən hasilatın uzunmüddətli davamlılığına yeni texnologiyalarla nail olmağa çalışırıq – MÜSAHİBƏ VİDEO

Bəxtiyar Aslanbəyli: Biz AÇG-dən hasilatın uzunmüddətli davamlılığına yeni texnologiyalarla nail olmağa çalışırıq – MÜSAHİBƏ VİDEO

ANAMA: Ötən həftə 1144,9 hektar ərazi mina və digər partlayıcı sursatlardan təmizlənib

“Aeroflot” Moskvadan Bakıya reyslərin sayını artıracaq

Alimlər başqa planetlərdən götürülən nümunələrdə Yerdəki həyat əlamətlərini aşkar edəcəklər

Azərbaycan karateçiləri beynəlxalq yarışlarda üç medal qazanıblar

Güclü iqtisadiyyat və həmrəy cəmiyyətin vəhdəti ŞƏRH

Elmi düşüncə sual vermək və araşdırmaqla formalaşır – Gülnar Qəmbərova

Azərbaycanın təhlükəsizlik siyasəti bundan sonra da əsas prioritetlər sırasındadır ŞƏRH

Yaponiya strateji neft ehtiyatlarından istifadəni dayandırır

Narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

® “AccessBank”ın tərəfdaşlığı ilə “VətəndəSƏN” II Qarabağ Təhsil Forumu keçirilib

Gəncə ilə Oş arasında əməkdaşlığın yeni istiqamətləri diqqət mərkəzində

Özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək istəyən namizədlər üçün icbari təlimə başlanılıb

Azərbaycan cüdoçuları dünya çempionatının ikinci gününü medalsız başa vurublar VİDEO

Azərbaycan cüdoçuları dünya çempionatının ikinci gününü medalsız başa vurublar VİDEO

Türkiyə milli valyuta ilə ticarətin həcmini artırır

Nazir: Azad edilmiş ərazilərdə ilk istixana sənaye zonası Cəbrayılda qurulur VİDEO

Nazir: Azad edilmiş ərazilərdə ilk istixana sənaye zonası Cəbrayılda qurulur VİDEO

Müəllimin əsas missiyası tələbəni düşünməyə və araşdırmağa sövq etməkdir - Ramazan Məmmədov

Brno alimləri işıq vasitəsilə minitor qişalarına “görməyi” öyrədiblər

Əbu-Dabidə 3-cü Qlobal Ərzaq Həftəsi keçiriləcək

AZMİU-nun layihəsi Elm Fondunun qrant müsabiqəsinin qalibi olub

Məcnun Məmmədov: İndiyədək keçirilən Aqrar Biznes Festivallarında 85 mindən çox fermer iştirak edib VİDEO

Məcnun Məmmədov: İndiyədək keçirilən Aqrar Biznes Festivallarında 85 mindən çox fermer iştirak edib VİDEO

Mütəxəssis: Dağ-mədən sənayesinin inkişafı digər sahələrdə əlavə dəyərin formalaşmasına şərait yarada bilər

Həbibə Məmmədova: Müəllimin ən böyük uğuru düşünən və araşdıran insan yetişdirməsidir

Bakıda keçiriləcək FIFA U-15 dünya çempionatına hazırlıq işləri yekunlaşır

Özbəkistan səfiri Azərbaycan qadınlarının ictimai-siyasi fəallığını yüksək qiymətləndirib

Ekspert: Rəqəmsallaşma Orta Dəhlizin tranzit müddətinin qısaldılmasına imkan verəcək

“İslam mədəniyyəti atlası” şərqşünas-alimin tərcüməsində

Çin təhsili və akademik mühitindən bəhs edən kitabın təqdimatı olub

“Fənərbağça”nın ulduzu Superliqa oyununu buraxa bilər: Qərar azərbaycanlı hakimin hesabatından asılı olacaq

Müəllim uşağın içindəki işığı üzə çıxarmalıdır – gənc alimin düşüncələri

Yəməndə husilərə qarşı döyüşlərdə 100 qırıcı təyyarədən istifadə edilib, 324 hədəf vurulub

DSMF-nin sədri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyəcək

Qafqaz Müsəlmanları İdarəsinin sədri Qazaxıstana səfər edəcək

Belçika polisi narkotik şəbəkəsinə qarşı əməliyyat keçirib, 21 nəfər saxlanılıb

Fiziologiya və tibb üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb

“Flydubai” təyyarəsini qaçırmağa cəhddə şübhəli bilinən pilot Böyük Britaniya universitetində yoxlamadan keçməyib

Ekspertlər: Neft qiymətlərinin azalması müvəqqəti xarakter daşıyır

Şagirdin inkişafına mane olan bəzən onun bacarıqsızlığı deyil, özünəinamsızlığıdır - müəllim

Böyük Britaniyanın keçmiş şahzadəsi polisə etiraz edib

Ağdamda “Aqrar sahədə dövlət mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib - YENİLƏNİB VİDEO

Ağdamda “Aqrar sahədə dövlət mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib - YENİLƏNİB VİDEO

Budapeştdə polis əməkdaşlarının sayı artırılacaq

Azərbaycan İslam həmrəyliyinin aparıcı qüvvəsidir ŞƏRH

İngiltərədə miqrantların sahilə çıxarılması zamanı etirazçılarla polis arasında qarşıdurma yaşanıb

Ər-Riyadda Məkkə Müdafiə Sazişi çərçivəsində komitə iclası təşkil olunub

İdeoloji risklər sərhəd tanımır - ŞƏRH

Ülviyyə Nağıyeva: İbtidai sinif müəllimi şagirdin həyatında iz qoyur

Müəllimlik illər keçdikcə zənginləşən bir məktəbdir - Leyla İmranova

Yəmən ordusu: Bab-əl-Məndəb ətrafındakı ərazi husilərdən təmizlənib

Əlcəzairdə Afrika və Aralıq dənizi hövzəsi üzrə 14-cü Enerji və Hidrogen sərgi-konfransı keçirilir

Emin Hüseynov: Ağdam şəhəri və üç kənddə yaşayanların sayı 8 mindən çoxdur

Astanada Azərbaycanın AQEM-ə hədiyyəsi olan Qarabağ atının heykəlinin açılışı olub VİDEO

Astanada Azərbaycanın AQEM-ə hədiyyəsi olan Qarabağ atının heykəlinin açılışı olub VİDEO

Sabah yağış yağacaq VİDEO

Sabah yağış yağacaq VİDEO

Ülviyyə Məmmədova: Alimlik potensialı maraqdan və sual verməkdən başlayır

® “Azercell“ yeni “Oyun Portalı”nı istifadəyə verir: “Azercell“ ilə oyna, yarış, qazan!

İtaliyada minlərlə fermer etiraz aksiyası keçirib

Arif Əsədov: Tofiq Bəhramov adına Respublika Stadionu gəncliyimizin keçdiyi doğma məkandır

Baytarlıq xidmətlərinin gücləndirilməsi davam etdirilir