Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV DÖVLƏT SƏRHƏD XİDMƏTİNİN YENİ HƏRBİ HİSSƏSİNİN AÇILIŞINDA İŞTİRAK ETMİŞDİR

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV DÖVLƏT SƏRHƏD XİDMƏTİNİN YENİ HƏRBİ HİSSƏSİNİN AÇILIŞINDA İŞTİRAK ETMİŞDİR
Bakı, 6 mart (AZƏRTAC). Martın 6-da Dövlət Sərhəd Xidmətinin (DSX) “N” hərbi hissəsinin açılışı olmuşdur.

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali baş komandanı İlham Əliyev mərasimdə iştirak etmişdir.

Dövlət Sərhəd Xidmətinin rəisi, general-leytenant Elçin Quliyev Ali baş komandana raport verdi.

Son illərdə Dövlət Sərhəd Xidmətinin maddi-texniki bazasının gücləndirilməsi, yeni sərhəd dəstələri və zastavalarında müasir şəraitin yaradılması sərhəd qoşunlarının inkişafına göstərilən diqqət və qayğının təzahürüdür. Prezident, Ali baş komandan İlham Əliyev ölkədə sərhəd xidmətinin təkmilləşdirilməsinə dair kompleks tədbirlərin həyata keçirilməsini və sərhəd dəstələrinin fəaliyyətinin ən müasir tələblər səviyyəsində qurulmasını daim diqqətdə saxlayır. Havada, suda və quruda sərhədlərin etibarlı şəkildə qorunmasını təşkil etmək üçün bütün zəruri tədbirlər görülür. DSX-nin yeni hərbi hissəsi də Prezidentin Sərəncamına əsasən yaradılmışdır.

Hərbi hissənin ərazisi ilə tanış olan Prezident İlham Əliyevə məlumat verildi ki, buradakı şəxsi heyəti relyefdən asılı olmayaraq, hər yerdə, habelə dənizdə bütün əməliyyatlarda iştirak etməyə həmişə hazırdır. Dövlət Sərhəd Xidmətinin keçirdiyi bütün əməliyyatlarda bu hərbi hissənin şəxsi heyətindən istifadə olunur.

Prezident İlham Əliyev hərbi hissənin idman salonuna baxdı. Burada sərhədçilər üçün xüsusi əhəmiyyəti olan fiziki hazırlıqdan ötrü hər cür şərait yaradılmışdır. Dövlət başçısı akt salonunda da oldu, burada hərbi hissənin həyatı ilə bağlı tədbirlər keçirilir.

Sonra təlim zalına gələn Ali baş komandana məlumat verildi ki, burada şəxsi heyət müxtəlif silah növlərindən istifadə qaydalarını öyrənir.

Ali baş komandan Dövlət Sərhəd Xidmətinin fəaliyyəti ilə bağlı fotoşəkillərə baxdı. Burada müxtəlif vaxtlarda Prezidentin iştirakı ilə sərhəd dəstələrinin açılışlarını, Azərbaycan sərhədçilərinin orden və medallarla təltif olunmasını, onların sosial şəraitinin yaxşılaşdırılmasını əks etdirən fotoşəkillər toplanmışdır.

Prezident İlham Əliyev pnevmatik atıcılıq otağında pnevmatik tapançadan hədəfə atəş açdı. İnteraktiv atıcılıq otağında isə sərhədçilər müasir silahlardan istifadə vərdişlərini təkmilləşdirirlər.

Sonra dövlətimizin başçısı əsgərlərlə görüşdü.

Dövlət Sərhəd Xidmətinin rəisi, general-leytenant Elçin Quliyev Ali baş komandan İlham Əliyevə məruzə edərək dedi ki, Sizin şəxsi heyətə gündəlik qayğınız dövlət sərhədlərinin mühafizəsində yüksək etibarlılığın təmin edilməsinə, bu sahədə ən müasir texnikaların tətbiqinə şərait yaratmışdır. Hər bir Azərbaycan sərhədçisi Vətəninə və Prezidentinə sədaqətlə, qürurla xidmət edir. Bu gün açılışında olduğunuz bu hərbi hissə sərhədlərimizin etibarlı qorunmasına öz töhfəsini verməkdədir. Burada şəxsi heyətin peşəkar səviyyədə formalaşması, Vətənə sədaqətlə xidmət etməsi üçün bütün şərait var. Qürurla bildirmək istəyirəm ki, bu hərbi hissə dünya standartlarına cavab verir. Cənab Prezident, biz də çalışırıq ki, qarşımıza qoyulmuş bütün tapşırıqları şərəflə yerinə yetirək. Sizə bütün Azərbaycan sərhədçiləri adından dərin minnətdarlığımızı bildiririk.

Azərbaycan Prezidenti, Ali baş komandan İLHAM ƏLİYEV sərhədçilərə müraciətlə dedi:

- Sağ olun, mən bütün sərhədçiləri bu gözəl hərbi hissənin açılışı münasibətilə təbrik edirəm, sizə Vətən uğrunda xidmətinizdə uğurlar arzulayıram.

Son illər ərzində sərhəd xidmətinin təşkil olunması, infrastrukturun yaradılması istiqamətində çox böyük işlər görülübdür. Bu hərbi hissənin yaradılması son illər ərzində görülmüş işlərin bariz nümunəsidir. Sərhədlərimizdə müasir zastavalar, hərbi hissələr yaradılır, eyni zamanda, ölkəmizin müxtəlif yerlərində ən müasir standartlara cavab verən hərbi hissələr yaradılır və müasir avadanlıqla təchiz edilir.

Hər bir ölkənin təhlükəsizliyi onun sərhədlərindən başlayır. Xüsusilə Azərbaycan kimi daxili sabitliyi ilə fərqlənən ölkələrin təhlükəsizliyi, ilk növbədə, sərhədin möhkəm olmasından asılıdır. Azərbaycanda ictimai-siyasi sabitlik, təhlükəsizlik, əmin-amanlıq ölkəmizin inkişafı üçün əsas şərtdir. Biz elə etməliyik ki, sərhədlərimiz tam şəkildə qorunsun. Dostlarımız üçün qapılar açıq, düşmənlər üçün bağlı olmalıdır. Sərhəd mühafizəsinin təşkili nəticəsində Azərbaycanda daxili təhlükəsizliyin təmin ediıməsi daha da yüksək səviyyədə təşkil olunur.

Azərbaycanın yerləşdiyi bölgə təhlükələrlə, risklərlə doludur və biz bunları qonşuluqda gündəlik həyatda görürük. Azərbaycanda təhlükəsizlik tədbirlərinin görülməsi, əmin-amanlığın, ictimai-siyasi sabitliyin qorunması Azərbaycan xalqının rahat yaşaması üçün şərait yaradır, bizim iqtisadi inkişafımıza təkan verir.

Azərbaycan dünyada sabitlik məkanı kimi tanınır. Həm də son aylar ərzində qonşuluqda yaşanan siyasi və hərbi böhranlar, həm də bu gün dünyada yaşanan iqtisadi və maliyyə böhranları Azərbaycandan yan keçibdir. Nəyə görə? Ona görə ki, bizim məqsədyönlü siyasətimiz, düşünülmüş siyasətimiz, görülən tədbirlər, vaxtında atılmış addımlar Azərbaycanı hərtərəfli qoruyur. Biz dövlət müstəqilliyimizi qorumalıyıq, möhkəmləndirməliyik, dönməz etməliyik. Elə etməliyik ki, Azərbaycan həmişə çiçəklənsin, inkişaf etsin.

Bu baxımdan sərhəd xidməti əməkdaşlarının fəaliyyəti çox önəmli, çox vacibdir. Məhz bu məqsədlə sərhəd xidmətinin, sərhəd infrastrukturunun möhkəmlənməsi üçün son illər ərzində böyük vəsait ayrılıb, bundan səmərəli istifadə olunubdur. Mən Azərbaycanın müxtəlif bölgələrində yerləşən sərhəd hərbi hissələrində olarkən bunu öz gözümlə görmüşəm. Bu gözəl hərbi hissənin yaradılması da görülən tədbirlərin, işlərin nəticəsidir. Burada xidmət etmək üçün bütün şərait var, şəxsi heyətin öz peşəkarlığını artırması üçün bütün şərait yaradılıbdır. Mən şübhə etmirəm ki, sərhədçilər bütün bu gözəl şəraitdən səmərəli istifadə edəcək və həmişə olduğu kimi, Vətənin keşiyində möhkəm dayanacaqlar.

Sizə bütün işlərinizdə uğurlar arzulayıram. Sağ olun!

Sonra atıcılıq poliqonu ilə tanış olan Ali baş komandana məlumat verildi ki, burada müxtəlif məsafələrə  - 10, 25, 75 və 100 metr məsafələrə atəş açmaq üçün ən yüksək standartlara uyğun şərait yaradılmışdır.

Prezident İlham Əliyev hərbi hissədəki yeni texnikalara da baxdı. Bildirildi ki, digərləri kimi, yeni hərbi hissə də müasir tipli texnikalarla təchiz olunmuşdur.

Dövlətimizin başçısı şəxsi heyətin hərbi təlimlərini də izlədi, qərargah binasında yaradılan şəraitlə, yeməkxana ilə tanış oldu. Hərbi hissədə bütün tələblər nəzərə alınmaqla, komandir və zabit heyətinin fəaliyyəti üçün lazımi şərait yaradılmışdır. Yeməkxanada isə əsgər və zabit heyətinin qidalanması üçün yüksək standartlar tətbiq edilir.

Ali baş komandan hərbi hissənin muzeyində də oldu. Burada ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin sərhəd qoşunlarının inkişafına göstərdiyi diqqət və qayğını əks etdirən fotoşəkillər və kitablar toplanmışdır.

Dövlətimizin başçısı gizir və zabitlər üçün yataqxana ilə də tanış oldu, hərbi hissənin təchiz olunduğu müasir silah növlərinə baxdı. Müxtəlif əməliyyatların keçirilməsi üçün nəzərdə tutulan bu silahlar dünya standartlarına cavab verir.

Azərbaycan Prezidenti, Ali baş komandan İlham Əliyev Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissəsinin yüksək tələblərə cavab verməsi üçün görülmüş işlərdən razılığını bildirdi, müvafiq tövsiyə və tapşırıqlarını verdi.

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

AMB: BOKT-ların maliyyələşməsi ilə bağlı qanunvericiliyə dəyişikliklərin edilməsi planlaşdırılır

AQEM-in Zirvə Toplantısı Azərbaycanın beynəlxalq dialoq məkanı kimi mövqeyini bir daha ön plana çıxarır - ŞƏRH

Fərid Şəfiyev: Qlobal təhlükəsizlik üçün beynəlxalq və regional əməkdaşlıq gücləndirilməlidir

İradə Hüseynova: Dayanıqlı şəhərsalma ekoloji tarazlığın qorunmasını tələb edir

Emoməli Rəhmon: Yalnız qarşılıqlı ehtiram, hörmət və anlaşma ilə ortaq məqsədlərimizə nail ola bilərik

Azərbaycanlı qadın Varşava Təhlükəsizlik Forumunun nüfuzlu liderlik proqramına seçilib

Prezident: Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır

Aİ Şurasının Sammitində iqtisadi rəqabətqabiliyyətlilik və təhlükəsizlik məsələləri müzakirə olunur

Qarsda “Azərbaycan incəsənət həftəsi”: Konsert və moda nümayişi

Xalq artisti Ramiz Quliyevin vəfatının ildönümündə məzarı ziyarət olunub, qəbirüstü abidəsi açılıb

Qazaxıstan tranzit yükdaşımanı 2030-cu ilə kimi 67 milyon tona çatdırmağı planlaşdırır

Vidadi Rzayev: "Qarabağ" – "Neftçi" derbisində favorit görmürəm

Eritreya vətəndaşlarının Böyük Britaniyaya girişi qadağan edilə bilər

Ər-Riyadda keçirilməsi planlaşdırılan kiberidman üzrə dünya çempionatı təxirə salınıb

Ballıca şəlaləsinin ətrafında iməcilik: 2 hektar ərazi tullantılardan təmizləndi

“Akasiya” qadın kooperativinin uğur hekayəsi

Şavkat Mirziyoyev: AQEM Asiyada qarşılıqlı etimad infrastrukturu yaratmalıdır

BDYPİ beynəlxalq sərgidə təmsil olunur

Mərkəzi Bank vətəndaşlara zəruri olmayan xərcləri qarşılamaq üçün borc götürməməyi tövsiyə edir

Politoloq: Prezident İlham Əliyevin 23 illik fəaliyyəti Azərbaycanın tarixi Zəfərini və güclü dövlət quruculuğunu təmin edib

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

Azərbaycanın müdafiə naziri qırğızıstanlı həmkarı ilə görüşüb

Qazaxıstan Milli Akademik Kitabxanasına Azərbaycan haqqında yeni kitablar hədiyyə edilib

Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqlayıb

Prezident İlham Əliyev: Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb

Azərbaycan Prezidenti: Bizi müharibəyə Ermənistan məcbur edib

Azərbaycan futzal millisinin oyunu ilk dəfə Lənkəranda keçiriləcək

Tokayev: Azərbaycan AQEM-in mövcud geosiyasi çağırışların həllində daha fəal rol oynamasına şərait yaradır

BMT rəsmisi: Hörmüz boğazı açılmasa, dünyada ərzaq qıtlığı yaranacaq

QHT sədri: Kəlağayı qadın zərifliyinin, incəliyinin rəmzidir

NİİM: 8 Noyabr prospektindən mərkəz istiqamətində nəqliyyat vasitələrinin hərəkəti bərpa edilib – YENİLƏNİB VİDEO

NİİM: 8 Noyabr prospektindən mərkəz istiqamətində nəqliyyat vasitələrinin hərəkəti bərpa edilib – YENİLƏNİB VİDEO

Prezident: BMT TŞ-nin qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayanadək müharibələr davam edəcək

Erlinq Haaland Çempionlar Liqasında bir neçə rekorda imza atıb

Prezident İlham Əliyev AQEM-in Zirvə Toplantısında torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxunub

Natiq Məmmədli: Qarabağda aparılan quruculuq işlərinin obyektiv işıqlandırılması medianın əsas vəzifələrindəndir

“Ər-Riyad” qəzetində Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 35 illiyinə həsr olunmuş məqalə dərc edilib

Dövlət əmlakının özəlləşdirilməsi və icarəsindən büdcəyə 165 milyon manatdan çox vəsait köçürülüb

Azərbaycan Prezidenti AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışıb

Prezident: Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal şəkildə çıxış edir

Ekspertlər: AQEM-in Bakı Zirvə Toplantısı Azərbaycanın beynəlxalq nüfuzunu daha da artırır

Azərbaycanın müdafiə naziri MDB Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edib

Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir
Prezident İlham Əliyev tədbirdə çıxış edib YENİLƏNƏCƏK

Ukraynalı uşaqlar Qəbələ Dövlət Tarix-Bədii Qoruğundan xoş təəssüratlarla ayrılıblar

Xəzinələr, buzxanalar və 56 sütun: Qədim Ağsunun unudulmuş izləri VİDEO

Xəzinələr, buzxanalar və 56 sütun: Qədim Ağsunun unudulmuş izləri VİDEO

Rusiyanın Ryazan vilayətində neft emalı zavoduna dron hücumundan sonra yanğın baş verib

Beynəlxalq ekspert: İşəgötürənlər olmadan dəstəklənən məşğulluq modelini həyata keçirmək mümkün deyil

Hikmət Babaoğlu: Qarabağ yaddaşı yalnız emosional ağrı ilə məhdudlaşmamalıdır VİDEO

Hikmət Babaoğlu: Qarabağ yaddaşı yalnız emosional ağrı ilə məhdudlaşmamalıdır VİDEO

Laos üzv dövlət qismində AQEM-ə qoşulub

“The Telegraph”: Britaniyalıların yarısı öz ölkələri uğrunda döyüşmək istəmir

Prezident İlham Əliyev: Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır

Mərkəzi Bank: Azərbaycanda ortasəviyyəli təmərküzləşmə müşahidə olunur

Siyasi uzaqgörənlikdən tarixi Zəfərə doğru MƏQALƏ

Banklardan kredit götürən şəxslər üçün işsizlikdən sığortanın məcburi tətbiqi nəzərdə tutulur

Azərbaycanda “Rəqəmsal rabitə” informasiya sistemi yaradılıb

İçərişəhərin Numizmatika Muzeyi: Qədim sikkələr bizə nə deyir? VİDEO

İçərişəhərin Numizmatika Muzeyi: Qədim sikkələr bizə nə deyir? VİDEO

Əminə Məlikova: Kəlağayı Azərbaycan qadınını sosial mənsubiyyətindən asılı olmayaraq bərabərləşdirən rəmzdir

Bu saata olan əsas xəbərlər

Su təchizatına qoşulmaq üçün müraciət qaydaları açıqlanıb VİDEO

Su təchizatına qoşulmaq üçün müraciət qaydaları açıqlanıb VİDEO

Vətən müharibəsinin xronikası: 15 oktyabr

Parisdə Azərbaycanın mədəniyyəti və turizm potensialı fransız mütəxəssislərə təqdim olunub

“Rəqəmsal rabitə” informasiya sistemi haqqında ƏSASNAMƏ

“Rəqəmsal rabitə” informasiya sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycanda İslam maliyyəsi mexanizmlərinin tətbiqini məqsədilə normativ-hüquqi akt layihələri hazırlanıb

İsa Həbibbəyli: Yaşıl sivilizasiya yeni inkişaf mərhələsinin əsasını qoyur

SOMDA müddətdən artıq həqiqi hərbi xidmətə qəbulla əlaqədar müsabiqə elan edir

Azərbaycan klubu braziliyalı voleybolçunu heyətinə qatıb

Həsrətdən qayıdışa: 33 ildən sonra doğma kənddə yenidən başlayan həyat

Fransa yeni gəlir mənbələri olmadan Aİ-nin gələcək büdcəsini dəstəkləməyəcək

AMB: Altı ayda maliyyə sektorunun aktivləri 65 milyard manata çatıb

Rusiya İranda Rəşt-Astara dəmir yolu xəttinin tikintisinə başlamağı planlaşdırır

bp-nin nümayəndəsi: İnklüzivlik yalnız sosial məsuliyyət deyil, həm də bizim dəyərimizdir

Azərbaycan Yaponiyanın məşhur “VIVANT” serialının ikinci mövsümündə geniş təqdim olunacaq

AMEA-nın müxbir üzvü: Şəhərlərin inkişafında ekoloji tarazlığın qorunması vacibdir

Qazaxıstanda “New Silk Way” beynəlxalq nəqliyyat-logistika forumu keçirilir

Aqrar Süni İntellekt layihəsi çərçivəsində həllərin tətbiqi genişləndiriləcək

"AzerGold" QSC-nin nümayəndəsi: Əsas məqsəd peşəkar inkişaf üçün yararlı imkanların təmin edilməsidir

Balakəndə səyyar tibbi aksiya çərçivəsində 574 nəfərə ödənişsiz xidmət göstərilib

ÜST: Qurğuşunun mənfi təsirindən hər il 3,5 milyondan çox insan dünyasını dəyişir

Qara dənizdə tankerdə baş verən yanğın nəticəsində 8 nəfər itkin düşüb

Azərbaycan dünya çempionatında 9 boksçu ilə təmsil olunacaq

Danimarka millisinin sabiq baş məşqçisi vəfat edib

Keniyada Ebola virusuna ikinci yoluxma halı qeydə alınıb

MDB Məşvərət Şurasının 39-cu iclasının iştirakçıları Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər

Ekoloji təhlükəsiz şəhərlər üçün innovativ həllər: Beynəlxalq elmi simpozium

Nazir müavini: Aqrar Süni İntellekt layihəsi çərçivəsində 313 min fermerin reytinqi qiymətləndirilib

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb

“Qarabağ” – “Neftçi” matçı FIFA referisinə tapşırılıb

AQEM çərçivəsində Azərbaycanın artan rolu: Bağlantılar, rəqəmsallaşma və dayanıqlı inkişaf – TƏHLİL

Pakistanda məktəbin damının çökməsi nəticəsində 19 nəfər həlak olub

Strateji hədəflər, milli maraqlar və ictimai məsuliyyət – Yevlaxda müşavirə

Beynəlxalq Muğam Mərkəzində konsert: 95 illik sənət yolu, bir orkestrin musiqi yaddaşı

İcraçı direktor: İnklüzivliyi bərabər imkan kimi qiymətləndiririk

AzTU-nun müəllimi Macarıstan universitetində tələbələrə mühazirə oxuyub

Azərbaycan Universitetinin 16 tələbəsi PTE sertifikatı əldə edib

Kristalina Georgiyeva: Səudiyyə Ərəbistanına hücumlar bütün dünyaya mənfi təsir göstərə bilər

Azərbaycanda suvarmanın idarə edilməsində rəqəmsal imkanlar genişləndirilir

Yenilənməyəcəyi təqdirdə Luvr muzeyi bağlanmaq təhlükəsi ilə üzləşə bilər

İlhamə Qədimova: Aqrar Süni İntellekt layihəsində bitki sağlamlığı üzrə yeni həllər tətbiq edilir VİDEO

İlhamə Qədimova: Aqrar Süni İntellekt layihəsində bitki sağlamlığı üzrə yeni həllər tətbiq edilir VİDEO

Baş direktor: Autizmli şəxslərə və onların ailələrinə anlayışla yanaşmaq hər birimizin məsuliyyətidir

Nazir müavini: Aqrar Süni İntellekt layihəsi çərçivəsində 24 həll üzrə hazırlıq işləri başa çatıb VİDEO

Nazir müavini: Aqrar Süni İntellekt layihəsi çərçivəsində 24 həll üzrə hazırlıq işləri başa çatıb VİDEO