AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV GÜRCÜSTANIN ACARISTAN MR HÖKUMƏTİNİN BAŞÇISI LEVAN VARŞALOMİDZENİ QƏBUL ETMİŞDİR
Bakı, 2 mart (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 2-də Gürcüstanın Acarıstan Muxtar Respublikası hökumətinin başçısı Levan Varşalomidzeni qəbul etmişdir.
Levan Varşalomidze Batumi ilə Bakı arasında əlaqələrin tarixi köklərə malik olduğunu bildirdi, səfəri zamanı əməkdaşlığın genişləndirilməsi istiqamətində səmərəli müzakirələrin aparılacağına əminliyini söylədi.
Prezident İlham Əliyev Acarıstan Muxtar Respublikası ilə iqtisadi əlaqələrin Azərbaycan-Gürcüstan ikitərəfli münasibətlərinin daha da genişləndirilməsi baxımından əhəmiyyətini vurğuladı.
######
