AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV RUSİYA FEDERASİYASI PREZİDENTİ ADMİNİSTRASİYASININ RƏHBƏRİ SERGEY NARIŞKİNİ QƏBUL ETMİŞDİR
Bakı, 27 fevral (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 27-də Rusiya Federasiyası Prezidenti Administrasiyasının rəhbəri Sergey Narışkini qəbul etmişdir.
Görüşdə ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulandı. M.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının açılmasının humanitar sahədə əməkdaşlığın, ümumən iki ölkə arasındakı münasibətlərin genişlənməsində əhəmiyyəti vurğulandı. Rusiya Federasiyası Prezidenti Administrasiyasının rəhbəri Sergey Narışkinin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfərinin qarşılıqlı əlaqələrin genişlənməsinə töhfə verdiyi bildirildi.
Görüşdə ikitərəfli münasibətlərin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olundu.
######
